Novruz Məmmədovun sədrliyi ilə Neft Fondunun Müşahidə Şurasının iclası keçirilib | 1news.az | Xəbərlər
Siyasət

Novruz Məmmədovun sədrliyi ilə Neft Fondunun Müşahidə Şurasının iclası keçirilib

15:50 - 19 / 12 / 2018
Novruz Məmmədovun sədrliyi ilə Neft Fondunun Müşahidə Şurasının iclası keçirilib

Azərbaycanın Baş naziri Novruz Məmmədovun sədrliyi ilə Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən 1news.az-a bildiriblər ki, iclasın gündəliyinə əsasən Dövlət Neft Fondunun 2019-cu il üçün büdcə layihəsi, investisiya siyasəti, valyuta vəsaitinin idarə edilməsi və digər məsələlər müzakirə olunub.

Dövlət Neft Fondu tərəfindən Fondun 2019-cu il üçün büdcə layihəsi barədə təqdim edilən məlumata əsasən 2019-cu ildə Dövlət Neft Fondunun büdcəsinin baza göstəricisi olan 1 barel neftin ortaillik ixrac qiyməti növbəti il üçün dövlət büdcəsi ilə eyni - 60,0 ABŞ dolları səviyyəsində götürülüb. Bu göstəriciyə uyğun olaraq Fondun 2019-cu il üzrə büdcə gəlirlərinin ümumi həcminin 15 450,1 milyon manat, büdcə xərclərinin 11 595,2 milyon manat təşkil etməsi və Fondun büdcəsində 3 854,9 milyon manat profisitin yaranması proqnozlaşdırılır.

Dövlət Neft Fondunun 2019-cu il üçün investisiya siyasətinin müzakirəsi zamanı qeyd edilib ki, Neft Fondunun növbəti il üzrə investisiya portfelində xarici valyutalarda ifadə olunan aktivlərin çəkisi ABŞ dollarında 50 faiz, avroda 35 faiz, İngilis funt sterlinqində 5 faiz, digər valyutalarda isə 10 faiz səviyyəsində olması proqnozlaşdırılır.

Xərclərin strukturunda məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə əlaqədar bəzi tədbirlərin maliyyələşdirilməsi ilə bağlı xərclər 200,0 milyon manat, Neft Fondundan dövlət büdcəsinə transfertin yuxarı həddi 11 364,3 milyon manat, Fondun idarə edilməsi ilə bağlı xərclər 30,9 milyon manat məbləğində olması proqnozlaşdırılır.

Eyni zamanda, iclasda Fondun 2019-cu ilin büdcə layihəsinə dair Azərbaycan Respublikası Hesablama Palatasının rəyi müzakirə edilərək irəli sürülən nəticə və tövsiyələrin baxılmasına dair tapşırıqlar verilib.

Dövlət Neft Fondunun valyuta vəsaitinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsı haqqında Qaydalarda dəyişikliklərin edilməsi barədə təklifləri müzakirə olunub və Şuranın üzvləri tərəfindən irəli sürülən təklif və tövsiyələrin nəzərə alındığı bildirilib.

Müzakirələrin nəticəsi olaraq, Müşahidə Şurası tərəfindən Dövlət Neft Fondunun 2019-cu il büdcəsinin gəlirlərinin 15 450,1 milyon manat, xərclərinin 11 595,2 milyon manat, o cümlədən Fondun idarə edilməsi ilə bağlı xərclərin 30,9 milyon manat məbləğində müəyyən edilməsi məqsədəuyğun sayılıb və müvafiq olaraq Dövlət Neft Fondunun 2019-cu il büdcə layihəsi, o cümlədən investisiya siyasəti daxil olmaqla, Neft Fondunun vəsaitinin istifadə edilməsinin əsas istiqamətləri və Neft Fondunun idarə edilməsi ilə bağlı illik xərclər smetasının layihələri məqbul hesab olunaraq, təsdiq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim olunması tövsiyə edilib.

Həmçinin Dövlət Neft Fondunun valyuta vəsaitinin idarə edilməsi qaydalarının təkmilləşdirilməsi məqsədilə "Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar"ında təklif edilən dəyişikliklər məqbul sayılıb və bu dəyişikliklərin təsdiq edilməsi üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim olunması tövsiyə olunub.

1news.az

 

Paylaş:
380

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcək26 / 04 / 2024, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşüb26 / 04 / 2024, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edir26 / 04 / 2024, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq26 / 04 / 2024, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 226 / 04 / 2024, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur26 / 04 / 2024, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub26 / 04 / 2024, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTO26 / 04 / 2024, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMAT26 / 04 / 2024, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq26 / 04 / 2024, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!26 / 04 / 2024, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir26 / 04 / 2024, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verir26 / 04 / 2024, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edib26 / 04 / 2024, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq26 / 04 / 2024, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edib26 / 04 / 2024, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır26 / 04 / 2024, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıram26 / 04 / 2024, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb26 / 04 / 2024, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdır26 / 04 / 2024, 14:59
Bütün xəbərlər