1news.az

Paşinyan Bakı-Minsk hərbi əməkdaşlığından narahatdır

20 Noyabr saat 17:12 ~ 1 dəqiqəlik oxu 105
Paşinyan Bakı-Minsk hərbi əməkdaşlığından narahatdır

Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Azərbaycanla Belarus arasında hərbi-texniki sahə üzrə imzalanmış sazişdən narahatlığını ifadə edib.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki, Paşinyan bu sənədin Ermənistanın maraqlarına qarşı yönəldildiyini və KTMT-də əməkdaşlıq ruhuna zidd olduğunu deyib.

"Daha əvvəl dediyim kimi, bu mərhələdə ən vacib vəzifələrdən biri aşağıdakılardır: biz izahat almalıyıq. Hər bir ölkə üçün hərbi-siyasi partnyoru, üzv olduğu təşkilatlardakı dövlətlər və təşkilatın həmin ölkələr qarşısında öhdəliklərinin nədən ibarət olduğu aydınlaşmalıdır", Paşinyan deyib.

O qeyd edib ki, Ermənistan öz müttəfiqlik öhdəliklərini tam yerinə yetirir, təəssüf ki, bir sıra digər tərəfdaşlar barəsində bunu demək mümkün deyil.

"Bizim məqsədimiz çox aydındır –  KTMT-yə yeni bir məzmun gətirilməsi, münasibətləri və öhdəlikləri aydınlaşdırmaq, qarşılıqlı olaraq proqnozlaşdırıla bilən şəffaf əlaqələrə malik olmaq”.

Qeyd edək ki, noyabrın 19-da Azərbaycanla Belarus arasında “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Belarus Respublikasının Dövlət Hərbi-Sənaye Komitəsi arasında hava hücumundan müdafiə silah və texnikasının təchiz olunması sahəsində ikitərəfli qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi haqqında Anlaşma Memorandumu” imzalanıb.

Sənədi Azərbaycanın müdafiə naziri Zakir Həsənov və Belarusun Dövlət Hərbi-Sənaye Komitəsinin sədri Roman Qolovçenko imzalayıblar.

P.Sultanova

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Siyasət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2018 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net