PAŞA Sığorta şirkəti 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə yeni kampaniyaya başlayır | 1news.az | Xəbərlər
İqtisadiyyat

PAŞA Sığorta şirkəti 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə yeni kampaniyaya başlayır

11:30 - 01 / 03 / 2019
PAŞA Sığorta şirkəti 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə yeni kampaniyaya başlayır

Hər zaman müştərilərinin rahatlığını düşünən PAŞA Sığorta şirkəti ənənəvi olaraq 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə xanımları sevindirməyə tələsir.

Beləliklə, 1-19 mart tarixlərində PAŞA Sığorta şirkətinə müraciət edərək minimum 350 AZN dəyərində PASHA Ladies  KASKO sığorta məhsulunu əldə edən  xanımlar hədiyyə olaraq “Zuleykha Accessories”-dən 100 AZN dəyərində hədiyyə kartı qazanır.

Zuleykha Accessories - yerli aksessuar brendi olub, qadın, kişi və uşaqlar üçün fərqli aksessuarlar təqdim edir. Brendə məxsus məhsullar gümüş və poladdan, təbii və alternativ daşlardan hazırlanan milli və müasir dizaynlı əşyalardan ibarətdir. Hazırda butik alıcılarını 28 Mall, 3-cü mərtəbə və Park Bulvar, 2-ci mərtəbədə qarşılayır.

Nəzərinizə çatdıraq ki, «PASHA LADIES» özəlliklə xanımlar üçün nəzərdə tutulan ilk və yeganə KASKO sığortası məhsuludur.  «PASHA LADIES» -i əldə edən bütün xanımlar özəl karta sahib olur və bununla müxtəlif məkanlarda ENDİRİM və ÜSTÜNLÜKLƏRDƏN yararlanmaq imkanı qazanırlar. Əsas üstünlüklərdən biri də ondan ibarətdir ki, bu məhsulu əldə edən xanımların hadisəsi olduğu zaman xüsusi taksi xidməti ilə təmin olunur. Əlavə olaraq bildirmək istərdik ki, PASHA Ladies sığorta məhsulu çərçivəsində Sizlər sığorta haqqını hissə-hissə də ödəyə bilərsiniz.

«PASHA LADIES» məhsulu və hal hazırda keçirilən kampaniya barədə ətraflı məlumat: *7000 Sığorta Məsləhətləri Xətti və ya www.pasha-insurance.az saytına müraciət edə bilərsiniz.

Qeyd etmək istərdik ki, hal hazırda qeyri həyat sığorta bazarının lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan "PAŞA Sığorta" 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.

Reklam hüququnda

 

 

Paylaş:
705

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEOBu gün, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıbBu gün, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandıBu gün, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİBBu gün, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıbBu gün, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edibBu gün, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTOBu gün, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİBBu gün, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıbBu gün, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandıBu gün, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılırBu gün, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edibBu gün, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTOBu gün, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEOBu gün, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİBBu gün, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİBBu gün, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdiBu gün, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilibBu gün, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54
Bütün xəbərlər