Parisdə Azərbaycan Evinin 25 illik yubileyi qeyd edilib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Parisdə Azərbaycan Evinin 25 illik yubileyi qeyd edilib – FOTO

20:28 - 21 / 10 / 2017
Parisdə Azərbaycan Evinin 25 illik yubileyi qeyd edilib – FOTO

Paris Azərbaycan Evi yaradılmasının 25 illiyini və fəaliyyətinin yenidən bərpasının 5 illiyini qeyd edib.

1news.az-ın məlumatına görə, tədbir Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə Parisdə yerləşən Azərbaycan Mədəniyyət Mərkəzində keçirilib. Yubiley gecəsində Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev, Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan-Fransua Mansel, Azərbaycanın YUNESKO yanındakı səfiri Anar Kərimov, diplomatlarımız, Fransanın siyasi və ictimai xadimləri, Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.

Paris Azərbaycan Evinin prezidenti, Fransada Azərbaycanın Dostları Assosiasiyasının baş katibi Mirvari Fətəliyeva Azərbaycan Evinin yaranması tarixindən söhbət açıb. Bildirilib ki, 1992-ci ildə Ramiz Abutalıbov tərəfindən yaradılan təşkilatın əsas məqsədi Azərbaycanı Fransada tanıtmaq, burada Azərbaycan mədəniyyətini, tarixini və həqiqətlərini təbliğ etməkdir. O, çıxışında Ramiz Abutalıbovun Azərbaycan Evinin fəaliyyətini hər zaman izlədiyini və dəstəklədiyini qeyd edib.

Bildirilib ki, Azərbaycan Evi bundan sonra da öz fəaliyyətini məqsədyönlü şəkildə quraraq, Azərbaycan xalqının XX əsrdə yaşadığı faciələr, məruz qaldığı soyqırımı aktları, Dağlıq Qarabağ münaqişəsinin səbəbləri, torpaqlarımızın 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalı barədə məlumatların və digər faktların Fransa ictimaiyyətinə obyektiv şəkildə çatdırılmasında əlindən gələni əsirgəməyəcək.

Tədbirdə çıxış edən səfir Rəhman Mustafayev Paris Azərbaycan Evinin bu günədək əldə etdiyi uğurları alqışlayıb. O bildirib ki, Azərbaycanın Fransadakı səfirliyi Paris Azərbaycan Evinin layihələrini, habelə Qarabağla bağlı həqiqətlərin Fransa ictimaiyyətinə çatdırılması, Azərbaycan mədəniyyətinin, incəsənətinin Fransada tanıdılması və digər fəaliyyətlərini həmişə dəstəkləyib və bundan sonra da dəstəkləyəcək.

Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan-Fransua Mansel Paris Azərbaycan Evini 25 illiyi münasibətilə təbrik edib və tədbir iştirakçılarına Azərbaycanda qadınlara verilmiş səs hüququnun tarixi, ölüm cəzasının ləğv edilməsi və ölkəmizin əldə etdiyi digər tarixi nailiyyətlər barədə məlumat verib.

Tədbir zamanı Azərbaycan Evinin idarə heyəti layihələrin həyata keçirilməsində təşkilata könüllü yardım edən gənclərə təşəkkürnamələr təqdim edib.

Tədbirin bədii hissəsində Vurğun Vəkilov, Səidə Zülfüqarova, Etibar Əsədli, Səddam Novruzbəyov, Sahib Əsədov və məşhur tenor, Marinski Teatrının solisti Timur Abdikeyev Azərbaycan klassik musiqilərini səsləndiriblər. Parisdə yaşayan və Azərbaycanı öz möhtəşəm ifaları ilə təmsil edən istedadlı musiqiçilərimiz qonaqları Qara Qarayevin, Emil Əfrasiyabın, Aqşin Əlizadənin, Oqtay Zülfüqarovun, Tofiq Quliyevin əsərləri ilə heyran ediblər.

Tədbir milli mətbəximizin ləziz nümunələrindən ibarət şam süfrəsi ilə başa çatıb.

Babək Cahandarov

Paylaş:
1027

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcək26 / 04 / 2024, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşüb26 / 04 / 2024, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edir26 / 04 / 2024, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq26 / 04 / 2024, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 226 / 04 / 2024, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur26 / 04 / 2024, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub26 / 04 / 2024, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTO26 / 04 / 2024, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMAT26 / 04 / 2024, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq26 / 04 / 2024, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!26 / 04 / 2024, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir26 / 04 / 2024, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verir26 / 04 / 2024, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edib26 / 04 / 2024, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq26 / 04 / 2024, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edib26 / 04 / 2024, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır26 / 04 / 2024, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıram26 / 04 / 2024, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb26 / 04 / 2024, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdır26 / 04 / 2024, 14:59
Bütün xəbərlər