Naxçıvanda Aİ-nin qadınlarla bağlı yeni layihəsi təqdim edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Naxçıvanda Aİ-nin qadınlarla bağlı yeni layihəsi təqdim edilib

17:15 - 16 / 04 / 2019
Naxçıvanda Aİ-nin qadınlarla bağlı yeni layihəsi təqdim edilib

Bu gün Naxçıvan Muxtar Respublikasında Avropa İttifaqının maliyyə dəstəyi ilə “Qadınların dayanıqlı inkişaf üçün səlahiyyətlərinin artırılması” adlı yeni layihənin açılış mərasimi keçirilib.

1news.az-a Aİ-nin Bakıdakı nümayəndəliyindən verilən məlumata görə, bir il müddətində davam edəcək layihənin məqsədi əsas diqqəti qadınlara və digər həssas qruplara yetirməklə, Azərbaycanda rayon və kənd icmalarının mikromaliyyələşdirmə xidmətlərinə çıxışını yaxşılaşdırmaqdır.

Bu yeni təşəbbüs qadınlar üçün pul vəsaitlərinin idarə olunması, büdcə planlaşdırması, biznes idarəçiliyi, borc idarəetmə üsulları və yeni biznesin qurulması üçün tələb olunan digər bacarıqlarla bağlı geniş spektrli təlim imkanları yaratmaqla, onların iqtisadi səlahiyyətlərinin artırılmasına və maliyyə müstəqilliyinin təmin edilməsinə dəstək göstərəcək.

Azərbaycan Mikromaliyyələşdirmə Assosiasiyası (AMFA) tərəfindən icra olunan bu layihə Avropa İttifaqı (Aİ) və BMT-nin İnkişaf Proqramı (BMTİP) tərəfindən maliyyələşdirilən və BMTİP tərəfindən icra olunan “Genderə Həssas Dayanıqlı İnkişaf Məqsədlərinin Həyata Keçirilməsində Vətəndaş Cəmiyyətinin Rolunun Artırılması” adlı daha geniş miqyaslı proqram çərçivəsində həyata keçirilir.

Layihənin Naxçıvandakı açılış mərasimində çıxış edən Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri səfir Kəstutis Yankauskas qeyd edib: “Bu gün Avropa İttifaqı bu layihə üzrə əsas icraçı tərəfdaşı olan BMT-nin İnkişaf Proqramı eləcə də AMFA ilə birgə 300-dən artıq qadının səlahiyyətlərinin artırılmasını dəstəkləmək üçün Avropa İttifaqının Naxçıvanda maliyyələşdirdiyi ilk layihəsini təqdim edir. Maliyyə savadlılığının öyrədilməsi, biznes bacarıqlarının inkişaf etdirilməsi və ənənəvi məhsulların təşviqi qadınların öz ehtiyaclarını təmin etmək iqtidarında olması və müasir cəmiyyətin qurulmasına töhvə verə bilmələri üçün tam potensialını ortaya qoyacaqdır.”

Layihə əlilliyi olan qadınlar da daxil olmaqla, kənd icmalarından olan 300 nəfərdən artıq qadının biznes bacarıqlarının, maliyyə  savadlılığının, maliyyə resurslarına çıxışının və təşkilati bacarıqlarının yaxşılaşmasına kömək edəcək. Onların arasından ən yaxşı biznes ideyasına malik 50 qadın Naxçıvanda və İsmayıllıda biznes fəaliyyətinə başlamaq üçün 500 ABŞ dolları məbləğində ilkin maliyyələşdirmə ilə təmin olunacaq.

Dayanıqlı İnkişaf üzrə 2030-cu il Gündəliyinin və Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) icrasının sürətləndirilməsi ilə bağlı Azərbaycanın üzərinə götürdüyü öhdəliyə dəstək olaraq, layihə 4-cü (keyfiyyətli təhsil), 5-ci (gender bərabərliyi) və 8-ci (layiqli əmək və iqtisadi artım) Qlobal Məqsədlərin icrasına töhfə verəcək.

BMT-nin rezident nümayəndəsinin səlahiyyətlərini icra edən  Alessandro Frakasseti qadınların sosial və iqtisadi səlahiyyətlərinin artırılmasında onların maliyyə müstəqilliyinin vacibliyini ön plana çəkib.

“Qadınların sahibkarlığı öyrənməyə, biznes qurmağa və onu genişləndirməyə şərait yaradan yeni imkanlara çıxışını yaxşılaşdırmaqla, ölkələr yoxsulluqdan qurtula və öz iqtisadi vəziyyətlərini yaxşılaşdıra bilərlər,” – deyən Frakassetti “qəbul etmək vacibdir ki, qadın sahibkarların yaratdığı imkanlar daxili bazarların böyüməsinə və məşğulluq perspektivlərinin artmasına kömək edir”, söyləyib.

İlk olaraq Naxçıvanda həyata keçirilməyə başlayan layihə fəaliyyətləri eyni zamanda Azərbaycanın İsmayıllı rayonunda da təşkil olunacaq. Naxçıvanda layihə fəaliyyətləri Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsi  və “Aqrarkredit” Səhmdar Cəmiyyəti Təşkilatı ilə əməkdaşlıq şəklində həyata keçiriləcək.

Layihənin açılış tədbiri Avropa İttifaqı və BMTİP-in Azərbaycandakı nümayəndəliklərinin rəhbərlərinin Naxçıvan MR-ya iki günlük rəsmi səfəri çərçivəsində baş tutacaq. Səfər zamanı onlar Naxçıvan MR Ali Məclisinin sədri ilə görüşəcək, ağacəkmə aksiyasında iştirak edəcək, Naxçıvan Dövlət Universitetinin tələbələri ilə görüşəcək və Naxçıvanqala Tarix-Memarlıq Muzey Kompleksində keçirilən ənənəvi “Kətə” festivalında iştirak edəcəklər.

P.Sultanova

Paylaş:
703

Son xəbərlər

Ölkəmizdə ilk dəfə keçiriləcək Təchizat Zənciri Liderləri Zirvəsinə sayılı günlər qaldı!08 / 05 / 2024, 18:12Naxçıvanda Ulu Öndərin 101 illiyi və Naxçıvanın 100 illiyi ilə bağlı konfrans keçirilib08 / 05 / 2024, 17:51Dövlət Komitəsi beynəlxalq mükafata layiq görülüb08 / 05 / 2024, 17:44Ankarada Azərbaycanla Türkiyə arasında Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilib - YENİLƏNİB08 / 05 / 2024, 17:36İsmail Serageldin Prezidentin fəxri diplomu ilə təltif edilib08 / 05 / 2024, 17:24Milli Məclisin sədri ilə Bolqarıstan Prezidenti arasında görüş keçirilib08 / 05 / 2024, 17:14Cevdet Yılmaz: İşğaldan azad olunmuş ərazilərlə bağlı əməkdaşlığın gücləndirilməsini nəzərdə tuturuq08 / 05 / 2024, 17:03Baş nazir İlham Əliyevin COP-29-a dəvət məktubunuRəcəb Tayyib Ərdoğana təqdim edəcək08 / 05 / 2024, 16:58Sevinc Fətəliyeva: Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır08 / 05 / 2024, 16:51Zaqatalada dönərdən zəhərlənmə ilə bağlı yeni məlumat açıqlandı08 / 05 / 2024, 16:45Lerikdə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - YENİLƏNİB 108 / 05 / 2024, 16:39“Qərbi Azərbaycana qayıdış” olimpiadasının ilkin mərhələsinin nəticələri açıqlanıb08 / 05 / 2024, 16:32Bakının Əhməd Rəcəbli küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq08 / 05 / 2024, 16:24Rəhman Hacıyev: “Qarabağın Rəngləri” layihəsi Qarabağın yalnız mədəni dirçəlişinə deyil, həm də fiziki olaraq bərpasına töhfə verir08 / 05 / 2024, 16:20Lənkəranın Şağlasər kəndində Birinci Qarabağ müharibəsinin şəhidi ilə vida mərasimi başa çatıb - YENİLƏNİB08 / 05 / 2024, 16:07Leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ08 / 05 / 2024, 16:06Azərbaycan Prezidenti bolqarıstanlı həmkarını COP29-a dəvət edib08 / 05 / 2024, 16:00Bəzi yerlərdə şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVA08 / 05 / 2024, 15:58Azərbaycan və Bolqarıstan prezidentlərinin geniş tərkibdə görüşü olub - YENİLƏNİB 108 / 05 / 2024, 15:53Azərbaycan və İsrail XİN nümayəndələri görüşüb08 / 05 / 2024, 15:48
Bütün xəbərlər