Azərbaycanlı nazirin qızı Moskva vilayətinin mədəniyyət naziri təyin edilib | 1news.az | Xəbərlər
Dünya

Azərbaycanlı nazirin qızı Moskva vilayətinin mədəniyyət naziri təyin edilib

10:26 - 26 / 09 / 2018
Azərbaycanlı nazirin qızı Moskva vilayətinin mədəniyyət naziri təyin edilib

Moskva vilayətinin qubernatoru Andrey Vorobyov Nərmin Şirəliyevanı vilayətin mədəniyyət naziri təyin edib.

1news.az-ın məlumatına görə, Nərmin Şirəliyeva 2013-cü ildən Moskva vilayəti qubernatorunun Administrasiyasında nazir ranqında mədəniyyət müşaviri vəzifəsində işləyirdi. Onun təşəbbüsü ilə Moskva vilayətində bir sıra iri mədəniyyət layihələri, xüsusən “Moskva ətrafında ilin fəsilləri”, Rusiyanın kiçik şəhərlərinin teatrlarının festivalı, “Çaykovski ilə Moskvaətrafı gecələri” festivalı, “İlk tamaşaçı”, “Paytaxt teatrlarının Moskvaətrafı afişası”, “Yeni Qüdsdə rus baleti”, “Masa festivalı” və digər aksiyalar həyata keçirilib.

Nərmin Şirəliyeva Bakıda anadan olub, Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun məzunudur. İngilis və fransız dillərini mükəmməl bilir.

Qeyd edək ki, Nərmin Şirəliyevaya Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyevinın qızıdır.

Modern.az-a istinadən N.Şirəliyevanın dosyesini təqdim edirik:

N.Şirəliyeva 9 noyabr 1974-cü ildə Bakı şəhərində doğulub. Hələ orta məktəbdə təhsil alarkən valideynlərinin məsləhətilə əvvəlcə balet kursuna, daha sonra musiqi məktəbinə, ardınca bal rəqsinə gedib. O, Bakıda 27 nömrəli ingilisdilli təmayüllü orta məktəbi qızıl medalla bitirəndən sonra, 16 yaşında Moskvaya gedib. 1991-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) Beynəlxalq jurnalistika fakültəsinə daxil olub. Jurnalistikanın kulturologiya istiqamətini seçən Nərmin xanım ingilis və fransız dillərində sərbəst danışır.

1995-ci ildə İTAR-TASS agentliyində müxbir qismində praktika keçən N.Şirəliyeva, 1996-cı ildə MDBMİ-ni bitirib və "Kultura" qəzetində beynəlxalq icmalçı kimi əmək fəaliyyətinə başlayıb.
"Kultura" ilə yanaşı, o, Moskvada nəşr olunan digər populyar qəzet və jurnallarda da icmallar, esselər, tanınmış mədəniyyət xadimləri ilə müsahibələr dərc etdirib.

Bundan sonra N.Şirəliyevanın yolu televiziya sahəsinə yönəlib. Belə ki, o, 1998-ci ildə Rusiyanın dövlət telekanalı olan "Kultura”da informasiya xidmətinin müxbiri vəzifəsində jurnalistlik peşəsinə davam edib.
Azərbaycanlı nazirin qızı 2001-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun aspiranturasına daxil olub, 2004-cü ildə isə "Rusiya və Fransanın mədəni əlaqələri" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək, tarix elmləri namizədi alimlik dərəcəsi alıb.

2003-ci ilin fevralından N.Şirəliyeva "Kultura” telekanalında "Mədəniyyət yenilikləri" proqramının "Xudsovet” adlı xüsusi rubrikasının aparıcısı təyin olunub. 2008-ci ildən isə "Mədəniyyət yenilikləri" verilişinin axşam buraxılışının da daimi aparıcısı olub.

Nərmin Şirəliyeva 1997-ci ildə Rusiyanın tanınmış simalarından biri, məşhur televiziya və kino rejissoru, sseranist Yevgeni Aleksanrdoviç Qinsburqla ailə həyatı qurub. Onlar rəsmi nikaha girəndə Nərgiz xanım Yevgenidən 29 yaş kiçik olub. Bu, Y.Qinsburqun ikinci evliliyi idi. 1999-cu il fevralın 10-da ailədə oğlan uşağı dünyaya gəlib və ona Aleksandr adı verilib. Buna qədər Yevgeni Qinsburqun birinci evliliyindən 3 qızı dünyaya gəlmişdi.
Amma məşhur kinorejissorun azərbaycanlı xanımla xoşbəxt evliliyi uzun sürməyib və cəmi 14 il çəkib. 2012-ci il yanvarın 15-də 66 yaşlı Yevgeni Qinsburq insultdan vəfat edib. Dəfndə bir çox tanınmış simalarla yanaşı, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu da iştirak edib.

Oğlu Aleksandrı həyatının mənası hesab edən Nərmin Şirəliyeva onunla nəfəs aldığını vurğulayır. O, Bakıya çox bağlı olduğunu, atası, bacıları və qardaşının (Nərmin Şirəliyevanın anası 20 il əvvəl vəfat edib-A.Q.) yaşadığı doğma şəhərlə fəxr etdiyini, Xəzər dənizini çox sevdiyini deyir.

Nərmin Şirəliyeva bu yaxınlaradək "Kultura” telekanalında şef-redaktor, icmalçı, "Mədəniyyət yenilikləri" proqramının aparıcısı, Rusiya Dövlət Filarmoniyasında təşkil olunan konsertlərin aparıcısı vəzifələrində çalışırdı, Moskvanın aparıcı KİV-lərində köşə yazarı kimi çıxış edir.

Azərbaycanlı nazirin qızı Rusiyada göstərdiyi xidmətlərə görə bir sıra mükafatlara layiq görülüb. O, mədəniyyət sahəsində tədbirləri ən yaxşı işıqlandıran və şərh edən peşəkar televiziya jurnalisti kimi Moskva şəhər meriyasının laureatı adına layiq görülüb, "Qızıl lira" mükafatı ilə təltif olunub və bir sıra qiymətli hədiyyələrə sahiblənib.

Nərmin Şirəliyeva 2011-ci ilin martından hakim Vahid Rusiya Partiyasının (Yedinaya Rossiya) üzvüdür. Yeri gəlmişkən, Nərmin xanım 2012-ci ildə Rusiya prezidenti Vladimir Putinin seçkiqabağı kampaniyasında onun etibar edilmiş nümayəndələrindən biri olub.
O, həm də "Əlaçılar” Ümumrusiya qadınlar ictimai təşkilatını yaradanlardan biridir.

Rusiyada ictimai-siyasi və mədəniyyət sahəsində aktiv fəaliyyətilə seçilən Nərmin Şirəliyeva 2012-ci ilin sentyabrından Moskva vilayəti İctimai Palatasının üzvü, mədəniyyət və xeyriyyəçilik üzrə beynəlxalq komissiya qrupunun rəhbəri idi. 2013-cü ilin fevralından isə Moskva vilayəti qubernatorunun mədəniyyət məsələləri üzrə müşaviri postunu da tuturdu.

Onun təşəbbüsü ilə Moskva vilayətində bir sıra iri mədəniyyət layihələri, xüsusən "Moskvaətrafında ilin fəsilləri”, Rusiyanın kiçik şəhərlərinin teatrlarının festivalı, "Çaykovski ilə Moskvaətrafı gecələri” festivalı, "İlk tamaşaçı”, "Paytaxt teatrlarının Moskfaətrafı afişası”, "Yeni Qüdsdə rus baleti”, "Masa festivalı” və digər aksiyalar keçirilib.

1news.az

Paylaş:
2185

Son xəbərlər

İki ali məktəbə prorektor təyin edilibBu gün, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaqBu gün, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaqBu gün, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq olduBu gün, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edibBu gün, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edibBu gün, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏRBu gün, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənibBu gün, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaqBu gün, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıbBu gün, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdiBu gün, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEOBu gün, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edibBu gün, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edibBu gün, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək veribBu gün, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEOBu gün, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyilBu gün, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”Bu gün, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10
Bütün xəbərlər