Nazir: Şəki Xan sarayı, Hirkan meşəsi və Naxçıvandakı türbələrin dünya mədəni irs siyahısına salınmasına çalışırıq | 1news.az | Xəbərlər
Cəmiyyət

Nazir: Şəki Xan sarayı, Hirkan meşəsi və Naxçıvandakı türbələrin dünya mədəni irs siyahısına salınmasına çalışırıq

11:01 - 27 / 06 / 2019
Nazir: Şəki Xan sarayı, Hirkan meşəsi və Naxçıvandakı türbələrin dünya mədəni irs siyahısına salınmasına çalışırıq

Hazırda Şəki Xan sarayının, Şəki şəhərinin qədim hissəsinin və bir neçə başqa abidənin dünya mədəni irs siyahısına salınmasına çalışırıq.

1news.az-ın verdiyi xəbərə görə, bunu UNESCO Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən  43-cü Sessiyası çərçivəsində keçirilən Abidə Menecerləri Forumunda mədəniyyət naziri Əbülfəs Qarayev deyib.

Nazir bildirib ki, Bakıda keçiriləcək sessiyada bu məsələ müzakirə olunacaq:

“Ümidvaram ki, nəticə müsbət olacaq. Bir neçə variant var.  Hirkan Milli Parkının meşəsinin dünya mədəni irs siyahısına salınması məsələsi də var. Hirkan meşəsi İran tərəfindən də nominasiyaya salınıb. Biz inanırıq ki, Hirkan meşələrini vahid bir məkan kimi təqdim edə biləcəyik. Bu, gələcəyin məsələsidir. Bunlardan başqa, Naxçıvanda yerləşən türbələri dünya mədəni irs siyahısına salmağı nəzərdə tuturuq. Bunlar hazırda normal və hazır vəziyyətdədir. Onların elmi cəhətdən əsaslandırılması prosesi getməlidir. Düşünürəm ki, Azərbaycanın kifayət qədər böyük potensialı var. Bizim bir neçə məkan dünya mədəni irs siyahısına namizəd kimi təqdim olunub. Onlar təsdiqlənəndən sonra adlarını açıqlayacağıq”.

1news.az

 

Paylaş:
505

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcəkBu gün, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşübBu gün, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edirBu gün, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaqBu gün, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 2Bu gün, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunurBu gün, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olubBu gün, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTOBu gün, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMATBu gün, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaqBu gün, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!Bu gün, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edirBu gün, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verirBu gün, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edibBu gün, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıqBu gün, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edibBu gün, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayırBu gün, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıramBu gün, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıbBu gün, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdırBu gün, 14:59
Bütün xəbərlər