Naxçıvan ordusuna son model zirehli texnika verilib | 1news.az | Xəbərlər
Siyasət

Naxçıvan ordusuna son model zirehli texnika verilib

23:37 - 16 / 02 / 2018
Naxçıvan ordusuna son model zirehli texnika verilib

Azərbaycana gətirilən müasir hərbi texnikanın bir hissəsi, o cümlədən "BTR-82A" zirehli transportyorları Əlahiddə Ümumqoşun Ordunun silahlanmasına daxil edilib.

1news.az APA-ya istinadən xəbər verir ki, zirehli müdafiəsi və yüksək manevr qabiliyyəti olan "BTR-82A" zirehli transportyoru döyüş meydanında piyadaların hərəkət qabiliyyətini və mobilliyini artırmaq, döyüş fəaliyyətlərini atəşlə təmin etmək, düşmənin müxtəlif silah sistemlərinə qarşı effektiv mübarizə aparmaq, canlı qüvvəsini və hava hədəflərini məhv etmək, ekipajın atıcı silahlardan, mina və mərmi qəlpələrindən, kütləvi qırğın silahlarından qorunması üçün nəzərdə tutulub.

Rusiyanın “Hərbi Sənaye Kompleksi” müəssisəsi tərəfindən istehsal olunan "BTR-82A" zirehli transpotyoru öz sələflərini döyüş və texniki xüsusiyyətlərinə görə praktik olaraq iki dəfədən çox üstələyir. Əvvəlki nəsil zirehli transportyorlardan fərqli olaraq "BTR-82A" daha güclü mühərriklə təmin olunub, zirehi gücləndirilib, kondisioner, beşinci nəsil müasir rabitə vasitələri ilə təchiz edilib. Zirehli transportyorun məsafədən idarə olunan döyüş moduluna əsas silah kimi 30 mm-lik 2A72 avtomat top və ikinci silah kimi 7.62 mm-lik PKTM pulemyotu daxildir. Maşının heyəti 3 nəfər, desant tutumu 7 nəfər, döyüş ağırlığı 16 tondur. Zirehli transportyor 300 at gücünə malik mühərriklə təchiz edilib.

1news.az

Paylaş:
770

Son xəbərlər

İki ali məktəbə prorektor təyin edilibBu gün, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaqBu gün, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaqBu gün, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq olduBu gün, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edibBu gün, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edibBu gün, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏRBu gün, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənibBu gün, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaqBu gün, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıbBu gün, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdiBu gün, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEOBu gün, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edibBu gün, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edibBu gün, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək veribBu gün, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEOBu gün, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyilBu gün, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”Bu gün, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10
Bütün xəbərlər