“Nar MiFi” paketini al, 6 aya qədər pulsuz internet əldə et | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Nar MiFi” paketini al, 6 aya qədər pulsuz internet əldə et

15:00 - 13 / 12 / 2018
“Nar MiFi” paketini al, 6 aya qədər pulsuz internet əldə et

Ölkənin ən gənc və innovativ mobil operatoru “Nar” yüksəksürətli internetə çıxış imkanı verən “Nar MiFi” paketini təqdim edir.

“Nar MiFİ” paketinə aylıq 30 GB olmaqla 6 aya qədər yüksəksürətli internet və daşınabilən MiFi cihazı daxildir. “Nar MiFi” paketinin ilkin qiyməti 120 AZN təşkil edir. Paketin daxilindəki pulsuz internet bitdikdən sonra, abunəçilər aylıq 20 AZN ödəməklə, 30 GB internet əldə edəcəklər. 

“Nar MiFi” ilə abunəçi olduğu yerdən asılı olmayaraq, hər zaman onlayn olacaq və sərfəli qiymətə yüksək sürətli internetə çıxış əldə edəcək. Eyni zamanda, istifadəçinin interneti dostları və yaxınları ilə asanlıqla paylaşması mümkün olacaq. Portativ cihazı abunəçi rahat quraşdıra bilər və SİM kartı və batareyanı cihaza daxil etməklə, internet aktiv olacaq. “Nar MiFi” cihazının ölçüsünün kiçik və yüngül olması onu asanlıqla istənilən yerə aparmağa imkan verir.

Qeyd edək ki, 3G və 4G şəbəkəsini bütün ölkə ərazisində artırmağa davam edən “Nar” hazırda ölkədə ən geniş şəbəkələrindən birinə malikdir. “Nar MiFi” cihazını abunəçi istənilən “Nar” satış və xidmət mərkəzləri və ya diler mağazalarından əldə edə bilər. “Nar MiFi” haqqında daha ətraflı məlumatı nar.az saytından əldə etmək olar.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə əhalisinin 97%-ni əhatə edir və 7300-dən artıq baza stansiyası ilə 2,2 milyona yaxın abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

Reklam hüququnda

Paylaş:
1064

Son xəbərlər

Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddirBu gün, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTOBu gün, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTOBu gün, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıbBu gün, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıbBu gün, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edirBu gün, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEOBu gün, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəkBu gün, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıbBu gün, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜATBu gün, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcəkBu gün, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görübBu gün, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVABu gün, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklərBu gün, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTOBu gün, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİBBu gün, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıbBu gün, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcəkBu gün, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olubBu gün, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edibBu gün, 15:45
Bütün xəbərlər