Pakistanlı nazir: Azərbaycanla dostluq əlaqələri daha da inkişaf etdiriləcək | 1news.az | Xəbərlər
Siyasət

Pakistanlı nazir: Azərbaycanla dostluq əlaqələri daha da inkişaf etdiriləcək

09:16 - 18 / 04 / 2019
Pakistanlı nazir: Azərbaycanla dostluq əlaqələri daha da inkişaf etdiriləcək

Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə Pakistanın federal təhsil və peşəkar təlim üzrə, eyni zamanda milli tarix və ədəbi irs üzrə federal naziri Şəfqət Mahmud ilə görüşüb.

Azərbaycanın Pakistandakı səfirliyindən 1news.az-a verilən məlumata görə, görüşdə Azərbaycan və Pakistanın bölüşdüyü ortaq dəyərlər, təlim-təhsil, eləcə də milli irs sahəsində əməkdaşlığı, beynəlxalq və regional təşkilatlar çərçivəsində hər zaman bir-birinə göstərdiyi dəstək vurğulanıb, qarşılıqlı birgə layihələrin və səfərlərin artırılmasının önəmi qeyd edilib.

Şəfqət Mahmud vaxtı ilə Azərbaycana etdiyi səfəri xatırladaraq ölkənin sürətlə irəliyə doğru addımlamasını vurğulayıb, Azərbaycanla dostluq və qardaşlıq əlaqələrinin daha da inkişafının, iki ölkə arasında mövcud olan etimadın davam etdirilməsinin önəmli olduğunu bildirib.

Səfir Əli Əlizadə müasir Azərbaycanın artıq 30 ildən artıqdır ki, Ermənistanın təcavüzkar siyasəti ilə üzləşdiyini, Dağlıq Qarabağ və ətraf regionlarının işğal olunduğunu, lakin qarşılaşdığı bu təcavüz və çətinliklərə baxmayaraq bütün sahələr üzrə inkişaf etdiyini, Azərbaycanda təhsilin səviyyəsinin ilbəil yüksəldiyini, savadlılığın 99 faiz olduğunu diqqətə çatdırıb. Səfir Bakı Dövlət Universitetində urdu dilinin tədrisi, universitetlərarası əlaqələr, son iki ildə “Mən Azərbaycan haqqında nə bilirəm” esse yazı müsabiqəsi çərçivəsində Pakistan gəncləri üçün təşkil olunan Azərbaycana səyahət səfərlərinin gənclərdə yaratdığı təəssüratlar, Azərbaycanda təhsil alan Pakistanlı tələbələrin sayının artması, eyni zamanda Azərbaycandan da artıq tələbələrin Pakistan Universitetlərində təhsil almaqda maraqlı olması, tələbə və mütəxəssislərin ali təhsil və təlim müəssisələrində vaxtaşırı qarşılıqlı təcrubə kurslarına cəlb olunması haqda məlumat verib və Pakistanla əlaqələrdə bu sahədə səylərin daha da artırılacağını vurğulayıb.

P.S.

Paylaş:
458

Son xəbərlər

Prezidentlər Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblərBu gün, 12:35Baş Prokurorluqdan sabiq baş pediatrın intiharı ilə bağlı media qurumlarına XƏBƏRDARLIQBu gün, 12:34İcma: ABŞ Dövlət Departamenti insan hüquqlarından sui-isifadə edirBu gün, 12:24İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublarBu gün, 12:22Bakıda 3 məktəbin direktorları barəsində intizam tənbeh tədbiri görülüb - SƏBƏBBu gün, 12:1931 dərəcə isti olacaq - Sabahın havasıBu gün, 12:09Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası keçirilirBu gün, 12:02Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, Baş planla tanış olublarBu gün, 11:51Qırğızıstan Prezidenti Füzulidə səfərdədirBu gün, 11:25Minik avtomobilləri ilə Laçına səfər etmək mümkün olacaq - TəfərrüatBu gün, 11:07Bu il sosial müavinət və təqaüd təyin olunan şəxslərin sayı açıqlanıbBu gün, 10:57Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir - VİDEOBu gün, 10:32May ayının 1-dən balıq ovuna qadağa qüvvəyə minirBu gün, 10:01“Azeronline LTD” BM-ə yeni rəhbər təyin olunduBu gün, 10:00Bakıda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıb - VİDEOBu gün, 10:00Bakı-Ağstafa-Bakı dəmir yolu marşrutu üzrə əlavə qatar təyin edilibBu gün, 09:57AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:35Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edibBu gün, 09:28ABŞ qüvvələrinin Nigerdən çıxarılması müzakirə olunacaqBu gün, 09:21Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:03
Bütün xəbərlər