1news.az

Nabranda itkin düşən 3 yaşlı uşaq tapıldı – FOTO – VİDEO – YENİLƏNİB

23 İyul saat 15:40 ~ 2 dəqiqəlik oxu 2800
Nabranda itkin düşən 3 yaşlı uşaq tapıldı – FOTO – VİDEO  – YENİLƏNİB

İyulun 22-də Xaçmaz rayonunun Nabran qəsəbəsindəki istirahət mərkəzlərinin birinin ərazisində olarkən naməlum şəraitdə itkin düşmüş azyaşlı tapılıb.

1news.az-ın məlumatına görə, 2015-ci il təvəllüdlü Novruzov İsmayıl Elçin oğlu Nabrandakıı istirahət mərkəzlərindən birinin ərazisindən axan çayın kənarında aşkarlanıb.

13:46

İyulun 22-də Xaçmaz rayonunun Nabran qəsəbəsindəki istirahət mərkəzlərinin birinin ərazisində olarkən naməlum şəraitdə itkin düşmüş 2015-ci il təvəllüdlü Novruzov İsmayıl Elçin oğlunun axtarışlarına Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin "Mi-17" helikopteri cəlb olunub.

1news.az-ın nazirliyin saytına istinadən verdiyi xəbərə görə,Axtarışlar yaxınlıqdakı meşə ərazisində və dənizdə Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinin, Mülki müdafiə qoşunlarının, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin şəxsi heyəti və xüsusi təlim keçmiş itləri cəlb olunmaqla davam etdirilir. Dövlət Sərhəd Xidmətinin kinoloqları və xüsusi təlim keçmiş itləri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları və könüllülər də axtarışlarda iştirak edirlər.

Əlavə məlumat veriləcək.

10:04

Nabrandakı istirahət mərkəzlərindən birində 3 yaşlı oğlan itkin düşüb.

1news.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Xaçmaz rayonunun Nabran qəsəbəsindəki istirahət mərkəzlərinin birinin ərazisində olarkən 2015-ci il təvəllüdlü Novruzov İsmayıl Elçin oğlu naməlum şəraitdə itkin düşüb.

Axtarış-xilasetmə əməliyyatına Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinin, Mülki müdafiə qoşunlarının, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin şəxsi heyəti və xüsusi təlim keçmiş itləri cəlb olunmuşdur. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları və könüllülər də axtarışlarda iştirak edirlər.

Axtarış tədbirləri meşəlik ərazidə və suda aparılır.

Əlavə məlumat veriləcək.

1news.az

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Cəmiyyət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2018 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net