Orxan Bağırov: Rəqabət reytinqinin yüksəlməsi dünya bazarına çıxan Azərbaycan şirkətlərinin fəaliyyətini asanlaşdıracaq | 1news.az | Xəbərlər
İqtisadiyyat

Orxan Bağırov: Rəqabət reytinqinin yüksəlməsi dünya bazarına çıxan Azərbaycan şirkətlərinin fəaliyyətini asanlaşdıracaq

11:21 - 29 / 09 / 2017
Orxan Bağırov: Rəqabət reytinqinin yüksəlməsi dünya bazarına çıxan Azərbaycan şirkətlərinin fəaliyyətini asanlaşdıracaq

Məlum olduğu kimi, yaxın günlərdə Azərbaycan “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı” indeksində iki pillə irəliləyərək 137 ölkə arasında 35-ci yerdə qərarlaşıb. Bu hesabat Dünya İqtisadi Forumu (World Economic Forum - WEF) tərəfindən hər il tərtib edilir.

Həmçinin Azərbaycan MDB dövlətləri arasında reytinqdə ən yüksək yerə sahib olub.

Məsələ ilə bağlı 1news.az-a Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin elmi işçisi Orxan Bağırov müsahibə verib:

- Azərbaycan “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı” indeksi reytinqində MDB dövlətlərini qabaqlayıb. Ümumilikdə bu, hansı mənanı kəsb edir və ölkəmiz üçün hansı imkanları açır?

- Qlobal Rəqabətlilik Hesabatında Azərbaycanın reytinqinin qalxması Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə həyata keçirilən iqtisadi islahatların nəticəsidir. Bu islahatların əsasında Azərbaycan iqtisadiyyatının neft sektorundan asılılığının azaldılması və digər sektorların iqtisadiyyatda payının artırılması dayanır. Belə olan halda bu siyasətin həyata keçirilməsi sözsüz ki, bu sektorlarda biznes imkanlarının genişləndirilməsindən və yönəldilən investisiyaların həcminin artırılmasından asılıdır. Azərbaycanın rəqabətlilik reytinqinin artması isə həyata keçirilən islahatların səmərəli olduğunu, kiçik və orta sahibkarlığın inkişafının təmin edildiyini və Strateji Yol Xəritələrində müəyyən edilən inkişaf istiqamətlərinin reallaşdığını göstərir.

Rəqabət reytinqinin artmasının islahatların səmərəliliyini göstərməklə yanaşı, ölkəmiz üçün geniş imkanlar yaradır. Azərbaycan iqtisadiyyatına investisiya yatırmaq niyyətində olan istənilən investor üçün rəqabətlilik hesabatı əhəmiyyətli rol oynayır. Yəni hesabatda reytinqin müəyyən edilməsi üçün hər bir ölkə üzrə qiymətləndirilmiş göstəricilər bu ölkədə biznes fəaliyyətinin nə dərəcədə səmərəli olacağını müəyyən etməyə imkan verir. Bu baxımdan bir çox əhəmiyyətli göstəricilər üzrə Azərbaycanın rəqabətlilik reytinqinin yüksək olması ölkə iqtisadiyyatının cəlbediciliyini artırır ki, bu da investisiya imkanlarının genişlənməsi deməkdir.

- Reytinqin yüksəlməsi Azərbaycana xarici investisiyaların cəlb edilməsində artıma (əlverişli investisiya mühitinin sübutu kimi) təsirini göstərəcəkmi?

- Əlbətdə, əvvəl də qeyd etdiyim kimi reytinqin yüksəlməsi əlverişli investisyia və biznes fəaliyyəti mühitinin mövcud olduğunu göstərir ki, bu da investisiya cəlbini şərtləndirən əsas amillərdən biridir.

2017-2018 Qlobal Rəqabətlilik Hesabatında Azərbaycanın reytinqinin yüksək olmasına təsir edən əsas komponentlər təsisatların, xüsusilə də dövlət təsisatlarının, əmək bazarının, əmtəə bazarının səmərəliliyi və innovasiyadır. Belə ki, təsisatların səmərəliliyinə görə reytinqimiz 33, əmək bazarının səmərəliliyinə görə 17, əmtəə bazarının səmərəliliyinə görə 31 və innovasiyalara görə isə 33-dür. Belə olan halda biznes fəaliyyəti zamanı işçi qüvvəsinin əl çatan olması, məhsulların səmərəli əmtəə bazarına çıxarılması, biznes fəaliyyətinin dövlət institutları tərəfindən dəstəklənməsi və iqtisadiyyatın innovasiyalara meylli olması kimi amillər regionda marağı olan xarici investorların Azərbaycanı seçməsinə gətirib çıxaracaqdır.

- Bu, Azərbaycan məhsullarının və eləcə də şirkətlərinin dünya bazarlarına çıxışını asanlaşdıracaqmı?

- Sözsüz ki, reytinqin yüksəlməsi bu istiqamətdə də öz müsbət təsirlərini göstərəcəkdir. Bu Azərbaycan məhsullarının və şirkətlərinin dünya bazarına çıxışını birbaşa olmasa da dolayı olaraq asanlaşdıracaqdır. İqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəlməsi ilk növbədə onu göstərir ki, Azərbaycan məhsullarının rəqabət qabiliyyəti artmaqdadır və bu proses davam edəcəkdir. Bu isə öz növbəsində o deməkdir ki, daha yüksək rəqabətlilik qabiliyyəti Azərbaycan məhsullarının dünya bazarına çıxışı asanlaşdıracaqdır. Digər tərəfdən rəqabət reytinqinin yüksəlməsi dünya bazarına çıxan Azərbaycan şirkətlərinin innovasiyaya meylli olmasını və rəqabətə davamlı olduğunu göstərməklə onların xarici bazarlarda fəaliyyətini asanlaşdıracaqdır.

- Asanlaşmalar bütün 12 bənd üzrə keçirilib. Bunu dünya ekspertlərinin Azərbaycanın iqtisadi problemlərdən çıxışı və ölkəmizin mövqeyinin möhkəmlənməsinin (ÜDM-in artımına sürətli çıxış) təsdiqi kimi qeyd etmək olarmı?

- Əlbətdə onu nəzərə alsaq ki, bu hesabatın hazırlanmasında tanınmış dünya ekspertləri iştirak edir o zaman hesabatın Azərbaycan üçün olan nəticəsi onların ölkəmiz haqqında fikrini əks etdirir. 12 bənd üzrə həyata keçirilmiş qiymətləndirmədə öncəki hesabatla müqayisədə yalnız 2 bənd üzrə azalma müşahidə edilmişdir. Qalan 10 bənd üzrə Azərbaycanın reytinqi artıb. Azalmanın müşahidə edildiyi komponentlər makroiqtisadi mühit və texnoloji hazırlıqdır. Ən cox azalma makroiqtisadi mühit komponenti üzrə baş verib ki, bu da təbiidir. Ona görə ki, hal-hazırda Azərbaycan yeni iqtisadi modelə keçid mərhələsindədir və milli valyutanın ucuzlaşması baş verib. Qalan bütün komponentlər üzrə Azərbaycanın reytinqinin yüksəlməsi dünya ekspertlərinin  Azərbaycanın iqtisadi problemlərdən çıxmaq üzrə olduğu fikrində olduqlarını təsdiq edir. Sözsüz ki, iqtisadiyyatda səmərəli və yüksək rəqabətli biznes mühitinin mövcud olması ÜDM-in inkişafına birbaşa təsir edir. Hesabatın hazırlanmasında iştirak edən ekspertlərin Azərbaycanı yüksək rəqabətli ölkə kimi qiymətləndirməsi isə onların növbəti illərdə Azərbaycanda ÜDM-ün yüksələcəyinə inanması anlamına gəlir.

- Bu indeks neftlə – Azərbaycanın başlıca sərvəti ilə bağlı deyil. Yəni bunu Azərbaycan iqtisadiyyatının uğurla inkişaf etməsi, texnoloji tərəqqi meyillərinə operativ cavab verməsi kimi söyləmək olar?

- Bəli, olar. Onu nəzərə alsaq ki, bu gün Azərbaycanın iqtisadi siyasətini əsas prioriteti qeyri-neft sektorunun inkişaf etdirilməsidir, bu halda qısa müddətdə Azərbaycanın neftlə bağlı olmayan rəqabətlilik reytinqinin artması onu göstərir ki, iqtisadiyyat səmərəli şəkildə inkişaf edir və qeyri-neft sektorunun inkişaf etdirilməsi siyasəti uğurla həyata keçirilir. Təsəvvür edin ki, Azərbaycan rəqabət qabiliyyəti reytinqində son iki il ərzində 5 pillə irəliləyib. Əgər aşağı neft qiymətlərinin mənfi təsirinin ən çox hiss olunduğu 2015-2016-cı illərdə reytinqimiz 40 idisə, hal-hazırda 35-ə enib. Bu isə bir daha onu göstərir ki, iqtisadi islahatların səmərəliliyi öz bəhrəsini verməkdədir.   Azərbaycan iqtisadiyyatının texnoloji tərəqqi meyillərinə operativ cavab verdiyini isə innovasiya üzrə Azərbaycanın reytinqinin 2015-2016-cı il hesabatı ilə mqayisədə 61-dən 33-ə yüksəlməsi göstərir.

- Bu reytinq digər beynəlxalq reytinqlərin Azərbaycana qarşı münasibətin yaxşılaşmasına təsir göstərəcək?

- Əlbəttə ki, müsbət təsir göstərəcək. Məlum olduğu kimi, reytinq şirkətləri son illərdə Azərbaycanın reytinqini azaltmış və proqnozu neqativ elan ediblər. Lakin, Azərbaycanın rəqabətlilik reytinqinin artması bu şirkətlərin də Azərbaycan haqqında apardığı qiymətləndirmələrin müsbətə doğru dəyişməsinə gətirib çıxaracaqdır. Bu onunla bağlıdır ki, rəqabət qabiliyyətinin yüksək olması biznesin inkişafı və xarici investisiyaların artması üçün əlverişli mühüt yaradır və bu da iqtisadi inkişafı təmin etməklə makroiqtisadi göstəricilərin yüksəlməsinə səbəb olacaq. İqtisadi rəqabətliliyin artması sahibkarlığın Azərbaycan iqtisadiyyatının əsasını təşkil etməsinə şərait yaradacaq ki, bu da Azərbaycanın digər reytinqlərinin də yüksəlməsi ilə nəticələnəcək.     

S.Xankişiyeva

 

 

 

 

 

 

 

 

Paylaş:
2566

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandı25 / 04 / 2024, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılır25 / 04 / 2024, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib25 / 04 / 2024, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTO25 / 04 / 2024, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEO25 / 04 / 2024, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdi25 / 04 / 2024, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilib25 / 04 / 2024, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbə25 / 04 / 2024, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTO25 / 04 / 2024, 13:54
Bütün xəbərlər