Oxumağa dəyər 5 kitab: tanınmış yazıçı Natiq Rəsulzadə məsləhət görür – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Oxumağa dəyər 5 kitab: tanınmış yazıçı Natiq Rəsulzadə məsləhət görür – FOTO

11:56 - 18 / 04 / 2019
Oxumağa dəyər 5 kitab: tanınmış yazıçı Natiq Rəsulzadə məsləhət görür – FOTO

Artıq məlum olduğu kimi, 1news.az Audiokitab-ın dəstəyilə #Top5books adlı yeni layihəyə başlayıb. Layihənin məqsədi kitab oxumaq marağının artırılmasıdır.

Rubrikada ölkəmizin məşhur simaları onlara daha çox təsir edən və oxuculara tövsiyə edəcəkləri 5 kitabı bizlərlə bölüşür. Rubrika hər həftə dərc olunacaq. Oxucularımız tövsiyə olunan kitablardan maraqlı hesab etdiklərini özləri üçün seçə bilər. 

Rubrikanın budəfəki həmsöhbəti – tanınmış yazıçı, “Şöhrət” ordeni laureatı Natiq Rəsulzadədir.

***

Əgər həyatım boyu yalnız altı kitab oxusaydım, onlardan beşini seçmək daha asan olardı. Mindən çox kitab oxuduğum üçün, onlardan beşini seçmək olduqca çətindir. Bununla yanaşı, bir kitabı bir neçə dəfə oxuduğum zamanlar da olub. Bunları asanlıqla tövsiyə edə bilərəm.

Bir məqam da var – mən əsasən roman, pyes, ssenari müəllifi olsam da, lakin mənim ən sevdiyim janr hekayədir. Buna görə də, beş yazıçının hekayələr toplusunu oxuculara tövsiyə edirəm.

Əminəm ki, nəsr janrı daha yığcam və çətindir. Çünki müəllif kiçik misralara daha geniş mənanı sığdırmağa çalışır. Süjet xəttini qurmaqla yanaşı, qəhrəmanın obrazını elə canlandırmaq lazımdır ki, oxucuda maraq oyatsın.

Sadalayacağım bütün yazıçılar yaradıcılığımda iz buraxıb. Onların hər birindən yazıçılığı öyrənmişəm. Ədəbiyyatda əsas qəhrəmanın xarakterini və obrazını elə canlandırmaq lazımdır ki, oxucunun yaddaşında qalsın, onda canlı, dərin təəssürat yaratsın. Buna görə də Dostoyevski, Tolstoy, Füzuli, Şekspir, Dikkens kimi klassikləri dəfələrlə oxuyuruq. Çünki dahilərin yazdığı detektivlərin süjet xəttini bilsək də, qəhrəmanın obrazına görə yenidən oxuyuruq.

Beləliklə, ilk tövsiyə edəcəyim hekayələr toplusu A.Çexovundur.

Onun hekayələrini gənclik yaşlarımdan indiyə qədər oxuyuram. Bəli, Çexov hekayələrlə yanaşı, pyeslərin də müəllifidir. İlk növbədə o, dramaturq və yazıçı kimi məşhurdur. Nümunə olaraq “Üç il” hekayəsini gətirim. Bu, insanın taleyi, sevginin mənşəyi, çox dərin və ibrətli, müdrik hekayədir. Hekayədə insanda nə olursa olsun həyatın davam etdiyindən danışır. Bu həyata uyğunlaşmaq lazımdır.

Digər hekayə isə –  “Qara keşişdir”. Burada mistik elementlərin olması hekayəni daha da maraqlı edir. Bu janrda bir çox əsərlərim var. Çexovun bütün hekayələrini sadalamayacağam. Düşünürürəm ki, hər bir oxucu onun əsərlərindən özünə yaxın olanı seçəcək.

İkinci müəllif – Gi de Mopassandır.

Baxmayaraq ki, o bir çox məşhur romanların müəllifidir, onun hekayələri daha çox xoşuma gəlir.  Mopassanın hekayələri oxucunun qəlbinin dərinliklərinə sirayət edərək həmişəlik orada qalır. Mopassanı oxuyarkən bunu daha çox hiss edirsən.

Mopassanı hələ 15-16 yaşım olanda oxumağa başladım. Nədənsə, sovetlər dönəmində onun əsərləri qadağan hesab olunurdu. Onun hekayələrindən biri “Limanda” çox faciəvi və dərindir. Əsərdə həyatını dənizdə keçirən matros qardaşla əxlaqsızlıq yuvasında çalışan bacının təsadüfi görüşündən bəhs edilir.

Üçüncü müəllif – Ernset Heminqueydir.

Hər bir qəhrəmanın söz vasitəsilə obrazını yaratmaq üçün onun hekayələrindən hər bir sözün tam anlamını dərk edərək hekayələrini dəfələrlə oxumuşam. Oxucu əsəri oxuyarkən qəhrmanın obrazını necə canlandırması, onunla sanki söhbət etməsinə nail olmağa çalışmışam. Buna görə də o, yazıçı kimi mənə daha yaxındır.

Dördüncü müəllif – Nikolay Qoqoldur.

Sözsüz ki, “Ölmüş ruhlar” onun ölməz və daha əsəridir. Lakin bununla yanaşı, onun hekayələrini daha çox bəyənirəm. Həmçinin onun əsərlərində yumor hissini də kəşf etmək olur. Düşünürəm ki, bunu çox diqqətcil və həssas oxucu sezə bilir. Çünki oxucular da yazçılar kimi müxtəlifdir.

Sözsüz ki, Qoqolun bütün hekayələri gözəldir. Nümunə kimi, “Dikanka yaxınlığında bir fermada axşamlar” və möhtəşəm hekayə “Taras Bulba”dır.

Beşinci müəllifdə bir qədər çaşqın qalmışam. İvan Buninlə Vladimir Nabokov arasında seçim etməliyəm.

Onların hər ikisini sevirəm. Lakin Buninə üstünlük verirəm. Nabokov sözlərlə oynamağı sevir.

Buninin “Anton almaları” – lirik, sakit, parlaq hekayəsini söyləyə bilərəm. O adətən bu həyatı təsvir etməyi sevirdi, lakin bunu böyük ustalıqla edirdi. Onun “Sahibə” hekayəsi sevgidən bəhs edir. Yaşlı zabit bir məkanın sahibəsinin özünün gənclik sevgisi olduğunu öyrənir. Bu an o, bu qadınla qalsaydı həyatının necə olacağını düşünür. Bunin əsasən sevgidən yazırdı. Çünki o, insanın əsl insan olması sevgi hissindən asılı olduğunu hesab edirdi.

Nabokovun hekayələrindən “Lujinin müdafiəsi”nin adını çəkə bilərəm. Əsərdə həyatla barışa bilməyən şahmatçının ağır həyatından bəhs edilir. Onun ətrafı şahmatçını müvəffəqiyyət qazanmış hesab etsə də, intihar etmə qərarını anlaya bilmir. Baxmayaraq ki, əsəri amerikalılar ekranlaşdırsa da, zənnimcə, hekayənin mahiyyətini sonuna qədər anlaya bilməyiblər.

Oxumağa dəyər 5 kitab: Qrem Uilson məsləhət görür – FOTO

Oxumağa dəyər 5 kitab: ADA Universitetinin prorektoru Fariz İsmayılzadə məsləhət görür – FOTO

Oxumağa dəyər 5 kitab: Audiokitab-ın rəhbəri Həsən Həsənov məsləhət görür – FOTO

Oxumağa dəyər 5 kitab: Çingiz Abdullayev məsləhət görür – FOTO

Oxumağa dəyər 5 kitab: Rəhman Hacıyev məsləhət görür – FOTO

Tərcümə: S.Xankişiyeva

 

Paylaş:
4059

Son xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib24 / 04 / 2024, 20:49Fransa aviaşirkəti Bakıda qəza enişi etdi - FOTO24 / 04 / 2024, 18:33Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib24 / 04 / 2024, 17:49RİNN Naxçıvanda radiomonitorinq keçirib24 / 04 / 2024, 17:43Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur24 / 04 / 2024, 17:35Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, cinayət işi başlanıldı - YENİLƏNİB24 / 04 / 2024, 17:2810 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq24 / 04 / 2024, 17:25Ombudsman Britaniya səfirini Azərbaycan torpaqlarında törədilən mina terroru haqqında məlumatlandırdı24 / 04 / 2024, 17:18AAYDA sədri Bakının yollarında aparılan əsaslı təmir-tikinti işlərinə baxış keçirib - VİDEO24 / 04 / 2024, 17:14Bakı 2023-cü ildə ən çox birbaşa xarici investisiyalar yatırılan şəhərlərin reytinqində 3-cü yerdə qərarlaşıb24 / 04 / 2024, 16:57Alimpaşa Məmmədov dəymiş ziyandan 185 min manat ödəyib24 / 04 / 2024, 16:36Şuşaya ilkin mərhələdə köçürülək şəxslərin sayı açıqlandı24 / 04 / 2024, 16:08DİM ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında yeni anlaşma memorandumu imzalanıb24 / 04 / 2024, 15:54Ayxan Hacızadə: Azərbaycan diplomatiya və multilateralizm yolu ilə sülh, təhlükəsizlik və rifaha töhfə verir24 / 04 / 2024, 15:38Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası24 / 04 / 2024, 15:31Azərbaycan-Macarıstan enerji üzrə İşçi Qrupunun iclası keçirilib24 / 04 / 2024, 15:18Prezident: Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıb24 / 04 / 2024, 15:07Sabunçuda açıq ərazidə yanğın başlayıb24 / 04 / 2024, 15:03Azərbaycan və Qırğızıstan arasında gömrük sahəsində əməkdaşlıqla bağlı sənədlər imzalanıb24 / 04 / 2024, 14:48ANAMA tələ tipli partlayıcı qurğularla bağlı çarx hazırladı - VİDEO24 / 04 / 2024, 14:43
Bütün xəbərlər