1news.az

“Neft Daşları”nda yeni quyu istismara verilib

19 Oktyabr saat 23:34 bir dəqiqəlik oxu 1246
“Neft Daşları”nda yeni quyu istismara verilib

“Neft Daşları” yatağındakı 1637A saylı estakadayanı meydançadan 2649 nömrəli quyu qazmadan sonra istismara verilib.

SOCAR-ın mətbuat xidmətindən 1news.az-a bildirilib ki, məhsuldar qat çöküntülərinin Qirməki altı lay dəstəsindən qazlif üsulu ilə məhsul verən quyu hazırda 1543-1540 metr intervaldan sutkalıq 10 ton neft hasilatı ilə istismar olunur.

Quyu “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” neft və qazçıxarma idarəsinin sifarişi ilə qazılıb.

1news.az

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Neft və qaz BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2017 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net