Oqtay Əsədov: AXC parlamenti ölkəmizdə dövlətçilik məfkurəsinin inkişafında mühüm rol oynayıb | 1news.az | Xəbərlər
Siyasət

Oqtay Əsədov: AXC parlamenti ölkəmizdə dövlətçilik məfkurəsinin inkişafında mühüm rol oynayıb

12:09 - 21 / 09 / 2018
Oqtay Əsədov: AXC parlamenti ölkəmizdə dövlətçilik məfkurəsinin inkişafında mühüm rol oynayıb

1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) və onun parlamentinin yaradılması xalqımızın dövlətçilik potensialının yeni tarixi şəraitdə təzahür etməsi və müstəqillik arzusunun reallaşması idi.

Parlamentli respublika sisteminin tətbiq edilməsi, demokratik və dünyəvi dövlətçilik yolunda atılan inamlı addımlar təkcə Azərbaycanın deyil, bütün müsəlman Şərqinin siyasi həyatında yeni səhifə açdı.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, bu sözləri Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçirilən təntənəli iclasda çıxış edən Milli Məclisin sədri Oqtay Əsədov bildirib.

Oqtay Əsədov qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin siyasi, iqtisadi, sosial, mədəni və hərbi sahələrdə qəbul etdiyi mütərəqqi qanunvericilik aktları bu dövlətin səmərəli fəaliyyətinə şərait yaradıb. “Şərq aləmində ilk dəfə olaraq Azərbaycan Xalq Cümhuriyyətində kişilər və qadınlara bərabər seçki hüququ təsbit edilib. Azərbaycan parlamenti öz fəaliyyətini demokratik prinsiplər əsasında qurmuşdu. Ölkədə mövcud olan bütün siyasi qüvvələr və cərəyanlar, müxtəlif millətlərin nümayəndələri bu qanunvericilik orqanında təmsil olunub. Azərbaycan Xalq Cümhuriyyəti parlamenti ölkəmizdə dövlətçilik məfkurəsinin və siyasi mədəniyyətin inkişafında mühüm rol oynayıb. Bu parlamentin uğurlu fəaliyyəti sübut etdi ki, Azərbaycan xalqı demokratik prinsiplərə əsaslanan milli dövlət qurmağa qadirdir”, - deyə Milli Məclisin sədri vurğulayıb.

S.Xankişiyeva

 

Paylaş:
501

Son xəbərlər

Bakıda taxta bazarı yanır, əraziyə polislər cəlb olunub - YENİLƏNİBBu gün, 17:40İcma: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddirBu gün, 17:25Cavanşir Məmmədov dəfn olunub - YENİLƏNİB 1Bu gün, 16:41Ceyhun Bayramov İran səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edibBu gün, 16:39Səfir: TDT-nin əsas məqsədi türk dövlətləri arasında əlaqələrin inkişaf etdirilməsidirBu gün, 16:06Ceyhun Bayramov İran səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edibBu gün, 15:47FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilibBu gün, 15:32Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a verilibBu gün, 15:15Gəncədə yanan ev söndürülüb - YENİLƏNİBBu gün, 14:56Bakıda gömrükçülər xeyli miqdarda aksiz markasız siqaretlər aşkar ediblərBu gün, 14:20Bakıda növbəti ümumşəhər iməcliyi keçirilib - FOTOBu gün, 14:08Dünya bazarlarında neft bahalaşıbBu gün, 13:49Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə görüşübBu gün, 13:35TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - YENİLƏNİBBu gün, 13:20Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını veribBu gün, 13:03Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilibBu gün, 12:45FHN Lənkəranda qanunsuz tikililəri sökübBu gün, 12:40Sabunçuda 34 yaşlı kişi qətl edilibBu gün, 12:14“Həmin gün...” musiqili-poeziya gecəsində - FOTOBu gün, 12:00Sabah hava necə olacaq? - PROQNOZBu gün, 11:53
Bütün xəbərlər