Oxumağa dəyər 5 kitab: Orxan Fikrətoğlu məsləhət görür – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Oxumağa dəyər 5 kitab: Orxan Fikrətoğlu məsləhət görür – FOTO

11:32 - 24 / 04 / 2019
Oxumağa dəyər 5 kitab: Orxan Fikrətoğlu məsləhət görür – FOTO

Artıq məlum olduğu kimi, 1news.az Audiokitab-ın dəstəyilə #Top5books adlı yeni layihəyə başlayıb. Layihənin məqsədi kitab oxumaq marağının artırılmasıdır.

Rubrikada ölkəmizin məşhur simaları onlara daha çox təsir edən və oxuculara tövsiyə edəcəkləri 5 kitabı bizlərlə bölüşür. Rubrika hər həftə dərc olunacaq. Oxucularımız tövsiyə olunan kitablardan maraqlı hesab etdiklərini özləri üçün seçə bilər. 

Rubrikanın budəfəki həmsöhbəti – yazıçı, ssenarist, jurnalist, Əməkdar incəsənət xadimi Orxan Fikrətoğludur.

***

Birinci kitab – Apuleyin “Qızıl eşşək” əsəridir.

Bu, mənim ən sevimli kitablarımdan biridir. Hesab edirəm ki, bunu hər bir kəs oxumalıdır. Zənnimcə, bütün Avropa ədəbiyyatı Apuleyin əsərləri əsasında qurulub. Onun əsərlərində hər bir düşünən insanı narahat edən bir çox suallara cavab tapmaq olar. Həmçinin onun nəsr əsərlərinin quruluşu da maraqlıdır.

“Qızıl eşşək” – 11 kitabdan ibarət roman qədim Roma yazıçısı Apuley tərəfindən II əsrdə yazılıb.  Latın dilində məşhur əntiq romanlarından biridir ki, əsər dəfələrlə digər dillərə tərcümə olunub.

Apuleyin “Metamorfozalar və ya qızıl eşşək” romanı dövrün mistikası ilə şərq fantastikasının ahəngidir. Roman eşşəyin macəralarında bəhs edir. Romanın ən parlaq hissəsi – Amur və Psixeyinin sevgisindən bəhs edən novelladır. Məhəbbət allahı Amur ölüm gözəli Psixeyi sevir.

İkinci kitab – Riçard Baxın “Connatan Levinqton adlı qağayı”dır.

Hesab edirəm ki, R.Baxın bu kitabında xristianlıq dini daha dəqiq öz əksini tapıb. Həmçinin əsərdə İsa peyğəmbərin bütün etdikləri də qeyd olunub. Bütün bunlar çox sadə və anlaşıqlı dildə yazılıb. Bu, sözsüz ki, dahi əsərdir.

Üçüncü kitab - əlbəttə ki, Antuan de Sent-Ekzüperinin “Balaca şahzadə” əsəridir.

Fikrimcə, “Balaca şahzadə” Servantesin “Don Kixot” əsəri kimi uşaq ədəbiyyatı deyil. Çünki kitabda çoxlu alleqoriyalar var ki,bunu yalnız yaşa dolduqca anlaya bilirsən. Kimiləri bunu gənclikdə, kimilər isə müəyyən yaşdan sonra dərk edə bilir.

** *

 “Belə bir qəti qayda var. Səhər oyanan kimi əl-üzünü yudun, özünü qaydaya saldın dərhal öz planetini də qaydaya sal”.

** *

- İnsanlar hardadır? Səhra çox tənhalıqdır...

- İnsanlar arasında da tənhalıqdır.

** *

“Özünü mahakimə etmək, başqalarını mühakimə etməkdən daha çətindir. Əgər özünü düzgün mahakimə edə bilirsənsə, deməli həqiqətən də müdriksən”.

Ekzüperi pilot olduğu üçün dünyaya səmadan baxa bilirdi, onun baxışları – Allahın baxışladır...

Dördüncü kitab  – Ceroma Selincerin “Çovdarlıqda uçurumdan qoruyan” romanıdır.

Bu kitabı hər bir gəncin oxumasını tövsiyə edirəm. Əsərin qəhrəmanı – böyüklərin riyakar qanunlarına tabe olmaq istəməyən həyata yenicə qədəm qoymuş gəncdir. Gənc barışmazlığı ilə o, onlara qarşı gəlir və yaranmış münaqişələrdən narahat olur.

“Özlüyümdə balaca uşaqların geniş sahədə covdarlıqda oynadıqlarını təsəvvür etdim. Minlərlə uşaq və ətrafda məndən başqa bir nəfər də olsun böyük yoxdur. Mən isə uçurumun lap kənarında dayanmışam, başa düşürsən? İşim – uşaqları uçurumdan düşməsinə mane olmaqdır. Mənim işim budur. Çovdarlıqdakı uşaqları uçurumdan qorumaq. Bilirəm ki, bu, axmaqlıqdır, lakin bu, mənim həqiqətən də istədiyim tək şeydir. Yəqin ki, mən axmağam”.

Bu, mifologiya səviyyəsində dahi kitabdır. Ümumiyyətlə hesab edirəm ki, ən böyük ədəbiyyat miflərdir. Onlar real həyatı, ölüm və allahları düzgün təsəvvür edir. Bu səviyyəyə yaxın ədəbiyyat da dahi ədəbiyyatdır.

Və beşinci kitab – Ceyms Coysonun “Dublinlilər” əsəridir.

Coys mənim ən sevimli yazıçılardandır. Hələ tələbə olan zaman onun “Uilss” romanını oxumuşam. O, klassikdir. Onun kitablarında əldə etdiyim yazıçılıq təcrübəsinə görə Coysona minnətdaram. “Uilss” sovetlər dönəmində qadağan olunmuş ədəbiyyat idi. Əsər möhtəşəm olsa da, lakin ilk olaraq “Dublinlilər”i tövsiyə edirəm. Çünki bu, 15 hekayə toplusudur.

Sözsüz ki, tövsiyə edəcəyim kitablar çoxdur. Amma əminəm ki, hər bir kəs məsləhət gördüyüm bu beş kitabı oxusa, dünyamız bir qədər gözəl və təmiz olar.

Oxumağa dəyər 5 kitab: Xalq yazıçısı, deputat  Elmira Axundova məsləhət görür – FOTO

Oxumağa dəyər 5 kitab: tanınmış yazıçı Natiq Rəsulzadə məsləhət görür – FOTO

Oxumağa dəyər 5 kitab: Qrem Uilson məsləhət görür – FOTO

Oxumağa dəyər 5 kitab: ADA Universitetinin prorektoru Fariz İsmayılzadə məsləhət görür – FOTO

Oxumağa dəyər 5 kitab: Audiokitab-ın rəhbəri Həsən Həsənov məsləhət görür – FOTO

Oxumağa dəyər 5 kitab: Çingiz Abdullayev məsləhət görür – FOTO

Oxumağa dəyər 5 kitab: Rəhman Hacıyev məsləhət görür – FOTO

Tərcümə: S.Xankişiyeva

 

Paylaş:
3500

Son xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib24 / 04 / 2024, 20:49Fransa aviaşirkəti Bakıda qəza enişi etdi - FOTO24 / 04 / 2024, 18:33Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib24 / 04 / 2024, 17:49RİNN Naxçıvanda radiomonitorinq keçirib24 / 04 / 2024, 17:43Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur24 / 04 / 2024, 17:35Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, cinayət işi başlanıldı - YENİLƏNİB24 / 04 / 2024, 17:2810 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq24 / 04 / 2024, 17:25Ombudsman Britaniya səfirini Azərbaycan torpaqlarında törədilən mina terroru haqqında məlumatlandırdı24 / 04 / 2024, 17:18AAYDA sədri Bakının yollarında aparılan əsaslı təmir-tikinti işlərinə baxış keçirib - VİDEO24 / 04 / 2024, 17:14Bakı 2023-cü ildə ən çox birbaşa xarici investisiyalar yatırılan şəhərlərin reytinqində 3-cü yerdə qərarlaşıb24 / 04 / 2024, 16:57Alimpaşa Məmmədov dəymiş ziyandan 185 min manat ödəyib24 / 04 / 2024, 16:36Şuşaya ilkin mərhələdə köçürülək şəxslərin sayı açıqlandı24 / 04 / 2024, 16:08DİM ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında yeni anlaşma memorandumu imzalanıb24 / 04 / 2024, 15:54Ayxan Hacızadə: Azərbaycan diplomatiya və multilateralizm yolu ilə sülh, təhlükəsizlik və rifaha töhfə verir24 / 04 / 2024, 15:38Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası24 / 04 / 2024, 15:31Azərbaycan-Macarıstan enerji üzrə İşçi Qrupunun iclası keçirilib24 / 04 / 2024, 15:18Prezident: Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıb24 / 04 / 2024, 15:07Sabunçuda açıq ərazidə yanğın başlayıb24 / 04 / 2024, 15:03Azərbaycan və Qırğızıstan arasında gömrük sahəsində əməkdaşlıqla bağlı sənədlər imzalanıb24 / 04 / 2024, 14:48ANAMA tələ tipli partlayıcı qurğularla bağlı çarx hazırladı - VİDEO24 / 04 / 2024, 14:43
Bütün xəbərlər