NTV televiziya kanalı: Azərbaycan türk dünyasının qüvvətli qalasıdır – FOTO | 1news.az | Xəbərlər
Siyasət

NTV televiziya kanalı: Azərbaycan türk dünyasının qüvvətli qalasıdır – FOTO

14:52 - 19 / 11 / 2017
NTV televiziya kanalı: Azərbaycan türk dünyasının qüvvətli qalasıdır – FOTO

Türkiyənin nüfuzlu NTV televiziya kanalında Azərbaycan tarixi ilə bağlı “Odlar yurdu” adı ilə təqdim olunan geniş verilişdə ölkəmizin zəngin tarixi və müasir inkişafını əks etdirən rəngarəng kadrlar yayımlanıb.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” ifadəsi ilə başlanan verilişdə Azərbaycan Xalq Cümhuriyyəti, Qafqaz İslam ordusunun xilaskarlıq missiyası, Cümhuriyyət hökumətinin hərbi yolla devrilməsi, 20 Yanvar faciəsi kimi tarixi faktlara müraciət olunub. Şəhidlər xiyabanında uyuyan azərbaycanlı və türkiyəli qəhrəmanların əziz xatirəsindən danışılıb. Şəhidlərin xatirəsinin həmişə ehtiramla yad olunduğu bildirilib.

Tanınmış telejurnalist Əhmət Yəşiltəpənin “Zaman yolçusu-kəşflər” silsiləsindən hazırladığı 6-cı verilişdə türkdilli tamaşaçılara Azərbaycanın siyasi tarixi, qədim mədəniyyət abidələri, onlar haqqında günümüzə qədər gəlib çıxan rəvayətlər, zəngin mədəniyyətimiz barədə də ətraflı məlumat verib. Verilişdə Azərbaycan tarixinin ayrı-ayrı dövrlərinə müraciət olunub.

Ölkəmizi türk dünyasını qüvvətli qalası kimi təqdim edən teleaparıcı deyib: Azərbaycan Orta Asiya ilə Anadolu arasında türk dünyası mədəniyyətinin əzəmətli körpüsüdür.

Verilişdə Bakının mənzərəli yerləri, Qobustan qayaları, “Atəşgah” məbədi, İçərişəhər, Şirvanşahlar sarayı, Qız qalası, Şəki Xan sarayı, Naftalandakı müalicə-istirahət mərkəzləri və s. barədə bir-birindən maraqlı kadrlar əks olunub.

Veriliş boyu təcavüzkar Ermənistan tərəfindən Azərbaycan torpaqlarını bir hissəsinin işğal altında saxlanılması faktı bir neçə dəfə diqqətə çatdırılıb. Bildirilib ki, Ermənistan tərəfindən XX əsr boyu davamlı olaraq Azərbaycan xalqının dövlətçiliyinə qarşı təcavüzkar siyasət yürüdülüb.

S.Xankişiyeva

Paylaş:
713

Son xəbərlər

ABŞ nümayəndələri “ASAN xidmət”də olub - FOTOBu gün, 12:46Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının ikinci iclası başlayıbBu gün, 12:37Məhkəmə MMA döyüş növü üzrə tanınmış baş məşqçi və üç idmançı barədə qərar qəbul edibBu gün, 12:32Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına start verilibBu gün, 12:06Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıbBu gün, 12:03AQTA-dan bazar rəhbərlərinə xəbərdarlıq: Ən sərt tədbirlər görüləcəkBu gün, 11:59Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTOBu gün, 11:55FHN avtonəqliyyat vasitələrində yanğınlarla bağlı əhaliyə müraciət edibBu gün, 11:54Qırğızıstan Prezidenti Azərbaycana dövlət səfərinə gəlib - YENİLƏNİBBu gün, 11:38Sabah 31 dərəcə isti olacaq - ProqnozBu gün, 11:30İlkin səhiyyə xidməti təkmilləşdirilirBu gün, 11:27Bərdədə 45 yaşlı kişi tərəfindən qaçırılan 23 yaşlı qız tapılıbBu gün, 11:23İsveç səfiri “Avroviziya-2024” təmsilçilərimizlə görüşdüBu gün, 10:59AMB valyuta məzənnələrini açıqladıBu gün, 10:54“Jolly Joker”in ilk qlobal məkanı “Jolly Joker Bakı”da Yıldız Tilbe izdihamı - FOTOBu gün, 10:45Atmosfer havasını çirkləndirən şadlıq sarayları cərimə olundu - ADLARBu gün, 10:22Ötən gün 20 kiloqrama yaxın narkotik aşkarlandıBu gün, 10:20“Bilirdim ki, bütün bunlar təsadüfi deyil...” - Bir dayçanın təsirli hekayəsi - VİDEOBu gün, 10:14Avtomobiliniz “Toyota 10” / “Lexus 10” zəmanəti üçün uyğundurmu?Bu gün, 10:01Baş nazir Azərbaycan İnvestisiya Holdinqinin iclasını keçirib, tapşırıqlar veribBu gün, 09:47
Bütün xəbərlər