NATO-nun mənzil qərargahında Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə tədbir keçirilib | 1news.az | Xəbərlər
Siyasət

NATO-nun mənzil qərargahında Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə tədbir keçirilib

17:00 - 26 / 06 / 2019
NATO-nun mənzil qərargahında Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə tədbir keçirilib

Azərbaycan Silahlı Qüvvələrinin yaranması və ölkəmizlə NATO arasında tərəfdaşlığının 25-ci ildönümü münasibəti ilə Azərbaycan Respublikasının Şimali Atlantika Alyansı Təşkilatı yanında Nümayəndəliyi tərəfindən Brüssel şəhərində yerləşən NATO-nun mənzil qərargahında rəsmi ziyafət və foto sərgi təşkil olunub.

Müdafiə Nazirliyindən 1news.az-a verilən məlumata görə, tədbirdə NATO-nun üzv və tərəfdaş ölkələrinin Alyans yanındakı səfirləri, hərbi nümayəndələri, diplomatik korpusun üzvləri, NATO-nun Beynəlxalq Qərargahının və Beynəlxalq Hərbi Qərargahının üzvləri, NATO-nun Avropa Ali Müttəfiq Qüvvələr Komandanlığı (SHAPE) Qərargahının rəsmiləri iştirak ediblər.

Tədbir zamanı qonaqlara Azərbaycan Silahlı Qüvvələrinin yaranması və inkişaf tarixi ilə yanaşı, Azərbaycanın NATO ilə 25 illik çoxşaxəli əməkdaşlığı, sülhməramlı əməliyyatlar çərçivəsində beynəlxalq sülhə və təhlükəsizliyə verdiyi töhfə və Avro-Atlantik məkanda sülhə nail olmaq istiqamətində həyata keçirdiyi uğurlu fəaliyyətlər barədə məlumatlar verilib.

Rəsmi qəbul zamanı, qonaqlara Azərbaycan mətbəxinin nümunələri təqdim olunub.

S.Xankişiyeva

Paylaş:
457

Son xəbərlər

Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a verilibBu gün, 15:15Gəncədə yanan ev söndürülüb - YENİLƏNİBBu gün, 14:56Bakıda gömrükçülər xeyli miqdarda aksiz markasız siqaretlər aşkar ediblərBu gün, 14:20Bakıda növbəti ümumşəhər iməcliyi keçirilib - FOTOBu gün, 14:08Dünya bazarlarında neft bahalaşıbBu gün, 13:49Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə görüşübBu gün, 13:35TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - YENİLƏNİBBu gün, 13:20Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını veribBu gün, 13:03Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilibBu gün, 12:45FHN Lənkəranda qanunsuz tikililəri sökübBu gün, 12:40Sabunçuda 34 yaşlı kişi qətl edilibBu gün, 12:14“Həmin gün...” musiqili-poeziya gecəsində - FOTOBu gün, 12:00Sabah hava necə olacaq? - PROQNOZBu gün, 11:53Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 11:40Bakıda oğlan sevgilisini qısqanclıq zəminində qətlə yetirib - YENİLƏNİBBu gün, 11:22Azərbaycan neftinin qiyməti 89 dollara çatıbBu gün, 11:10Kamaləddin Qafarov: “Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək”Bu gün, 10:55Azərbaycan BMT ilə COP29 çərçivəsində “yaşıl enerji” keçidi və iqlim dəyişikliklərinə qarşı mübarizə istiqamətində müzakirələr aparıbBu gün, 10:43Xankəndidə tapança, avtomat və qumbaralar tapılıbBu gün, 10:36Göygöldə idarəetməni itirən sürücü piyadanı vuraraq öldürübBu gün, 10:32
Bütün xəbərlər