Naqdalyan: Həmsədr ölkələrdən birində görüş keçirilməsi imkanlarına baxılır
Həqiqətən də Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin gələcək görüşünün həmsədr ölkələrdən birində təşkil edilməsi imkanları nəzərdən keçirilir.
1news.az xəbər verir ki, bu barədə Ermənistanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan deyib.
"Lakin məsələ hələ müzakirə mərhələsində olduğundan, birtərəfli anonslar və ictimai müzakirə praktikasının aparılmasından yayınmaq lazımdır”, Naqdalyan deyib.
Xatırladaq ki, daha əvvəl Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-ın Qarabağ münaqişəsinin nizamlanması üzrə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün Vaşinqtonda keçirilməsini təklif etdiyini bildirib.
P.S.
608