Parkda tum çırtlayan şəxs 51 manat cərimələndi | 1news.az | Xəbərlər
Cəmiyyət

Parkda tum çırtlayan şəxs 51 manat cərimələndi

15:04 - 12 / 11 / 2018
Parkda tum çırtlayan şəxs 51 manat cərimələndi

Bakıda parkda tum çırtlayıb qabığını yerə atan şəxs cərimələnib.

1news.az-ın Qafqazinfo-ya istinadla verdiyi xəbərə görə, Ülvi Quliyev bildirib ki, noyabrın 10-da saat 23 radələrində  Səməd Vurğun bağının yaxınlığında dayancaqda marşrut avtobusu gözləyərkən Post Patrul Xidməti əməkdaşları ona yaxınlaşıblar:

“Mən orda dayanıb 125 nömrəli avtobusu gözləyirdim, “semiçka” çırtlayıb yerə tökürdüm. Yer zibillik idi, siqaret kötükləri ilə dolu idi. Daha sonra bir mülki şəxs həmin yerə gəldi. Məni 22-ci Polis Bölməsinə apardılar. Orada dedilər ki, cəriməni yerində nağd ödə, mən buna etiraz etdim. Protokol tərtib edərək məni İnzibati Xətalar Məcəlləsinin 266-cı maddəsi üzrə 51 manat cərimə etdilər. Qanunda “semiçka” çırtlamağa görə cərimə var?”

Vəkil Vasif İsrafilov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, bu əmələ görə cərimə İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulub: “Məcəlləsinin 266-cı maddəsi istehsalat və məişət tullantıları haqda qanunvericiliyin pozulması nəzərdə tutulur. Maddənin 3-cü bəndinə görə tullantıların zibil qablarından kənara atılmasına görə 50 manat cərimə nəzərdə tutulub. Yəni, vətəndaş şəhəri çirkləndirdiyi üçün cərimələnib.

Azərbaycanda bu cərimələr digər ölkələrə nisbətən azdır. Məsələn, Malayziyada bir saqqızı yerə atmağın cəzası 1000 dollardır.

Bizdə şəhəri zibilləməyə görə sürücülər də cərimə olunur. Yol hərəkəti haqda qanunun 327.1-ci maddəsinə görə maşın idarə edərkən küçəyə adi siqaret və ya digər zibil atmağa görə 40 manat cərimə müəyyən olunub”.

Şikayətçi Ü.Quliyev bildirib ki, tum çırtlayarkən yanında dayanan və yeri zibilləyən tanımadığı başqa bir şəxs də onunla birgə polis bölməsinə aparılıb və cərimələnib.

S.Xankişiyeva

 

 

Paylaş:
665

Son xəbərlər

Fevralda nə qədər adam pensiya təyinatı alıb? - AçıqlandıBu gün, 11:19RİNN bayramda gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcəkBu gün, 10:56“Qala” qoruğunda Novruz şənliyi keçirilib - FOTOBu gün, 10:48Yol polisi səfərə hazırlaşan sürücülərə müraciət edibBu gün, 10:38Abad məhəllələrdəki Novruz şənlikləri davam edir - FOTOBu gün, 10:27Xankəndidə xeyli silah-sursat tapılıbBu gün, 10:24Ötən gün 18 kiloqramdan çox narkotik vasitə aşkarlanıbBu gün, 10:12Mikayıl Cabbarov İlaxır Çərşənbəyə dair paylaşım edibBu gün, 10:10FHN Novruz bayramı ilə əlaqədar əhaliyə təkrar müraciət edibBu gün, 10:03Dağlıq ərazilərdə 6 dərəcəyədək şaxta olub - FAKTİKİ HAVABu gün, 09:59Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:46TƏBİB Novruz bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində işləyəcəkBu gün, 09:29Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri açıqlanıbBu gün, 09:24Saatlıda narkokuryerdən 8 kiloqram heroin və marixuana aşkar edilibBu gün, 09:16Azərbaycan neftinin qiyməti 88 dolları keçibBu gün, 09:12Mehriban Əliyeva İlaxır çərşənbə ilə bağlı paylaşım edibBu gün, 09:08Bu gün İlaxır çərşənbə qeyd olunurBu gün, 09:07Səhiyyə Nazirliyi bayram günləri ilə bağlı əhaliyə müraciət edibBu gün, 08:58DYP hərəkət iştirakçılarına hava ilə bağlı müraciət edibBu gün, 08:51Bakının bir sıra yollarında tıxac yaranıbBu gün, 08:44
Bütün xəbərlər