1news.az

Nyu-Yorkda Amerika Azərbaycanlılarının Koordinasiya Şurası təsis edilib

20 Noyabr saat 13:56 ~ 1 dəqiqəlik oxu 72
Nyu-Yorkda Amerika Azərbaycanlılarının Koordinasiya Şurası təsis edilib

Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti ABŞ-a səfər çərçivəsində Nyu-Yorkda Amerika Azərbaycanlılarının Koordinasiya Şurasının təsis yığıncağında da iştirak edib.

Dövlət Komitəsindən 1news.az-a bildiriblər ki, yığıncağa Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov, BMT yanında daimi nümayəndə Yaşar Əliyev, 60-dan çox diaspor nümayəndəsi və rəhbəri də qatılıb.

Komitə sədri Fuad Muradov çıxış edərək xaricdə yaşayan soydaşlarımıza diqqət və qayğı göstərilməsinin Azərbaycan dövlətinin siyasətində prioritet olduğunu deyib. Son dövrlər diaspor sahəsində görülən işlər, soydaşlarımızın birgə fəaliyyəti haqqında razılaşmaların əldə edilməsi, koordinasiya şuraları və perspektivlər barədə məlumat verib.

Sonra Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətinə dair videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən soydaşlarımız Amerikada yaşayan azərbaycanlıların problemlərindən danışıb, ana dili məktəblərinin sayının artırılmasının zəruriliyi bildirib, Amerikada yaşayan istedadlı gənclərimizə diqqətin artırılması istiqamətində təkliflər səsləndiriblər. Eyni zamanda, Amerikadakı soydaşlarımızın və diaspor təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsinin vacibliyi vurğulanıb.

Toplantıda Amerika Azərbaycanlılarının Koordinasiya Şurası təsis edilib və Şuranın tam şəkildə fəaliyyətə başlaması üçün müvafiq işçi qrupu yaradılıb.

Soydaşlarımızın fikir və təkliflərinin nəzərə alınacağını bildirən Dövlət Komitəsinin sədri qarşıya qoyulan məsələlərin həll edilməsi üçün koordinasiyalı fəaliyyətin vacib olduğunu deyib. Yalnız bir ölkədə, bir qitədə deyil, bütün dünyada soydaşlarımızın müəyyən bir şəbəkələşməsinin zəruriliyini vurğulayıb.

1news.az

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Cəmiyyət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2018 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net