“Nar” media nümayəndələrinə yeni məhsullarını təqdim etdi – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Nar” media nümayəndələrinə yeni məhsullarını təqdim etdi – FOTO

16:00 - 06 / 12 / 2018
“Nar” media nümayəndələrinə yeni məhsullarını təqdim etdi – FOTO

“Nar” “BakuTel-2018” - 24-cü Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgisi çərçivəsində media nümayəndələri ilə görüş keçirib və ən son məhsullarının təqdimatını edib.

Jurnalistlərin iştirakı ilə keçirilən təqdimatda “Nar”-ın Azərbaycan telekommunikasiya bazarında ilk dəfə tətbiq etdiyi onlayn TV - “Nar TV” və “Nar Wi-Fi” haqqında ətraflı məlumat verilib və əyani göstərilib.

Bildirilib ki, abunəçilərə rahat şəkildə sevdiyi kanalları izləmək imkanı yaradan “Nar TV” mobil tətbiqini telefonlara və ya tabletlərə yükləməli, “Nar” nömrəsindən istifadə edərək qeydiyyatdan keçirilməlidir. Bundan sonra abunəçilər istənilən məkanda və vaxtda smartfonlarında 100-ə qədər Azərbaycan, regional və beynəlxalq kanallara rahat şəkildə baxa bilərlər. Məlumat verilib ki, “Nar TV” tətbiqini yükləyən istifadəçilər idman, əyləncə, uşaq, film, xəbər kanallarına 1 ay ərzində pulsuz baxa biləcəklər. Bundan başqa media nümayəndələrinə “Nar TV”-nin üstünlükləri barədə də danışılıb və əyani göstərilib.

Mətbuat konfransında “Nar”-ın sərgidə təqdim etdiyi digər məhsul – “Nar Wi-Fi” haqqında da məlumat verilib. Bildirilib ki, bu internet paylayıcısı sayəsində abunəçilər istənilən məkanda sərfəli qiymətə portativ yüksək sürətli internetə (LTE / 4G) çıxış əldə edəcəklər. Bunun üçün müvafiq tarifli SIM kart ruterə daxil edilir və enerji mənbəyinə qoşulduqdan sonra qurğu avtomatik olaraq  işə düşür. 30-dan artıq cihaz eyni anda internetə qoşula bilir. “Nar Wi-Fi” ev, bağ, ofis və biznes məkanlarını fiber optik kimi sürətli internetlə təmin edən naqilsiz texnologiyadır. “Nar Wi-Fi” ilə internet  ADSL ilə müqayisədə daha sürətlidir və abunəçilərə 60 GB-a qədər limitsiz internet paketləri təqdim edilir.

Daha sonra media nümayəndələri “Nar” stendinə dəvət edilib və mobil operatorun yeni texnologiyaları ilə əyanı tanış olublar.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə əhalisinin 97%-ni əhatə edir və 7300-dən artıq baza stansiyası ilə 2,2 milyona yaxın abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. 2017-ci ildə keçirilmiş mobil rabitə şəbəkələrinin müqayisəli testlərinə əsasən “Nar” şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə ən yüksək nəticəyə nail olub. Sınaqları test xidmətləri üzrə müstəqil beynəlxalq şirkət olan “P3 Communications” keçirib və sınaq metodologiyası əhatəli xidmətlər üzrə müştəri təcrübəsinə əsaslanıb.

Reklam hüququnda

Paylaş:
582

Son xəbərlər

Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını veribBu gün, 13:04Cavanşir Məmmədov vəfat etdiBu gün, 13:00Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilibBu gün, 12:45FHN Lənkəranda qanunsuz tikililəri sökübBu gün, 12:40Sabunçuda 34 yaşlı kişi qətl edilibBu gün, 12:14“Həmin gün...” musiqili-poeziya gecəsində - FOTOBu gün, 12:00Sabah hava necə olacaq? - PROQNOZBu gün, 11:53Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 11:40Bakıda oğlan sevgilisini qısqanclıq zəminində qətlə yetirib - YENİLƏNİBBu gün, 11:22Azərbaycan neftinin qiyməti 89 dollara çatıbBu gün, 11:10Kamaləddin Qafarov: “Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək”Bu gün, 10:55Azərbaycan BMT ilə COP29 çərçivəsində “yaşıl enerji” keçidi və iqlim dəyişikliklərinə qarşı mübarizə istiqamətində müzakirələr aparıbBu gün, 10:43Xankəndidə tapança, avtomat və qumbaralar tapılıbBu gün, 10:36Göygöldə idarəetməni itirən sürücü piyadanı vuraraq öldürübBu gün, 10:32Bəzi ərazilərdə şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVABu gün, 10:07ABŞ dövlət katibi Azərbaycanın kəndlərinin qaytarılmasını alqışlayıbBu gün, 09:58Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir19 / 04 / 2024, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTO19 / 04 / 2024, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTO19 / 04 / 2024, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb19 / 04 / 2024, 17:53
Bütün xəbərlər