PAŞA Sığorta yeni tədris ili ərəfəsində region məktəblilərini sevindirib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

PAŞA Sığorta yeni tədris ili ərəfəsində region məktəblilərini sevindirib – FOTO

11:05 - 17 / 09 / 2018
PAŞA Sığorta yeni tədris ili ərəfəsində region məktəblilərini sevindirib – FOTO

PAŞA Sığorta şirkəti təhsilə dəstək məqsədilə ölkənin Quba-Xaçmaz zonasında birinci sinfə gedəcək aztəminatlı ailələrdən olan uşaqlara məktəbli forması və dərs ləvazimatları hədiyyə edib.

Davamlı olaraq Korporativ Sosial Məsuliyyət (KSM) layihələri reallaşdıran PAŞA Sığorta şirkəti PAŞA Holding-in dəstəyi ilə ənənəvi olaraq yeni tədris ilinin başlanması münasibətilə regionlarda yaşayan aztəminatlı ailələrin şagird adı qazanacaq övladlarına məktəbli dəstinin hədiyyə edilməsi ilə bağlı silsilə tədbirlər həyata keçirib.

Beləliklə, Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkilati dəstəyi ilə Quba, Qusar, Xaçmaz və Şabran rayonlarında baş tutmuş xeyriyyə tədbirləri çərçivəsində PAŞA Sığorta və PAŞA Holding-in bir qrup könüllü əməkdaşı tərəfindən 350-dək uşağa məktəbli forması dəsti və dərs ləvazimatları ilə təchiz edilmiş məktəbli çantaları təqdim edilib. Həmçinin tədbir zamanı uşaqların sevinc və marağına səbəb olmuş sürpriz əyləncə proqramı təşkil olunub.  

Təqdirəlayiqdir ki, PAŞA Sığorta şirkətinin cari təşəbbüsü artıq ardıcıl olaraq üçüncü ildir həyata keçirilir. Ötən illərdə layihə çərçivəsində ölkənin Aran və cənub bölgələrində yaşayan aztəminatlı ailələrdən olan 400-dən çox uşaq forma və ləvazimatlarla təmin edilib.

Qeyd edək ki, PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. “PAŞA Holding” qrupunun üzvü olan “PAŞA Sığorta” 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və  digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.

Reklam hüququnda

Paylaş:
564

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcəkBu gün, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşübBu gün, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edirBu gün, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaqBu gün, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 2Bu gün, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunurBu gün, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olubBu gün, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTOBu gün, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMATBu gün, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaqBu gün, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!Bu gün, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edirBu gün, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verirBu gün, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edibBu gün, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıqBu gün, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edibBu gün, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayırBu gün, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıramBu gün, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıbBu gün, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdırBu gün, 14:59
Bütün xəbərlər