Olimpiya çempionu etiraf etdi: Məni 15 yaşımda zorlayıblar – FOTO | 1news.az | Xəbərlər
İdman

Olimpiya çempionu etiraf etdi: Məni 15 yaşımda zorlayıblar – FOTO

12:41 - 20 / 10 / 2017
Olimpiya çempionu etiraf etdi: Məni 15 yaşımda zorlayıblar – FOTO

Məşhur Olimpiya çempionu Tatyana Qutsu şok etirafla diqqət mərkəzinə düşüb.

1news.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, SSRİ yığmasının heyətində 2 dəfə olimpiya, 1 dəfə dünya və 3 dəfə Avropa çempionu titulunu qazanmış idmançı zorlandığını etiraf edib.

Bununla bağlı şəxsi Facebook səhifəsində məlumat verən məşhur idmançı onu zorlayan şəxsin adını da açıqlayıb.

1992-ci ildən sonra gimnastika üzrə Ukrayna yığmasının şərəfini qoruyan 41 yaşlı Qutsu Yay Olimpiya Oyunlarının 6 qat qızıl mükafatçısı Vitali Şerbo tərəfindən zorlandığını bildirib.

Ukraynalının sözlərinə görə, bu hadisə ilk dəfə Almaniyanın Ştutqart şəhərində baş verib:

“27 il susduqdan sonra cəsarətimi topladım. Yığmadakı komanda yoldaşım və ən yaxın rəfiqəm hesab etdiyim Tatyana Toporova, “çox sağ ol ki” mənə dəstək lazım olan vaxt bunu etmədin. Qadınların hüquqları üçün mübarizə aparmadın. Sən ordaydın, hər şeyi eşidirdin. Amma müdafiəm üçün qalxmadın. Rüstəm Şərifov sən də “sağ ol ki”, yaxşı dost olsan da, 15 yaşım olanda səsimə səs vermədin. 1991-ci ildə məni zorlayan Vitali Şerbo idi.

Uzun illər bu vəhşiliyə görə özümə qapanmışdım. Bilirəm ki, indi özünü müdafiə etməyə çalışacaqsan. Amma mənim sübutum sənin sözlərindən üstündü. Mən heç vaxt olmadığı qədər güclüyəm. Sən artıq məni sındıra bilməzsən. Bu mənim həyatımdı. Mən bunu yaşamışam və etiraf etməyə qorxanlara da dəstək olacam. Öz gücümə inanıb, başqalarına dəstək olmağa çalışacam”.

Məlumat üçün bildirək ki, Qutsu ilə Şerbo idman gimnastları kimi karyeralarına keçən əsrin 90-cı illərinin əvvəllərində başlayıblar. Qutsu milliyətcə ukraynalı, Şerbo isə belorusdur.

1992-ci il Barselonada keçirilən Olimpiya oyunlarına Şerbo 6, Qutsu isə 2 qızıl medal qazanıb. Oyunlardan sonra hər ikisi ABŞ-a köçsələr də, Ukrayna və Belorus komandalarında çıxışlarını davam etdiriblər. Hadisə baş verən zaman isə Qutsunun 15, Şerbonun isə 19 yaşı olub.

Onu da bildirək ki, onların hər ikisi hazırda ABŞ-da yaşayırlar və gimnastika məktəbinə rəhbərlik edirlər. 

Babək Cahandarov

Paylaş:
1410

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandı25 / 04 / 2024, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılır25 / 04 / 2024, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib25 / 04 / 2024, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTO25 / 04 / 2024, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEO25 / 04 / 2024, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdi25 / 04 / 2024, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilib25 / 04 / 2024, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbə25 / 04 / 2024, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTO25 / 04 / 2024, 13:54
Bütün xəbərlər