Nazirlik bu şəxslə bağlı əhaliyə müraciət etdi – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Nazirlik bu şəxslə bağlı əhaliyə müraciət etdi – FOTO

12:27 - 05 / 02 / 2019
Nazirlik bu şəxslə bağlı əhaliyə müraciət etdi – FOTO

Fevralın 2-si saat 21 radələrində Binəqədi Rayonu 6-cı mikrorayon ərazisində Bakı şəhər sakini Elnur Məmmədova məxsus evdən oğurluğa cəhd edilib.

1news.az-ın verdiyi xəbərə görə, Binəqədi Rayon Mühafizə İdarəsi və 7-ci Polis Bölməsinin əməkdaşları tərəfindən “isti” izlərlə həyata keçirilən əməliyyat-axtarış nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş, paytaxt sakini Elşən Əsgərov saxlanılıb. Bölmədə onun üzərinə baxış zamanı oğurluqda istifadə etdiyi dəmir alətlər və 1,208 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

7-ci Polis Bölməsində E.Əsgərovun ətrafında keçirilən əlavə əməliyyat tədbirləri ilə onun cari ilin yanvarın 25-dən 31-dək olan müddətdə Binəqədi rayonu ərazisində daha 4 mənzildən məişət əşyaları, 3 ədəd velosiped və digər əşyalar oğurladığı məlum olub.

Faktla bağlı 7-ci Polis Bölməsində saxlanılan şəxs barəsində toplanan materiallar araşdırılması üçün Binəqədi RPİ-nin İstintaq şöbəsinə göndərilib.

Oğurluq etməkdə şübhəli bilinən bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə, Binəqədi RPİ və ya 7-ci PB-nə müraciət edə bilərlər.

S.Xankişiyeva

Paylaş:
533

Son xəbərlər

Göygöldə idarəetməni itirən sürücü piyadanı vuraraq öldürübBu gün, 10:32Bakıda 22 yaşlı qız qətlə yetirilibBu gün, 10:18Bəzi ərazilərdə şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVABu gün, 10:07ABŞ dövlət katibi Azərbaycanın kəndlərinin qaytarılmasını alqışlayıbBu gün, 09:58Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir19 / 04 / 2024, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTO19 / 04 / 2024, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTO19 / 04 / 2024, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb19 / 04 / 2024, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb19 / 04 / 2024, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO19 / 04 / 2024, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEO19 / 04 / 2024, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcək19 / 04 / 2024, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıb19 / 04 / 2024, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜAT19 / 04 / 2024, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcək19 / 04 / 2024, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb19 / 04 / 2024, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVA19 / 04 / 2024, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklər19 / 04 / 2024, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTO19 / 04 / 2024, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİB19 / 04 / 2024, 16:36
Bütün xəbərlər