Özəlləşdirmədə geniş seçim imkanı: 73 dövlət əmlakı hərracda | 1news.az | Xəbərlər
İqtisadiyyat

Özəlləşdirmədə geniş seçim imkanı: 73 dövlət əmlakı hərracda

17:42 - 15 / 10 / 2018
Özəlləşdirmədə geniş seçim imkanı: 73 dövlət əmlakı hərracda

Hər kəs vaxt sərf etmədən, elə olduğu yerdəcə hərracda iştirak edib dövlət əmlakına sahib ola bilər. Bunu Əmlak Məsələləri Dövlət Komitəsinin vətəndaşlara təklif etdiyi onlayn qoşulma imkanı mümkün edir.

Komitədən 1news.az-a verilən məlumata görə, rahat, şəffaf mühitdə, heç bir məhdudiyyət və əlavə ünsiyyət olmadan sifarişçi arzu etdiyi əmlakı özəlləşdirə bilər. Müraciət prosedurları isə çox sadədir. İştirak etmək üçün kompüter və ya digər elektron resurslarla Özəlləşdirmə portalından seçim və sifariş etmək kifayətdir.

Seçim çoxluğuna gəldikdə isə hər həftə hərraclara müxtəlif kateqoriyalara aid olan, çeşidli dövlət əmlakları çıxarılır. Komitə tərəfindən növbəti hərraclardan biri də 13 noyabr tarixində reallaşacaq. Belə ki, bu dəfə prosesə ümumilikdə 73 dövlət əmlakı çıxarılıb. Bunlardan 26-sı kiçik dövlət müəssisə və obyekti, 14-ü qeyri-yaşayış sahəsi, 20-si səhmdar cəmiyyəti, 10-u nəqliyyat vasitəsi, 3-ü isə yarimçıq tikilidir.

Bu dəfə hərraca çıxarılan kiçik dövlət müəssisə və obyektlərinin ümumi faydalı sahəsi 29,7 kv.m ilə 9297,4 kv.m aralığındadır. Biznesini təmir-tikinti sahəsi üzrə qurmaq istəyənlər üçün Lənkəran Mexaniki Təmir Zavodu uğurlu seçim ola bilər. Geniş torpaq ərazisi ilə birgə özəlləşməyə çıxarılan bu dövlət əmlakının ümumi faydalı sahəsi 3954,1 kv.m-dir. 10 saylı təsərrüfatlararası təmir səyyar mexaniki dəstə isə Tovuz rayonu, Dönük Qırıqlı kəndində yerləşir. Bu dövlət əmlakının isə ümumi faydalı sahəsi 1009,9 kv.m-dir.

Özəlləşdiriləcək qeyri-yaşayış sahələrinin 10-u paytaxtda, digərləri isə Gəncə, Samux və Sabirabadda yerləşir. Hər bir investorun büdcəsinə uyğun ola biləcək qeyri-yaşayış sahələrinin ümumi faydalı sahəsi 10 kv.m-dən 190,1 kv.m-ə qədərdir. Xidmət obyekti kimi istifadəyə imkan verən bu dövlət əmlakları qiymət baxımından da müxtəlifdir. Bakı şəhəri üzrə hərraca çıxarılan qeyri-yaşayış sahələrindən biri Səbail rayonu, Z.Əliyeva küçəsində yerləşir. Bu obyektin ümumi faydalı sahəsi 14.7 kv.m-dir.

Məlumata görə, hərraca müxtəlif rayonlardakı səhmdar cəmiyyətlərinin 30-45%-lik səhm paketləri də çıxarılıb. Şirkətlər nəqliyyat, təmir-tikinti, sənaye və digər sahələr üzrə fəaliyyət göstərir. Bunlara misal olaraq Şamaxı Dəmir Beton, Kürdəmir Kəndkimya Təchizat, Sabirabad İnşaat Sənaye kimi dövlət əmlaklarını göstərə bilərik.

Nəqliyyat vasitələrinə gəldikdə isə özəlləşdiriləcək avtomobillərin buraxılış tarixləri 1992-2008 illəri əhatə edir. Qeyd edək ki, bu kateqoriyadan olan münasib qiymətli dövlət əmlakları Hyundai, Ford, Qaz və Vaz markalarına aiddir.

Özəlləşdiriləcək dövlət əmlaklarının tam siyahısı ilə tanış olmaq istəyənlər komitənin rəsmi saytı (emdk.gov.az) və Özəlləşdirmə portalına (privatization.az) daxil ola bilər. Əmlak Məsələləri Dövlət Komitəsi hər kəsi canlı və onlayn formada hərraclarda iştirak etməyə və ya prosesi ziyarətçi kimi izləməyə dəvət edir.

1news.az

Paylaş:
370

Son xəbərlər

Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir19 / 04 / 2024, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTO19 / 04 / 2024, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTO19 / 04 / 2024, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb19 / 04 / 2024, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb19 / 04 / 2024, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO19 / 04 / 2024, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEO19 / 04 / 2024, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcək19 / 04 / 2024, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıb19 / 04 / 2024, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜAT19 / 04 / 2024, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcək19 / 04 / 2024, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb19 / 04 / 2024, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVA19 / 04 / 2024, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklər19 / 04 / 2024, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTO19 / 04 / 2024, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİB19 / 04 / 2024, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıb19 / 04 / 2024, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcək19 / 04 / 2024, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub19 / 04 / 2024, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edib19 / 04 / 2024, 15:45
Bütün xəbərlər