“Nar” jurnalistlər üçün Nar bayramı media-turu təşkil etdi – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Nar” jurnalistlər üçün Nar bayramı media-turu təşkil etdi – FOTO

17:50 - 06 / 11 / 2017
“Nar” jurnalistlər üçün Nar bayramı media-turu təşkil etdi – FOTO

Azərbaycanın milli-mədəni irsinə bağlılıq nümayiş etdirən “Nar” Göyçayda təşkil edilmiş ənənəvi Nar bayramı ilə əlaqədar olaraq mətbuat nümayəndələri üçün media-tur təşkil edib.

Müxtəlif maraqlı müsabiqələr və əyləncəli proqramla müşayiət olunan tədbir böyük bayram əhval-ruhiyyəsində keçib.

Tədbir zamanı “Nar” əməkdaşları jurnalistlər üçün təşkil edilmiş təqdimat çərçivəsində mobil operatorun fəaliyyət istiqamətləri, xüsusilə regionları əhatə edən fəaliyyətlər, bölgələrdə dəqiqəsi cəmi 1 qəpiyə danışmaq imkanı verən “Yerlim” tariflər toplusu, şəbəkənin təkmilləşdirilməsi istiqamətində görülmüş işlər, 2017-ci il ərzində  ölkə ərazisində qurulmuş yeni baza stansiyaları, işğaldan azad edilmiş ərazilərdə “Nar” şəbəkəsinin təmin edilməsi, səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını təmin edən “HD-Voice” (High Definition Voice) xidmətinin təqdim edilməsi, ATM (Asynchronous Transfer Mode) texnologiyalı transmissiya xətlərinin müasir tələblərə cavab verən və daha keyfiyyətli rabitəni təmin edən IP (Internet Protocol) texnologiyasına əsaslanmış xətlərlə əvəz edilməsi və planlaşdırılan digər işlər barədə geniş məlumat veriblər. 

“Nar” tərəfindən festival çərçivəsində təşkil edilmiş kompleks tədbirlər geniş ictimai marağa səbəb olub. Bayramda iştirak edən media nümayəndələri mobil operatorun təqdimatını maraqla izləyərək tədbirdən geniş reportaj hazırlayıblar.

“Azerfon” şirkəti 21 mart 2007-ci ildə “Nar Mobile” ticarət nişanı ilə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Mobil operator şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən “HD-Voice” (High Definition Voice) xidmətini təqdim edib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 6000-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. 

“Nar” məhsul, xidmət, tarif və kampaniyaları barədə ətraflı məlumatı nar.az internet səhifəsindən öyrənmək olar.   

Reklam hüququnda

 

 

Paylaş:
904

Son xəbərlər

Taleh Kazımov Vaşinqtonda COP29-un iqtisadi baxımdan əhəmiyyətindən danışdı18 / 04 / 2024, 20:32Avstriyanın maliyyə nazirinin müavini və “Grabher Group” şirkətinin baş direktoru ilə görüş keçirilib - FOTO18 / 04 / 2024, 19:43Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilir18 / 04 / 2024, 17:48Sahibə Qafarova: Fransa öz tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqazda davam etdirmək istəyir18 / 04 / 2024, 17:44ADY: Azərbaycanda piyada diqqətsizliyi ağır qəzaya səbəb olub18 / 04 / 2024, 17:40Taleh Kazımov Dünya Bankı və IMF-in yaz toplantılarında iştirak edir18 / 04 / 2024, 17:22Sahibə Qafarova: Fransanın xalqların hüquqlarını kobud şəkildə pozması qəbuledilməzdir18 / 04 / 2024, 16:52Baş prokuror Çinə səfər edib18 / 04 / 2024, 16:49Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib18 / 04 / 2024, 16:06Nazir: “Məktəblərdə daha ciddi fəsadların qarşısı məhz “Məktəblinin dostu” layihəsi əsasında alınıb”18 / 04 / 2024, 16:00Milli Məclisdə Yeni Kaledoniya nümayəndələrinin iştirakı ilə konfrans keçirilir18 / 04 / 2024, 15:42Rüstəm Ağayev: “Məktəblinin dostu” tərəfindən 11 mindən çox şagirdə ilkin yardım göstərilib18 / 04 / 2024, 15:3815 məktəbdə “Məktəblinin dostu” layihəsi ilə bağlı sorğu keçirilib18 / 04 / 2024, 15:32Marketdən 8 min manatlıq spirtli içki oğurlayan şəxs saxlanılıb18 / 04 / 2024, 14:58Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!18 / 04 / 2024, 14:35Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi svetoforlarla bağlı vətəndaşlara müraciət edib18 / 04 / 2024, 14:31Azərbaycan QHT-ləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıb18 / 04 / 2024, 14:26Azərbaycan və Yeni Kaledoniya parlamentləri əməkdaşlıq memorandumu imzalayıb18 / 04 / 2024, 13:48ABB-dən cəmi bir günə tender qarantiyası18 / 04 / 2024, 13:29Polis Bakıda qanunsuz miqrasiyaya qarşı tədbirlər həyata keçirib, 21 əcnəbi saxlanılıb18 / 04 / 2024, 13:23
Bütün xəbərlər