Norm Ustalar Klubu Norm şirkətinin korporativ sosial məsuliyyət layihəsidir – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Norm Ustalar Klubu Norm şirkətinin korporativ sosial məsuliyyət layihəsidir – FOTO

09:45 - 14 / 12 / 2017
Norm Ustalar Klubu Norm şirkətinin korporativ sosial məsuliyyət layihəsidir – FOTO

Norm Ustalar Klubunun təməli 11 dekabr 2016-cı il tarixində Norm Sementin inşaat sahəsində çalışan ustalar üçün Bakıda təşkil etdiyi görüşdə qoyulub.

Klubun yaradılmasında məqsəd inşaat sahəsində çalışan ustaların bilik və bacarıqlarını inkişaf etdirməkdən ibarətdir.

Norm Ustalar Klubu ölkəmizin bütün bölgələrindən olan ustaları öz çətiri altında birləşdirməklə, onların öz aralarında ünsiyyət qurmalarına, peşələrilə bağlı olan mövzularda fikir mübadiləsi aparmalarına şərait yaradır. Ustaların peşə bacarıqlarının təkmilləşdirilməsi məqsədilə Klub tərəfindən ildə 2 dəfə seminarlar təşkil olunur. Seminarlarda sement məhsulları və onların istifadə qaydaları ilə bağlı ətraflı məlumat verilir.

Norm Ustalar Klubu 6-19 oktyabr 2017-ci il tarixləri arasında növbəti silsilə görüşlərini təşkil edib. Görüşlər ardıcıllıqla Quba, Qəbələ, Gəncə, Mingəçevir, Kürdəmir, Masallı rayonlarında və Bakı şəhərində baş tutub. Tədbirlərdə 800 nəfərdən çox usta iştirak edib.

Təlim xarakteri daşıyan görüşlərdə iştirak edən Norm Ustalar Klubunun üzvü olan ustalara Norm Sementin peşəkar texniki dəstək heyəti tərəfdən zavoddakı istehsal texnologiyası və avadanlıqlar, həmçinin Norm məhsulları barədə ətraflı məlumat verilib. Daha sonra Norm sementlərindən səmərəli istifadə qaydalarından danışılıb, sement məhlullarının tərkibinin optimal nisbətdə seçilməsinə dair faydalı məlumatlar təlim iştirakçılarının nəzərinə çatdırılıb.

Təlimlərdə aktual mövzu kimi, qış aylarında tikinti işləri zamanı nəzərə alınması vacib olan faktorların geniş müzakirəsinə xüsusi yer verilib. Təlimdə həmçinin, Avropada istehsal olunan sement növləri və beton doldurucuları haqda məlumatlar tədbir iştirakçılarının nəzərinə çatdırılıb. Təlimin gedişatında sərbəst müzakirələrə də yer ayrılıb. Norm Sementin texniki dəstək heyəti tərəfindən ustaların sement məhsullarından istifadə edərkən ən çox qarşılaşdığı problemlərə dair sualları cavablandırılıb. Tədbirin sonunda 2017-ci il ərzində Norm sementlərindən ən çox istifadə edən ustalar seçilib və xüsusi hədiyyələrlə mükafatlandırılıb.

Norm Sement inşaat sahəsində çalışan ustaların fəaliyyətinə böyük diqqət nümayiş etdirir və Norm məhsullarının son istehlakçılar tərəfindən səmərəli istifadəsini təmin etmək məqsədilə ustaların peşə biliyi və bacarıqlarının daim təkmilləşdirilməsinə dəstək verir. Şirkət müştərilərinə yalnız  müasir texnologiyanın tələblərinə və yüksək keyfiyyət standartlarına cavab verən məhsullar təklif edir. Məhsulların üzərində Avropanın ən nüfuzlu şirkətlərinin istehsalı olan avadanlıqlarla təchiz olunmuş laboratoriyalarda mütəmadi olaraq keyfiyyət sınaqları aparılır. Məhsullara Almaniyanın VDZ Elmi-Tədqiqat İnstitutu tərəfindən DIN EN 197-1:2011 standartına müvafiq olaraq uyğunluq sertifikatları təqdim olunub.

İstehsal gücü gündə 5 min ton klinker, ildə isə 2 milyon ton sement təşkil edən Norm Sement zavodu Cənubi Qafqazın ən böyük sement zavodudur. Zavodda hazırda dörd çeşiddə – CEM II/A-P 32,5R, CEM II/B-L 32.5R və CEM II/A-P 42,5 R, CEM II/A-P 42,5 N (SDPS 500 Ə-20) – sement istehsal olunur. Bu sement növləri müvafiq olaraq KLASS A, KLASS B, KLASS C500 və KLASS S adı ilə satışa çıxarılır.

Reklam hüququnda

 

Paylaş:
1846

Son xəbərlər

İki ali məktəbə prorektor təyin edilibBu gün, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaqBu gün, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaqBu gün, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq olduBu gün, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edibBu gün, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edibBu gün, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏRBu gün, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənibBu gün, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaqBu gün, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıbBu gün, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdiBu gün, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEOBu gün, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edibBu gün, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edibBu gün, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək veribBu gün, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEOBu gün, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyilBu gün, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”Bu gün, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10
Bütün xəbərlər