“Nar” müştəri loyallığı indeksinə görə liderdir | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Nar” müştəri loyallığı indeksinə görə liderdir

16:00 - 13 / 08 / 2018
“Nar” müştəri loyallığı indeksinə görə liderdir

Müstəqil araşdırma şirkətləri tərəfindən keçirilmiş araşdırmaların/sorğuların nəticələrinə əsasən, “Nar” mobil operatorunun müxtəlif parametrlər üzrə müştəri loyallığı indeksində əhəmiyyətli dərəcədə artım qeydə alınıb.

Həyata keçirilmiş NPS (Net Promoter Score) göstəricisi və “Brand Tracking” araşdırmalarına görə, “Nar” mobil internet istifadəçilərinin sayındakı artım tempi üzrə mobil rabitə bazarında yüksək nəticəyə nail olub.

Beynəlxalq şirkət tərəfindən aparılmış araşdırmanın nəticələrinə əsasən, “Nar”-ın müştəri loyallığı indeksində il ərzində 5,3% artım müşahidə edilib. Sorğuya əsasən, mobil şəbəkənin keyfiyyəti, müştərilərin şəbəkəni öz dost və ailə üzvləri  arasında istifadə etməsi, eləcə də sərfəli tarif və qiymətlər sözügedən göstəricidəki artımın əsas səbəbləridir. Bundan başqa, “Nar” səsin keyfiyyəti, müştəri xidmətləri, genişləndirilmiş telekommunikasiya xidmətləri, zəng xidməti üzrə müştəri məmnuniyyəti göstəriciləri və əlverişlilik üzrə yüksək nəticə göstərib.  

Digər müstəqil şirkət tərəfindən həyata keçirilmiş “Brand Tracking” araşdırmasına əsasən, “Nar” abunəçilərinin 66%-i mobil operatorun qiymətlərinin daha sərfəli olduğunu düşünür ki, bu da müştəri qrupları (digər operatorların abunəçiləri ilə müqayisədə) arasında ən yüksək nəticədir. Abunəçilərin 84%-i isə “Nar” şəbəkəsinin gələcəkdə istifadə edilə biləcək yeganə şəbəkə olduğu qənaətindədir. Bu rəqəm də mövcüd operatorların abunəçilərindən ibarət respondent qrupları arasında ən yüksək göstəricidir. Əlavə olaraq, “Nar” brend potensialı indeksi (BPI) il ərzində 4%, loyallıq indeksi isə 7% artıb.  

Operator mobil internet istifadəçilərinin sayında nəzərəçarpacaq artıma bütün ölkə ərazisi boyunca genişləndirilmiş 3G, 4G və LTE-A şəbəkəsi ilə yanaşı, abunəçilərə sərfəli qiymətə yüksəkkeyfiyyətli mobil internet paketlərini təqdim etməklə müvəffəq olub.  

Qeyd edək ki, 2017-ci ilin 2-ci rübündə keçirilmiş mobil rabitə şəbəkələrinin müqayisəli testləri nəticəsində də “Nar” şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə ən yüksək nəticəyə nail olmuşdu. Sınaqları test xidmətləri üzrə müstəqil beynəlxalq şirkət olan “P3 Communications” keçirmiş və sınaq metodologiyası əhatəli xidmətlər üzrə müştəri təcrübəsinə əsaslanmışdı. 

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. 

Reklam hüququnda

 

Paylaş:
416

Son xəbərlər

Taleh Kazımov Vaşinqtonda COP29-un iqtisadi baxımdan əhəmiyyətindən danışdı18 / 04 / 2024, 20:32Avstriyanın maliyyə nazirinin müavini və “Grabher Group” şirkətinin baş direktoru ilə görüş keçirilib - FOTO18 / 04 / 2024, 19:43Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilir18 / 04 / 2024, 17:48Sahibə Qafarova: Fransa öz tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqazda davam etdirmək istəyir18 / 04 / 2024, 17:44ADY: Azərbaycanda piyada diqqətsizliyi ağır qəzaya səbəb olub18 / 04 / 2024, 17:40Taleh Kazımov Dünya Bankı və IMF-in yaz toplantılarında iştirak edir18 / 04 / 2024, 17:22Sahibə Qafarova: Fransanın xalqların hüquqlarını kobud şəkildə pozması qəbuledilməzdir18 / 04 / 2024, 16:52Baş prokuror Çinə səfər edib18 / 04 / 2024, 16:49Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib18 / 04 / 2024, 16:06Nazir: “Məktəblərdə daha ciddi fəsadların qarşısı məhz “Məktəblinin dostu” layihəsi əsasında alınıb”18 / 04 / 2024, 16:00Milli Məclisdə Yeni Kaledoniya nümayəndələrinin iştirakı ilə konfrans keçirilir18 / 04 / 2024, 15:42Rüstəm Ağayev: “Məktəblinin dostu” tərəfindən 11 mindən çox şagirdə ilkin yardım göstərilib18 / 04 / 2024, 15:3815 məktəbdə “Məktəblinin dostu” layihəsi ilə bağlı sorğu keçirilib18 / 04 / 2024, 15:32Marketdən 8 min manatlıq spirtli içki oğurlayan şəxs saxlanılıb18 / 04 / 2024, 14:58Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!18 / 04 / 2024, 14:35Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi svetoforlarla bağlı vətəndaşlara müraciət edib18 / 04 / 2024, 14:31Azərbaycan QHT-ləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıb18 / 04 / 2024, 14:26Azərbaycan və Yeni Kaledoniya parlamentləri əməkdaşlıq memorandumu imzalayıb18 / 04 / 2024, 13:48ABB-dən cəmi bir günə tender qarantiyası18 / 04 / 2024, 13:29Polis Bakıda qanunsuz miqrasiyaya qarşı tədbirlər həyata keçirib, 21 əcnəbi saxlanılıb18 / 04 / 2024, 13:23
Bütün xəbərlər