Novruz Məmmədov: Müasir Azərbaycan mətbuatı öz inkişaf dövrünü yaşayır | 1news.az | Xəbərlər
Cəmiyyət

Novruz Məmmədov: Müasir Azərbaycan mətbuatı öz inkişaf dövrünü yaşayır

16:29 - 22 / 07 / 2019
Novruz Məmmədov: Müasir Azərbaycan mətbuatı öz inkişaf dövrünü yaşayır

144 yaşını qeyd edən Milli Mətbuatımız əsasını 1875-ci iyulun 22-də görkəmli ziyalı, publisist Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunmağa başlamış və ictimai-maarifçiliyi hədəfləmiş “Əkinçi” qəzetindən götürüb.

O vaxtdan keşməkeşli yol keçən Azərbaycan mətbuatı daim cəmiyyətin proseslərə baxışını əks etdirən güzgü rolunu oynayır. Müasir Azərbaycan mətbuatı isə ölkəmizin bütün sahələrdə əldə etdiyi nailiyyətlərə uyğun olaraq, öz inkişaf dövrünü yaşayır.

1news.az-ın verdiyi xəbərə görə,  bu fikirləri Baş nazir Novruz Məmmədov öz Twitter səhifəsində qeyd edib.

Baş nazir vurğulayıb ki, Azərbaycan mətbuatının milli-mənəvi dəyərlərin təşviqi, gənc nəslin vətənpərvər ruhda böyüməsi, eləcə də ölkəmizin xarici siyasət maraqlarına aid olan məsələlər, xüsusilə Ermənistan- Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin beynəlxalq auditoriyaya çatdırılması və milli informasiya təhlükəsizliyimizin təmin olunmasında müstəsna xidməti var:

"Bütün media nümayəndələrini Milli Mətbuat günü münasibətilə təbrik edir, onlara can sağlığı, məsuliyyətli işlərində daim uğurlar arzulayıram".

S.Xankişiyeva

 

Paylaş:
1213

Son xəbərlər

Bakıda taxta bazarı yanırBu gün, 16:57Cavanşir Məmmədov dəfn olunub - YENİLƏNİB 1Bu gün, 16:41Ceyhun Bayramov İran səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edibBu gün, 16:39Səfir: TDT-nin əsas məqsədi türk dövlətləri arasında əlaqələrin inkişaf etdirilməsidirBu gün, 16:06Ceyhun Bayramov İran səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edibBu gün, 15:47FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilibBu gün, 15:32Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a verilibBu gün, 15:15Gəncədə yanan ev söndürülüb - YENİLƏNİBBu gün, 14:56Bakıda gömrükçülər xeyli miqdarda aksiz markasız siqaretlər aşkar ediblərBu gün, 14:20Bakıda növbəti ümumşəhər iməcliyi keçirilib - FOTOBu gün, 14:08Dünya bazarlarında neft bahalaşıbBu gün, 13:49Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə görüşübBu gün, 13:35TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - YENİLƏNİBBu gün, 13:20Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını veribBu gün, 13:03Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilibBu gün, 12:45FHN Lənkəranda qanunsuz tikililəri sökübBu gün, 12:40Sabunçuda 34 yaşlı kişi qətl edilibBu gün, 12:14“Həmin gün...” musiqili-poeziya gecəsində - FOTOBu gün, 12:00Sabah hava necə olacaq? - PROQNOZBu gün, 11:53Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 11:40
Bütün xəbərlər