Nazir: Misir Azərbaycanla turizm əlaqələrinin inkişafında maraqlıdır - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Nazir: Misir Azərbaycanla turizm əlaqələrinin inkişafında maraqlıdır - FOTO

20:07 - 15 / 06 / 2019
Nazir: Misir Azərbaycanla turizm əlaqələrinin inkişafında maraqlıdır - FOTO

Azərbaycanla Misir əlaqələrinin tarixi çox qədimdir. İki xalqın xeyli oxşar cəhətləri var. Siyasi əlaqələrimuz də yüksək səviyyədədir. 

1news.az xəbər verir ki, bunu Bakıda səfərdə olan Misirin turizm naziri xanım Rania əl-Mashat mətbuat konfransında deyib. O bildirib ki, son illər ərzində ölkələrimiz arasında turizm əlaqələri də artmaqdadır: 

"2018-ci ilin sonundan etibarən turizmin inkişafı planını həyata keçirməyə başladıq. Bu plan turizmin təbliği və təşviqini nəzərdə tutur. Burda olmağımızın səbəbi də budur. Bakı ilə Şarm əl-Şeyx arasında birbaşa reyslərə başlanılır. Mən Bakıya 14 saata gəlmişəm, arzu edirik ki, birbaşa reyslər açılsın və biz daha az vaxt sərf edərək səfər edə bilək".

Nazir deyib ki, Misirdə istirahət və mədəni turizm inkişaf edib. Gələcəkdə Misirun hələ heç kimə məlum olmayan yeni-yeni maraqlı yerlərini də təqdim edəcəyik.

Əl-Mashat bildirib ki,  Qahirədə yeni muzeyin açılması planlaşdırılır: "Qahirə muzeyinin anbarlarında çox sayda tarixi eksponat var. O cümlədən firon Tutanxanoma məxsus 5 mindən çox eksponat var ki, turistlər onlarla yeni muzeydə tanış ola və hətta selfi çəkdirə biləcəklər. Muzey bu il açılacaq".

Xanım nazir təhlükəsizlik məsələsinə də toxunub, deyib ki, Misir dövləti bu sahəyə çox böyük diqqət yetirir. Beynəlxalq Turizm və Səfər Agentliyi ötən il Misirin  təhlükəsizlik və sabitliyə böyük önəm verməsinə dair mükafat təqdim edib:

"Biz hər bir turistin, əcnəbinin təhlükəsizliyinə xüsusi diqqət yetirilir. Ölkəmizə turizm axını da bunu sübut edir. Bundan başqa, çox yerlərdə kameralar quraşdırılıb ki, bunlar da  da əlavə bir sübutdur".

Qeyd edək ki, Bakıdan Şarm əl-Şeyxə birbaşa uçuşlar iyulun 18-dən həyata keçiriləcək. Reysləri "SCAT" hava yolları yerinə yetirəcək. 

P.Sultanova

Paylaş:
663

Son xəbərlər

"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTOBu gün, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTOBu gün, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıbBu gün, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıbBu gün, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edirBu gün, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEOBu gün, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəkBu gün, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıbBu gün, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜATBu gün, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcəkBu gün, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görübBu gün, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVABu gün, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklərBu gün, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTOBu gün, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİBBu gün, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıbBu gün, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcəkBu gün, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olubBu gün, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edibBu gün, 15:45Bakıda saxta şampun, yuyucu vasitə və spirtli içkilər istehsal edən sex aşkarlanıb - FOTOBu gün, 15:43
Bütün xəbərlər