Novruz Məmmədov: Azərbaycan ilə Bolqarıstan arasında siyasi münasibətlər yüksək səviyyədədir – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Novruz Məmmədov: Azərbaycan ilə Bolqarıstan arasında siyasi münasibətlər yüksək səviyyədədir – FOTO

14:32 - 20 / 09 / 2018
Novruz Məmmədov: Azərbaycan ilə Bolqarıstan arasında siyasi münasibətlər yüksək səviyyədədir – FOTO

Baş nazir Novruz Məmmədov Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçiriləcək təntənəli iclasda iştirak etmək üçün Bakıda səfərdə olan Bolqarıstan Milli Assambleyasının sədri xanım Tsveta Karayançeva ilə görüşüb.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, görüşdə Azərbaycan-Bolqarıstan əlaqələrinin inkişafından məmnunluq ifadə edilib, yüksək səviyyəli qarşılıqlı səfərlərin əməkdaşlığın genişləndirilməsi baxımından önəmi qeyd olunub.

N.Məmmədov Azərbaycan ilə Bolqarıstan arasında möhkəm dostluq əlaqələrinin olduğunu bildirərək bu münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini vurğulayıb.

2015-ci ildə Prezident İlham Əliyevin Bolqarıstana rəsmi səfəri çərçivəsində ölkələrimiz arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalandığını xatırladan Novruz Məmmədov deyib ki, bu gün Azərbaycan ilə Bolqarıstan arasında siyasi münasibətlər yüksək səviyyədədir: “Ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində də uğurlu əməkdaşlıq edirlər. Əlbəttə ki, parlamentlərarası əməkdaşlıq da əlaqələrimizin genişlənməsində mühüm rola malikdir”.

Azərbaycan-Bolqarıstan iqtisadi-ticari əməkdaşlığından danışan Baş nazir cari ilin 8 ayı ərzində ölkələr arasında ticarət dövriyyəsinin əhəmiyyətli dərəcədə artdığını diqqətə çatdırıb. N.Məmmədov bu ilin noyabrında Azərbaycan-Bolqarıstan iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Sofiyada keçiriləcək növbəti iclasında bir sıra mühüm məsələlərin müzakirəsinin nəzərdə tutulduğunu bildirib.

Bolqarıstan Milli Assambleyasının sədri Tsveta Karayançeva Novruz Məmmədovu Baş nazir vəzifəsinə təyin olunması və Azərbaycan parlamentinin 100 illiyi münasibətilə təbrik edib, dəvətə görə minnətdarlığını bildirib.

T.Karayançeva deyib ki, Azərbaycan-Bolqarıstan əlaqələrinin inkişafında ölkə parlamentlərinin qarşılıqlı fəaliyyəti mühüm rola malikdir.

Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsinin əhəmiyyətli hadisə olduğunu qeyd edən T.Karayançeva Bolqarıstanın da bu layihəyə böyük maraq göstərdiyini vurğulayıb.

Görüş zamanı “Cənub Qaz Dəhlizi” layihəsinin xüsusi əhəmiyyəti qeyd edilib, Yunanıstan-Bolqarıstan interkonnektorunun tikintisi məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Görüşdə kənd təsərrüfatı, yeyinti sənayesi, sərmayə qoyuluşu, birgə infrastruktur layihələrinin icrası, turizm və humanitar sahələrdə əməkdaşlıq imkanları, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

S.Xankişiyeva

 

Paylaş:
402

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcəkBu gün, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşübBu gün, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edirBu gün, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaqBu gün, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 2Bu gün, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunurBu gün, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olubBu gün, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTOBu gün, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMATBu gün, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaqBu gün, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!Bu gün, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edirBu gün, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verirBu gün, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edibBu gün, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıqBu gün, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edibBu gün, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayırBu gün, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıramBu gün, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıbBu gün, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdırBu gün, 14:59
Bütün xəbərlər