“Nar” 2018-ci ildə baza stansiyalarının sayında 25%-dək artım planlaşdırır | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Nar” 2018-ci ildə baza stansiyalarının sayında 25%-dək artım planlaşdırır

14:00 - 02 / 03 / 2018
“Nar” 2018-ci ildə baza stansiyalarının sayında 25%-dək artım planlaşdırır

“Nar” 2018-ci ildə də şəbəkənin təkmilləşdirilməsi işlərini davam etdirməyi, həm paytaxt, həm də bölgələrdəki abunəçiləri yüksəkkeyfiyyətli rabitə xidmətləri ilə təmin etməyi planlaşdırır.

Belə ki, il ərzində şəbəkənin inkişafı və təkmilləşdirilməsi işləri çərçivəsində respublikanın bölgələrinə xüsusi diqqət ayrılması nəzərdə tutub. 4G (LTE) texnologiyasının əhatə dairəsinin bölgələrdə genişləndirilməsi, eyni zamanda 3G texnologiyasının daha da təkmilləşdirilməsi  tədbirlər planının əsas məqamlarındandır.

Müvafiq olaraq, Bakı və Abşeron yarımadasında LTE texnologiyasının inkişaf etdirilməsi istiqamətindəki işlər 2018-ci ildə də davam edəcək və abunəçilər daha keyfiyyətli rabitə xidmətlərindən faydalanacaqlar. Ümumilikdə, ötən ilin sonuna olan mövcud baza stansiyalarının sayı ilə müqayisədə şəbəkədə baza stansiyalarının 25%-dək artımı nəzərdə tutulub. 

Xatırladaq ki, aparılmış genişmiqyaslı təkmilləşdirmə işləri nəticəsində mobil operator Bakı və Abşeron yarımadası ilə yanaşı, artıq respublikanın digər bölgələrində də LTE xidmətini abunəçilərinin istifadəsinə təqdim edib. Belə ki, bölgələrdə ilk olaraq Gəncə şəhərində yaşayan abunəçilər mobil internet sürətinin əhəmiyyətli dərəcədə artmasını təmin edən LTE xidmətindən yararlanmaq fürsəti əldə ediblər. Gəncə şəhərindəki “Nar” abunəçiləri də mobil operatorun LTE texnologiyası ilə təmin etdiyi 225 Mbit/s çatan sürət sayəsində internet resurslarından daha səmərəli şəkildə istifadə etmək imkanı qazanıblar.

“Nar” şəbəkəsi haqqında ətraflı məlumatı nar.az internet səhifəsindən öyrənmək olar.  

“Azerfon” şirkəti 21 mart 2007-ci ildə “Nar Mobile” ticarət nişanı ilə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Mobil operator şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən “HD-Voice” (High Definition Voice) xidmətini təqdim edib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 6500-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. 

Reklam hüququnda

 

 

 

 

Paylaş:
581

Son xəbərlər

Bakıda taxta bazarı yanırBu gün, 16:57Cavanşir Məmmədov dəfn olunub - YENİLƏNİB 1Bu gün, 16:41Ceyhun Bayramov İran səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edibBu gün, 16:39Səfir: TDT-nin əsas məqsədi türk dövlətləri arasında əlaqələrin inkişaf etdirilməsidirBu gün, 16:06Ceyhun Bayramov İran səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edibBu gün, 15:47FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilibBu gün, 15:32Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a verilibBu gün, 15:15Gəncədə yanan ev söndürülüb - YENİLƏNİBBu gün, 14:56Bakıda gömrükçülər xeyli miqdarda aksiz markasız siqaretlər aşkar ediblərBu gün, 14:20Bakıda növbəti ümumşəhər iməcliyi keçirilib - FOTOBu gün, 14:08Dünya bazarlarında neft bahalaşıbBu gün, 13:49Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə görüşübBu gün, 13:35TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - YENİLƏNİBBu gün, 13:20Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını veribBu gün, 13:03Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilibBu gün, 12:45FHN Lənkəranda qanunsuz tikililəri sökübBu gün, 12:40Sabunçuda 34 yaşlı kişi qətl edilibBu gün, 12:14“Həmin gün...” musiqili-poeziya gecəsində - FOTOBu gün, 12:00Sabah hava necə olacaq? - PROQNOZBu gün, 11:53Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 11:40
Bütün xəbərlər