NATO-nun konfransında azərbaycanlı və erməni deputatlar arasında mübahisə düşüb | 1news.az | Xəbərlər
Siyasət

NATO-nun konfransında azərbaycanlı və erməni deputatlar arasında mübahisə düşüb

14:43 - 25 / 11 / 2017
NATO-nun konfransında azərbaycanlı və erməni deputatlar arasında mübahisə düşüb

NATO Parlament Asambleyasının (PA) İtaliyanın paytaxtı Romada keçirilən “Aralıq dənizi hövzəsi ölkələri və Orta Şərq Transatlantik müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq” adlı konfransında Azərbaycan Milli Məclisinin nümayəndə heyəti də təmsil olunub.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, konfransda iştirak edən Azərbaycanın NATO PA-da nümayəndə heyətinin üzvü, deputat Məlahət İbrahimqızı bildirib ki, çıxışında Norveçdəki NATO təlimində Türkiyəyə qarşı həqarəti pisləyib, təşkilat rəhbərinin Ankaradan üzr istəməsini təqdirəlayiq sayıb. M.İbrahimqızı konfransda terrorizmlə bağlı mövzuya münasibət bildirərək Azərbaycanın uzun illərdir qonşusu Ermənistan tərəfindən həm işğala, həm də terrora məruz qaldığını söyləyib:

“Bu terror aktlarının araşdırılması nəticəsində onların arxasında hər zaman Ermənistan kəşfiyyatının dayandığı üzə çıxıb. Azərbaycanın 20 faiz torpaqlarını işğal etməsinə, bütün beynəlxalq sənədlərdə bunun əks olunmasına baxmayaraq, Ermənistan bu gün də terror aktlarına dəstək verir. Təəssüf ki, bizim terrordan əziyyət çəkməyimizə göz yumulur. Baxmayaraq ki, Azərbaycan hökuməti beynəlxalq antiterror fəaliyyətlərinə ilk qoşulan ölkələrdən biridir və terrorun hər növünü pisləyir”.

Deputat terror təhdidi ilə bağlı yalnız İŞİD-in adının hallanmasına etirazını bildirib. O, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən də terror fəaliyyəti sübut olunan ASALA və digər terror təşkilatlarını xatırladıb və MKİ-nin bununla bağlı yayımladığı hesabatı təqdim edib: “İŞİD-in simasında radikalizmdən, terrorizmdən danışmaq azdır. Əgər biz bu problemdən danışırıqsa, məsələyə tam olaraq yanaşmalıyıq. Çünki adlarını sadaladığımız digər terror təşkilatları da, bilirsiniz ki, həmişə təhdiddir. Çünki onların üzvləri sabah başqa bir adla ortaya çıxacaq. Terror təhdidinin son illər nəinki bizim regionda, hətta Avropanın özündə də intensivləşdiyini nəzərə alsaq, biz bunu ciddiyə almalıyıq”.

Azərbaycan tərəfinin təklifindən sonra bir neçə nümayəndə bu tip təşkilatların fəaliyyəti ilə bağlı araşdırmanın və məlumatların paylaşılmasının vacibliyini vurğulayaraq, terror təhdidinə təktərəfli yanaşmamağın vacibliyini qeyd edib. Bundan narahat olan Ermənistan nümayəndə heyətindən deputat Karyun Nahapetyan Azərbaycan nümayəndə heyətinin çıxışına reaksiya vermək istəsə də, ona söz verilməyib. Sonrakı sessiyada o, söz alaraq mövzunun Suriya, Bəşər Əsəddən sonrakı dövr və sair olduğunu söyləyib və deputatları mətləbdən uzaqlaşmaqda ittiham edib. Moderator erməni deputata xəbərdarlıq ünvanlayıb. M.İbrahimqızı növbəti çıxışında erməni deputatın təxribatına cavab olaraq MKİ-nin sənədini bir daha göstərərək rəsmi statistikaya istinadən məsələ qaldırdığını xatırladıb:

“MKİ-nin  hesabatını siz rədd edə bilərsiniz. Amma bu, rəsmi sənəddir. Siz hələ də bilmirsiniz ki, təmsil etdiyiniz dövlət neçə beynəlxalq sənədin tələbini pozaraq qonşu ölkənin torpağını işğalda saxlayır. Mən bu sənədləri sizə bağışlayıram, heç olmasa, oxuyun. Sizi dünya işğalçı, aqressiv ölkə kimi tanıyır. Burada, NATO PA tədbirində, aqressivliyinizi bir daha sübut etdiniz. Günahkarlar heç vaxt özünü sakit apara bilmir. Siz bunu bir daha sübut etdiniz”.

S.Xankişiyeva

 

Paylaş:
498

Son xəbərlər

Euronews Bakı Limanının ekoloji layihələri haqqında geniş video material yayımlayıb - VİDEOBu gün, 13:09Prezidentlər Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblərBu gün, 12:35Baş Prokurorluqdan sabiq baş pediatrın intiharı ilə bağlı media qurumlarına XƏBƏRDARLIQBu gün, 12:34İcma: ABŞ Dövlət Departamenti insan hüquqlarından sui-isifadə edirBu gün, 12:24İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublarBu gün, 12:22Bakıda 3 məktəbin direktorları barəsində intizam tənbeh tədbiri görülüb - SƏBƏBBu gün, 12:1931 dərəcə isti olacaq - Sabahın havasıBu gün, 12:09Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası keçirilirBu gün, 12:02Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, Baş planla tanış olublarBu gün, 11:51Qırğızıstan Prezidenti Füzulidə səfərdədirBu gün, 11:25Minik avtomobilləri ilə Laçına səfər etmək mümkün olacaq - TəfərrüatBu gün, 11:07Bu il sosial müavinət və təqaüd təyin olunan şəxslərin sayı açıqlanıbBu gün, 10:57Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir - VİDEOBu gün, 10:32May ayının 1-dən balıq ovuna qadağa qüvvəyə minirBu gün, 10:01“Azeronline LTD” BM-ə yeni rəhbər təyin olunduBu gün, 10:00Bakıda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıb - VİDEOBu gün, 10:00Bakı-Ağstafa-Bakı dəmir yolu marşrutu üzrə əlavə qatar təyin edilibBu gün, 09:57AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:35Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edibBu gün, 09:28ABŞ qüvvələrinin Nigerdən çıxarılması müzakirə olunacaqBu gün, 09:21
Bütün xəbərlər