Nokia 9-un yeni FOTOLARI | 1news.az | Xəbərlər
İqtisadiyyat

Nokia 9-un yeni FOTOLARI

12:22 - 29 / 11 / 2017
Nokia 9-un yeni FOTOLARI

Nokia brendinin müasir smartfon seriyası 2, 3, 5, 6, 7 və 8 adlı modellərdən ibarətdir.

Hələ ki, 1 və 4 adlı smartfonlar haqqında şaiyələrin olmamasına baxmayaraq, Nokia 9 haqqında məlumatlar kifayət qədərdir.

1news.az-ın technote.az-a istinadla verdiyi xəbərə görə, Nokia-nın bu yeni flaqman modelinin dizaynı isə tamamilə təqdim olunub. Belə ki, cihazın yeni fotoları ortaya çıxıb. Nokia 9 5.5 inç OLED ekrana sahib olacaq və kənar tərəflərdən əyilmiş olacaq.

Smartfonun yuxarı və aşağı hissəsindəki çərçivələr isə kiçik olacaq. Lakin buna baxmayaraq smartfonu çərçivəsiz adlandırmaq olmaz. Bundan əlavə olaraq onun korpusu IP68 standartı üzrə tozdan və sudan qorunma özəlliyinə sahib olacaq. Ön paneldə olan çərçivələrin kiçikliyindən barmaq izi skanı öndə yerləşdirilməyib. Bunun yerinə onu smartfonun arxa panelinə keçirdiblər.

Həmçinin yeni modeldə Galaxy Note 8-də olduğu kimi göz qişası skanının da olacağı güman olunur. Nokia 9 13 MP-li ikili arxa Carl Zeiss kamerası ilə təchiz olunacaq. Digər texniki göstəricilərinə gəldikdə isə o, 8 nüvəli Snapdragon 835 prosessoru, Adreno 540 qrafik sürətləndirici, 6/8 GB RAM, 64/128 GB daxili yaddaş ilə təchiz olunacaq. Smartfonun Android 7.1.1 əməliyyat sistemi ilə çalışacağı gözlənilir. Çox güman ki, Nokia 9 2018-ci ilin birinci rübündə satışa çıxacaq.

S.Xankişiyeva

Paylaş:
1452

Son xəbərlər

İki ali məktəbə prorektor təyin edilibBu gün, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaqBu gün, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaqBu gün, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq olduBu gün, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edibBu gün, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edibBu gün, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏRBu gün, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənibBu gün, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaqBu gün, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıbBu gün, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdiBu gün, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEOBu gün, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edibBu gün, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edibBu gün, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək veribBu gün, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEOBu gün, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyilBu gün, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”Bu gün, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10
Bütün xəbərlər