Nijdenin nasist ideyalarının təbliğinə dair yeni faktlar açıqlandı | 1news.az | Xəbərlər
Siyasət

Nijdenin nasist ideyalarının təbliğinə dair yeni faktlar açıqlandı

15:46 - 20 / 09 / 2018
Nijdenin nasist ideyalarının təbliğinə dair yeni faktlar açıqlandı

Bu gün Bakıda rusiyalı tarixçi, hüquqşünas, professor Oleq Kuznetsov “Ermənistan: Faşizm tüğyan edən ölkə” adlı mətbuat konfransı keçirib.

1news.az xəbər verir ki, tarixçi Azərbaycanın Dövlət Təhlükəsizlik Xidmətinin Arxiv Fondundakı elmi araşdırmalarının yekunu və Sovet Dövlət Təhlükəsizlik orqanlarının (ОГПУ-НКВД-МГБ-КГБ СССР), hazırda Ermənistanda dövlət səviyyəsinə qaldırılmış tsexakronizm ideologiyasının özündə faşizmi təcəssüm etdirməsini təsbit edən və DTX tərəfindən açılmış məxvi materialları təqdim edib.

Bildirilib ki, bu cür sənədlərin sayı minlərlədir. Onlar heç Moskvadakı arxivlərdə də qalamyıb. Həmin sənədləri ermənilərin məhv etdiyi, Azərbaycan arxivlərində isə vətənpərvər insanların onları qoruyub saxlayıb.

“Bu gün Rusiyada rəsmi səviyyədə elan edilib ki, Qareqin Njdenin qəhrəman kimi təqdim edilməsi Ermənistanın daxili işidir və bu məsələnin Rusiya mətbuatında müzakirəsi qadağandır. Eyni zamanda Rusiya BMT-də nasizmin qəhrəmanlaşdırılmasına qarşı mübarizəyə dair qətnamənin qəbulunun təşəbbüskarları arasında olub, Ermənistan da həmçinin. Niyə, Moskva və dünyanın digər paytaxtlarında Ermənistanda nasizmin canlanmasına göz yumuldu?, deyə tarixçi sual edib.

Onun sözlərinə görə,  Ermənistanda qəhrəman səviyyəsinə qaldırılan Qareqin Njdenin nasist ideologiyasını təbliğ etməsinə dair çoxsaylı sübutlar var. Üzə çıxarılan sənədlər də bunu sübut edir. Belə ki, Zaqafqaziya Sosialist Federativ Sovet Respublikasının daxili işlər xalq komissarlığının dövlət təhlükəsizliyi idarəsinin 1935-ci il 7 aprel tarixli 138 saylı sənədində erməni daşnak ideologiyasının dövlət təhlükəsizliyini təhdid etdiyi vurğulanıb.

Xüsusilə, sənəddə göstərilir ki,  Ermənistan sosializm açıq faşizmə çevrilir və buna görə də daşnakların ideologiyasına qarşı mübarizə formalarını genişləndirmək və gücləndirmək tövsiyə edilib.

Bununla yanaşı,  sənəddə Qareqin Njdenin məqaləsindən çıxarışlar verilir, hansı ki, orda gənc nəsil Hitlerdən hərəkət etməyi öyrənməyə çağırılır.

Qeyd edilib ki, Qareqin Njde nasisit iseyalarına görə ABŞ-dan qovulmuşdur. Belə ki, ABŞ-da yaratdığı təşkilatın ideyasını bu təşkil edirdi ki, bəzi xalqlar digərlərindən üstündürlər və üstün xalqların zəif xalqları tapdalamaq, onları məhv etmək hüququ var. ABŞ-dan qovulduqdan sonra Almaniyaya, faşizmin mərkəzi olan  Münhen şəhərinə gəldi. Hitler Almaniyası onu çox gözəl qarşıladı, ona şərait yaratdılar, məqaləri çap edildi. Hansı ki, bu gün həmin məqalələr erməni faşizminin bütün simasını ortaya qoyur.

Tarixçi deyib ki, bu gün ermənilər 1937-ci ildə repressiyaya məruz qaldıqlarını iddia edirlər. Amma daşnakları Sovet Zaqafqaziyası erməni, millətçi, bolşevik ideyalarına qarşı olduqlarına görə deyil, onların liderlərinin özlərini Hitlerin, onun  insanlığa qarşı ideologiyasının tərəfdarları elan etdikləri üçün məhv ediliblər.

Kuznetsov əalvə edib ki, onun əsil soyadı Njde deyil, Njdeydir.  Soyadının tam tərcüməsi isə  "mənfəət axtarışında vətənini tərk edən bir adam",  müasir şəkildə - is “qastarbeiter”(iş məqsədilə ölkəni tərk edən adam).

O xatırladıb ki, Nijde faşist Almaniya ilə əməkdaşlıq çərçivəsində uzun müddət Sovet İttifaqına qarşı mübarizə aparırdı və Balkanlarda, Qafqazda, Azərbaycan və Şimali İranda müsəlman inanclı insanların ölümündə günahkar olub.

P.Sultanova

 

 

Paylaş:
405

Son xəbərlər

Qırmızı Meydan ziyarətçilərə bağlanıbBu gün, 17:46Azərbaycan elektromobil idxalını artırıbBu gün, 17:40AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıbBu gün, 17:38Növbəti hərracda kiçik dövlət müəssisəsi və 18 nəqliyyat vasitəsi satılıbBu gün, 17:28Yelo Bank birinci rübü 14 milyon manat xalis mənfəətlə yekunlaşdırıbBu gün, 17:11ANAMA azad edilmiş ərazilərə köçürüləcək fermerlərə təlim keçirilir - FOTOBu gün, 17:02Zaur Bayramov: Məqsədimiz sağlam həyat tərzinin təbliği və idmanın kütləviləşməsidirBu gün, 16:50DİN müsadirə edilmiş 2 ton narkotiki məhv edib - FOTO - VİDEOBu gün, 16:43Sosial şəbəkələrdə qeyri-etik paylaşımlar edən daha bir şəxs saxlanılıbBu gün, 16:17Milli Məclisin 19 apreldə keçirləcək iclasının gündəliyi açıqlanıb - SİYAHIBu gün, 16:10Bakcell böyük yeniliklərə hazırlaşırBu gün, 15:59Yaxın günlərdə 156 ailə Füzuli şəhərinə köçürüləcəkBu gün, 15:52Bakı üzrə bu 9 məktəbli maksimum nəticə göstərib - FOTOBu gün, 15:49Təbiətə qayğı: “McDonald's Azərbaycan” internat məktəbi şagirdləri üçün ekoloji layihəyə start verir - FOTOBu gün, 15:41Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edildiBu gün, 15:32Masazırda narkoanbar kimi istifadə olunan ev aşkar edilibBu gün, 15:22Bakıda mənzildə meyit aşkarlandıBu gün, 15:02FHN yüksək dağlıq ərazilərdə qar uçqunu təhlükəsi ilə əlaqədar müraciət edibBu gün, 14:48Mərkəzi Çağırış Komissiyasının iclası keçirilibBu gün, 14:06“Hər şeyi planlı şəkildə edirik ki, hər qarış torpaqdan maksimum səmərə götürək”Bu gün, 14:03
Bütün xəbərlər