Papua-Yeni Qvineyanın paytaxtında APEC ölkələrinin forumu işə başlayıb | 1news.az | Xəbərlər
Dünya

Papua-Yeni Qvineyanın paytaxtında APEC ölkələrinin forumu işə başlayıb

16:45 - 17 / 11 / 2018
Papua-Yeni Qvineyanın paytaxtında APEC ölkələrinin forumu işə başlayıb

Noyabrın 17-də Papua-Yeni Qvineyanın paytaxtı Port-Morsbi şəhərində 21 dövlətin nümayəndələrinin qatıldığı Asiya-Sakit okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) forumu öz işinə başlayıb.

Dünyanın ən kasıb ölkələrindən biri ilk dəfə bu təşkilatın liderlərini qəbul edir. Foruma qatılanlar sırasında Avstraliyanın Baş naziri Skott Morrison, Kanadanın Baş naziri Castin Trüdo, Çinin Sədri Si Cinpin, ABŞ-ın vitse-prezidenti Mayk Pens, Rusiyanın Baş naziri Dmitri Medvedev və Yaponiyanın Baş naziri Şinzo Abe də var.

Forumun başlamasından əvvəl iştirakçılar xatirə fotosu çəkdiriblər.

Noyabrın 17-də APEC-in İşgüzar Məsləhətləşmə Şurasının (İMŞ) plenar iclasının keçirilməsi planlaşdırılıb. Bundan sonra forumda iştirak edən liderlər İMŞ-nin üzvləri və Sakit okeanın ada dövlətlərinin liderləri ilə bölmələrdə müzakirələr aparacaqlar. Axşam saatlarında liderlərin milli köynəklərdə foto çəkdirəcəkləri və Papua-Yeni Qvineyanın Baş naziri Piter O'Nilin adından veriləcək təntənəli qəbulda iştirak edəcəkləri bildirilir.

Paylaş:
392

Son xəbərlər

Azərbaycan Prezidenti: Son müddət Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayırBu gün, 14:55İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçirirlərBu gün, 14:53Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - FOTOBu gün, 14:42“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilibBu gün, 14:23İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü keçirilib - FOTO - YENİLƏNİBBu gün, 14:19Bakıda körpə pəncərədən düşərək ölübBu gün, 13:59AFFA “Qarabağ” klubunu cərimələyibBu gün, 13:51Bu il martın sonuna manatın real effektiv məzənnəsi azalıbBu gün, 13:32İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİBBu gün, 13:26Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı - FOTO - YENİLƏNİBBu gün, 13:13“SABAH.incubation” “Green Hackathon” tədbirini uğurla tamamladı - FOTOBu gün, 13:08Azərbaycanda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcəkBu gün, 13:02Şənbə gününün havası açıqlandı: 32 dərəcə isti olacaqBu gün, 12:47“Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi”Bu gün, 12:42Azərbaycan Prezidenti: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyikBu gün, 12:26XİN: Avropa Parlamentinin qətnaməsi əsassızdırBu gün, 12:19İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədirBu gün, 12:07Şirvanda narkotikə görə 6 nəfər saxlanıldıBu gün, 12:02Kamaləddin Qafarov: “Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir”Bu gün, 11:52Bakıda velosipedlər üçün əlavə bölmə olan svetoforlar quraşdırılıb - FOTOBu gün, 11:45
Bütün xəbərlər