PA rəsmisi: Dini mərasimlər dinin siyasiləşdirilməsi alətinə çevrilməməlidir | 1news.az | Xəbərlər
Siyasət

PA rəsmisi: Dini mərasimlər dinin siyasiləşdirilməsi alətinə çevrilməməlidir

12:55 - 15 / 10 / 2018
PA rəsmisi: Dini mərasimlər dinin siyasiləşdirilməsi alətinə çevrilməməlidir

"Dini mərasimlər kütlələr üzərində böyük psixoloji təsir qüvvəsinə malikdir. Dini mərasimlər zamanı insanların sosial statusu unudulur, bütün təbəqələrdən insanlar bir-birinə yaxınlaşır. Çünki dini mərasimlər ictimai həyatın ayrılmaz tərkib hissəsini təşkil edir".

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, bunu Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin aparıcı məsləhətçisi Anar Əlizadə "Dini mərasimlər: tarix, ənənə və hüquq" mövzusunda keçirilən konfransda deyib.

PA rəsmisi bildirib ki, ölkədə dövlət-din münasibətləri dünyəvi prinsiplər əsasında qurulub: "Etiqadi mənsubiyyətindən asılı olmayaraq dini ayinlərin, mərasimlərin icrasında hər kəs üçün azad və bərabər şərait yaradılıb. Yəni ölkədə dini etiqad azadlığı tam təmin olunub. Amma bu o demək deyil ki, dini mərasimlərin keçirilməsi zamanı hüquqi qaydalara, ictimai normalara riayət olunmamalıdır. Ona görə də dini mərasimlər ictimai asayişi pozmadan icra olunmalıdır. Heç kəs dini mərasimləri yerinə yetirməyə və dini mərasimlərdə iştirak etməyə məcbur edilməməlidir".

A.Əlizadə əlavə edib ki, dini mərasimlər dini siyasiləşdirilməsi alətinə çevrilməməlidir: "Təəssüf ki, xarici dairələr tərəfindən idarə olunan və islam adı altında hərəkət edən bəzi radikal dini qruplaşmalar dini mərasimləri siyasi şüarlar səsləndirmək vasitəsinə çeviriblər. Dini mərasimləri yerinə yetirərkən ifrat hərəkətlərə, zarafata yol verilməməyə çalışılmalıdır. Lakin belə neqativ sosial təzahürlər, mənfi hallar inzibati yollarla deyil, daha çox müntəzəm maarifləndirmə tədbirlərinin həyata keçirilməsi ilə aradan qaldırılmalıdır".

S.Xankişiyeva

 

Paylaş:
405

Son xəbərlər

Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir19 / 04 / 2024, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTO19 / 04 / 2024, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTO19 / 04 / 2024, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb19 / 04 / 2024, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb19 / 04 / 2024, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO19 / 04 / 2024, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEO19 / 04 / 2024, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcək19 / 04 / 2024, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıb19 / 04 / 2024, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜAT19 / 04 / 2024, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcək19 / 04 / 2024, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb19 / 04 / 2024, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVA19 / 04 / 2024, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklər19 / 04 / 2024, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTO19 / 04 / 2024, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİB19 / 04 / 2024, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıb19 / 04 / 2024, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcək19 / 04 / 2024, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub19 / 04 / 2024, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edib19 / 04 / 2024, 15:45
Bütün xəbərlər