“Nar” Barselonada keçirilən Mobil Dünya Konqresində iştirak edib | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Nar” Barselonada keçirilən Mobil Dünya Konqresində iştirak edib

12:30 - 02 / 03 / 2018
“Nar” Barselonada keçirilən Mobil Dünya Konqresində iştirak edib

“Nar” nümayəndə heyəti dünyanın aparıcı İKT şirkətləri, telekommunikasiya nəhəngləri və mobil operatorlarının qatıldığı Mobil Dünya Konqresində (GSMA Mobile World Congress) iştirak edib.

İspaniyanın Barselona şəhərində keçirilən ənənəvi tədbirdə yeni bazar trendləri, texnologiya nailiyyətləri, çağdaş ideya və təşəbbüslər, mobil rabitənin gələcək perspektivləri kimi önəmli məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb, interaktiv sessiyalar keçirilib, panellər və diskussiyalar təşkil edilib. Konqresə dünyanın İKT sahəsində fəaliyyət göstərən ən nəhəng şirkətlərinin rəhbərləri və baş icraçı direktorları da qatılıblar.

Tədbirdə aktiv iştirak edən “Nar” nümayəndə heyəti digər konqress iştirakçıları ilə birlikdə geniş diskussiyalara qatılaraq təcrübə mübadiləsi apardı, telekommunikasiya sahəsində tətbiq edilən yeniliklər və innovativ dəyişikliklər haqqında öz fikirlərini bölüşüb. Hər zaman innovativ texnologiyalara üstünlük verən şirkətin rəhbər heyəti Mobil Dünya Konqresi çərçivəsində təşkil edilən mobil texnologiyalar sərgisində də fəal iştirak etdi.

Qeyd edək ki, dünyanın müxtəlif ölkələrindən olan yüzlərlə qonağın qatıldığı mötəbər tədbirdə fərqli sessiyalar keçirilib.

“Nar” haqqında ətraflı məlumatı nar.az internet səhifəsindən öyrənmək olar.  

“Azerfon” MMC 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib.

Reklam hüququnda

Paylaş:
694

Son xəbərlər

İki ali məktəbə prorektor təyin edilibBu gün, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaqBu gün, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaqBu gün, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq olduBu gün, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edibBu gün, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edibBu gün, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏRBu gün, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənibBu gün, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaqBu gün, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıbBu gün, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdiBu gün, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEOBu gün, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edibBu gün, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edibBu gün, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək veribBu gün, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEOBu gün, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyilBu gün, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”Bu gün, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10
Bütün xəbərlər