Nazirdən Qarabağdakı separatçı rejimlə bağlı Fransa hökumətinə çağırış | 1news.az | Xəbərlər
Siyasət

Nazirdən Qarabağdakı separatçı rejimlə bağlı Fransa hökumətinə çağırış

16:15 - 17 / 01 / 2018
Nazirdən Qarabağdakı separatçı rejimlə bağlı Fransa hökumətinə çağırış

Xarici işlər naziri Elmar Məmmədyarov Fransaya işgüzar səfəri çərçivəsində bu ölkənin Avropa və Xarici Işlər Nazirliyinin dövlət katibi Jan-Batist Lömuen ilə görüşüb.

1news.az  xəbər verir ki, görüşdə nazirlər Azərbaycan və Fransa arasında ikitərəfli və çoxtərəfli münasibətlərin cari səviyyəsindən məmnunluqlarını bildirdilər. İki ölkə arasında münasibətlərin daha da inkişaf etdirilməsi üçün geniş potensialın mövcudluğunu qeyd etdilər.

2017-ci ilin sentyabr ayında yeni formalaşmış Fransa Hökumətinin ilk üzvü kimi Azərbaycana rəsmi səfər etdiyini söyləyən fransalı dövlət katibi səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə görüşünü və səfərin nəticələrini yüksək qiymətləndirdi.

Nazirlər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqların cari vəziyyəti barədə fikir mübadiləsi apardılar. Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsi üzrə danışıqlar prosesinin gedişi ilə bağlı ətraflı məlumat verdi. O, 2018-ci ilin 18 yanvar tarixində Polşanın Krakov şəhərində ATƏT-in Minsk Qrupunun həmsədrləri və Ermənistan Respublikasının xarici işlər naziri ilə görüşəcəyini bildirdi.

Elmar Məmmədyarov Fransanın bir sıra şəhərlərinin Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən yaradılmış qondarma rejim ilə qanunsuz əlaqələr yaratması, qondarma rejimin təmsilçiləri kimi özünü təqdim edən şəxslərin Fransa ərazisinə daxil olması kimi faktların ATƏT-in Minsk Qrupunun həmsədri olaraq Fransanın mərkəzi hökuməti tərəfindən qarşısının alınmasının vacibliyini bildirdi.

Azərbaycan və Fransa arasında iqtisadi-ticarət əlaqələrini nəzərdən keçirərək nazirlər enerji, nəqliyyat, metro, kosmik, sənaye, kənd təsərrüfatı, təhsil, mədəniyyət və digər sahələrdə iəməkdaşlığın dinamik surətdə inkişaf etdiyini və 50-dən artıq Fransa şirkətinin Azərbaycanda fəaliyyət göstərdiyini vurğuladılar.

Azərbaycan və Fransanın təhsil sahəsində sıx əməkdaşlıq etdiyini bildirən nazirlər Azərbaycanda fəaliyyət göstərən Birgə Azərbaycan-Fransız Universitetinin bu əməkdaşlığın parlaq göstəricisi olduğunu qeyd etdilər.

Azərbaycan-Avropa İttifaqı münasibətlərinə toxunan nazir Elmar Məmmədyarov ölkəmizlə Avropa İttifaqı arasında strateji tərəfdaşlıq sənədi üzərində iş aparıldığını və əlaqələrin uğurla inkişaf etdiyini məmnuniyyətlə qeyd etdi.

Görüşün sonunda nazirlərin iştirakı ilə Azərbaycan Milli Elmlər Akademiyası ilə Fransanın Montpellier Universiteti arasında əməkdaşlıq haqqında çərçivə və dissertasiya və maliyyələşmə haqqında əməkdaşlıq sazişləri imzalandı. Sazişlər AMEA-nın prezidenti, akademik Akif Əlizadə və Montpellier Universitetinin beynəlxalq əlaqələr üzrə vitse-prezidenti Fransua Henn tərəfindən imzalandı.

1news.az  

 

 

Paylaş:
588

Son xəbərlər

Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEOBu gün, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİBBu gün, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİBBu gün, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdiBu gün, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilibBu gün, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54“Yüksəliş” müsabiqəsinin ümumi biliklər imtahanının nəticələri açıqlanıbBu gün, 13:25Euronews Bakı Limanının ekoloji layihələri haqqında geniş video material yayımlayıb - VİDEOBu gün, 13:09Baş Prokurorluqdan sabiq baş pediatrın intiharı ilə bağlı media qurumlarına XƏBƏRDARLIQBu gün, 12:34İcma: ABŞ Dövlət Departamenti insan hüquqlarından sui-isifadə edirBu gün, 12:24Bakıda 3 məktəbin direktorları barəsində intizam tənbeh tədbiri görülüb - SƏBƏBBu gün, 12:1931 dərəcə isti olacaq - Sabahın havasıBu gün, 12:09Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası keçirilirBu gün, 12:02Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, Baş planla tanış olublarBu gün, 11:51Qırğızıstan Prezidenti Füzulidə səfərdədir - FOTOBu gün, 11:25Minik avtomobilləri ilə Laçına səfər etmək mümkün olacaq - TəfərrüatBu gün, 11:07Bu il sosial müavinət və təqaüd təyin olunan şəxslərin sayı açıqlanıbBu gün, 10:57Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir - VİDEOBu gün, 10:32May ayının 1-dən balıq ovuna qadağa qüvvəyə minirBu gün, 10:01
Bütün xəbərlər