PA rəsmisi təcavüz qalmaqalından danışdı: Necə olur ki... | 1news.az | Xəbərlər
Siyasət

PA rəsmisi təcavüz qalmaqalından danışdı: Necə olur ki...

12:15 - 15 / 01 / 2018
PA rəsmisi təcavüz qalmaqalından danışdı: Necə olur ki...

“Nəhayət ki, Qərbdə son vaxtlar çox geniş yayılmış, siyasi, əxlaq və kriminal məsələyə çevrilmiş bu prosesə məşhur aktrisa Katrin Denev və bir sıra tanınmış şəxslər münasibət bildirdilər. Bu məsələnin birmənalı qarşılana bilməyəcəyini hamı başa düşür”.

1news.az  xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri Novruz Məmmədov öz “facebook” səhifəsində yazıb.

O qeyd edib: “Amma 20-25 il bundan əvvəl guya ki, baş vermiş hadisənin indi iddia edilməsinin məqsədlərini bir tərəfə qoyub, bir suala ağlabatan cavab tapmaq maraqlı olardı. İnsan haqlarının və azadlıqlarının qorunduğu, tam təmin olunduğu dünyaya bəyan edilən ölkələrdə, necə olub ki, yüzlərlə tanınmış insanlar, hətta superulduzlar belə öz hüquqlarını o zaman, vaxtında müdafiə edə bilməyib  və ya nə üçünsə etməyib və hadisədən 20-30 il keçməsini gözləyiblər.  Maraqlıdır ki, kişilərlə bağlı oxşar proses də vüsət almağa başlayır. Məgər bütün bunlarla bağlı cəmiyyətə heç olmasa  bir izahat verməyə ehtiyac yoxdurmu? Yoxsa, kim necə istəyir qəbul etsin, liberal-demokratik cəmiyyətdə nə istəsən edə bilərsən?

Xatırladaq ki,  Hollivudun bir çox məşhur aktrisaları H. Vaynşteyn haqqında müsahibələr verib, rejissorun əməlləri tənqid olunub.  Kino ulduzları vaxti ilə Harveyin onlara təcavüz etdiyini etiraf ediblər.

1news.az  

Paylaş:
495

Son xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib24 / 04 / 2024, 20:49Fransa aviaşirkəti Bakıda qəza enişi etdi - FOTO24 / 04 / 2024, 18:33Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib24 / 04 / 2024, 17:49RİNN Naxçıvanda radiomonitorinq keçirib24 / 04 / 2024, 17:43Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur24 / 04 / 2024, 17:35Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, cinayət işi başlanıldı - YENİLƏNİB24 / 04 / 2024, 17:2810 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq24 / 04 / 2024, 17:25Ombudsman Britaniya səfirini Azərbaycan torpaqlarında törədilən mina terroru haqqında məlumatlandırdı24 / 04 / 2024, 17:18AAYDA sədri Bakının yollarında aparılan əsaslı təmir-tikinti işlərinə baxış keçirib - VİDEO24 / 04 / 2024, 17:14Bakı 2023-cü ildə ən çox birbaşa xarici investisiyalar yatırılan şəhərlərin reytinqində 3-cü yerdə qərarlaşıb24 / 04 / 2024, 16:57Alimpaşa Məmmədov dəymiş ziyandan 185 min manat ödəyib24 / 04 / 2024, 16:36Şuşaya ilkin mərhələdə köçürülək şəxslərin sayı açıqlandı24 / 04 / 2024, 16:08DİM ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında yeni anlaşma memorandumu imzalanıb24 / 04 / 2024, 15:54Ayxan Hacızadə: Azərbaycan diplomatiya və multilateralizm yolu ilə sülh, təhlükəsizlik və rifaha töhfə verir24 / 04 / 2024, 15:38Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası24 / 04 / 2024, 15:31Azərbaycan-Macarıstan enerji üzrə İşçi Qrupunun iclası keçirilib24 / 04 / 2024, 15:18Prezident: Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıb24 / 04 / 2024, 15:07Sabunçuda açıq ərazidə yanğın başlayıb24 / 04 / 2024, 15:03Azərbaycan və Qırğızıstan arasında gömrük sahəsində əməkdaşlıqla bağlı sənədlər imzalanıb24 / 04 / 2024, 14:48ANAMA tələ tipli partlayıcı qurğularla bağlı çarx hazırladı - VİDEO24 / 04 / 2024, 14:43
Bütün xəbərlər