Parlaq zəkalı gənclər Cənubi Qafqazın gələcəyi üçün səfərbər ediliblər | 1news.az | Xəbərlər
Cəmiyyət

Parlaq zəkalı gənclər Cənubi Qafqazın gələcəyi üçün səfərbər ediliblər

17:15 - 12 / 07 / 2018
Parlaq zəkalı gənclər Cənubi Qafqazın gələcəyi üçün səfərbər ediliblər

İyul ayının əvvəllərində Azərbaycan və Gürcüstandan olan 50-yə yaxın gənc Cənubi Qafqaz regionunda miqrasiya siyasətinin gələcəyini formalaşdırmağa kömək etmək məqsədilə bilik və bacarıqlara yiyələnmək üçün beynəlxalq miqrasiya üzrə aparıcı mütəxəssislərin iştirak etdiyi intensiv təlim kursuna qatılıblar.

1news.az-ın verdiyi xəbərə görə, miqrasiyaya dair ikihəftəlik Beynəlxalq Yay Məktəbi Aİ tərəfindən maliyyələşdirilən və Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəz (MSİBM) tərəfindən həyata keçirilən “Azərbaycanla Yerdəyişmə üzrə Tərəfdaşlığın Həyata Keçirilməsinə Dəstək” (MOBILAZE) və “Gürcüstanda Miqrasiyanın Davamlı İdarə Edilməsi” (ENIGMMA 2) layihələri çərçivəsində baş tutub.

Yay məktəbində iştirak edən gənclər miqrasiya ilə bağlı müzakirələrində əsas prinsiplər üzrə təlim keçmiş Avropanın aparıcı universitetlərinin professorları, o cümlədən MSİBM-in nümayəndələri ilə görüşmək imkanı əldə ediblər. Müzakirələr media, insan haqları, hüquq, iqtisadiyyat, vətəndaşlıq məsələləri və beynəlxalq inkişaf məsələlərini əhatə edib.

Yay məktəbinin iştirakçıları əsasən 20-26 yaş arası tələbələr, jurnalistlər, QHT, dövlət orqanları və beynəlxalq təşkilatların əməkdaşları olub. Onlar miqrasiya, qaçqınlar və sığınacaq axtaranlar arasındakı ciddi fərqləri, o cümlədən miqrasiyanın iqtisadiyyata göstərdiyi təsirləri öyrəniblər.

S.Xankişiyeva

 

 

 

 

Paylaş:
412

Son xəbərlər

Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub, çıxış edib - FOTO - YENİLƏNİBBu gün, 13:36Buraxılış imtahanının nəticələri açıqlanıbBu gün, 13:19Beynəlxalq axtarışa verilmiş daha 4 şəxs Azərbaycana ekstradisiya edilibBu gün, 12:5327 dərəcəyədək isti olacaq - Sabahın havasıBu gün, 12:45Milli İnsan Resursları Forumunun proqramı bəlli oldu!Bu gün, 12:41Qarabağ Universitetində doktorantura təhsil pilləsi yaradılıbBu gün, 12:30Paytaxtın abad məhəllələrində mini futbol yarışlarına start verilibBu gün, 12:18Azərbaycan və Türkiyə arasında hərbi informasiya sahəsində qarşılıqlı təcrübə mübadiləsi aparılıbBu gün, 11:44Hesabatlılıqdan yayınan provayderlər cərimələnibBu gün, 11:31Kamran Əliyev Sabunçuda vətəndaşları qəbul edəcəkBu gün, 11:19Masazırda evdən 85 min manatlıq qızıl oğurlanıbBu gün, 11:08Bayram günlərində respublika ərazisində baş verən qəzaların sayı açıqlanıbBu gün, 10:20Bakıda təkər satışı və təmiri mərkəzində yanğın təhlükəsizliyi tələbləri kobud şəkildə pozulub - FOTO - VİDEOBu gün, 10:19Ölkəmizdə Beynəlxalq Əmlak və İnvestisiya Zirvəsi keçiriləcək!Bu gün, 10:15Əlahiddə Ümumqoşun Ordunun istismarda olan avtomobil texnikalarına texniki baxış keçirilib - FOTOBu gün, 10:02Mədəniyyət Nazirliyinin “Yaradıcı müzakirələr” layihəsi davam edirBu gün, 09:59TƏBİB sürücülərə müraciət etdi - “Yol ver, həyat qurtar!”Bu gün, 09:49Cəbrayılda minalar aşkarlanıbBu gün, 09:36Ədliyyə Nazirliyi Gənclər Mərkəzi İctimai Birliyinin yeni sədrini təsdiq etdiBu gün, 09:32ADY: Dəmiryol keçidlərində sürücü diqqətsizliyi bu gün iki qəzaya səbəb olub - FOTOBu gün, 09:23
Bütün xəbərlər