Müştəri həmişə haqlı deyil! | 1news.az | Xəbərlər
İqtisadiyyat

Müştəri həmişə haqlı deyil!

16:31 - 14 / 12 / 2017
Müştəri həmişə haqlı deyil!

“Müştəri həmişə haqlıdır” ifadəsi ilk dəfə 1909-cu ildə “Selfridge” mağazasının yaradıcısı Harri Qordon Selfric tərəfindən istifadə edilib. Onun əsas məqsədi müştəriləri daha yaxşı və üstün xidmət görəcəklərinə inandırmaq idi. Beləliklə, bu ifadə bütün dünyaya yayılmağa və istifadə edilməyə başlandı.

Yeri gəlmişkən, bu barədə ən məşhur kitablardan biri də “Əbədi müştərilər” (Customers for life) kitabıdır. Buna baxmayaraq, artıq müasir dövrdə müştərinin həmişə haqlı olmadığına inanılır.

“Gonvarri” şirkətinin icraçı direktoru Cosu Kalvo: “Əvvəllər müştərilərin gözləntilərini qarşılamaq onların sifarişlərini vaxtında və keyfiyyətli formada çatdırmaq mənasına gəlirdi” deyir. Ancaq müasir dövrdə vəziyyət müəyyən qədər dəyişib. Belə ki, artıq müştərilər bunlarla kifayətlənmir və hər məhsuldan yenilik gözləyir, onların yaradılmasında fərdi fikirlərinin iştirak etməsini istəyirlər. Şirkətlər isə bu tələbləri qarşılamaq üçün çalışırlar.

Müasir dövrdə müştərinin həmişə haqlı olmamasının bəzi səbəblərini göstərə bilərik:

1. Bu, əməkdaşları məyus edir. “Continental Airlines”-ın keçmiş icraçı direktoru Qordon Betun bunu belə ifadə edir: “Biz müştərinin həmişə haqlı olduğunu düşünərək onların istəkləri və iradları üzərində işləyirik. Ancaq bu iradlar bəzən saxta və ya haqsız ola bilir. Əslində etdiyimiz ən böyük səhvlərdən biri bəzi eqoist müştərilər ucbatından gördüyümüz möhtəşəm işlərin səbəbkarı olan əməkdaşlarımızı məyus etməkdir.

Hər ay milyonlarla müştəridən bir və ya ikisi bu cür saxta və haqsız iradlar və etirazlarla gəlir. Ancaq onların həmişə haqlı olduğunu düşünmək və buna görə əməkdaşları cəzalandırmaq düzgün deyil. Bir neçə məsuliyyətsiz müştəri ucbatından əməkdaşları cəzalandırmaqdansa, onlara dəyər vermək onların öz işlərini daha həvəslə yerinə yetirməyinə kömək edəcək.”

2. Bu münasibət müştərilərinizə haqsız üstünlük verir. Belə ki, bəzi müştərilər bu ifadənin ucundan tutaraq sizdən hər şeyi tələb edə biləcəklərini düşünürlər. “eVisit.com”-un icraçı direktoru Bret Larsen “müştəri həmişə haqlıdır” yanaşmasını “ən dağıdıcı biznes modellərindən biri” hesab edir. Çünki, bu zaman onlar özlərinin sizin məhsulunuzu yaradan şəxslərdən daha yaxşı mütəxəssis olduqlarını düşünürlər.

3. Məntiqsiz müştəri məhdud sayda olan resurslarınızı məhv edir. Bir çox şirkətdə bəzi resurslar məhdud sayda mövcuddur. Nə istədiyini bilməyən müştəri üçün onları xərcləmək sizin üçün ağır itkilərə səbəb ola bilər. Əgər müştərinin problemini həll etmək üçün əlinizdən gələn hər şeyi etmisinizsə və o hələ də razı deyilsə, ən yaxşısı həmin müştəridən imtina etməkdir. Ancaq həqiqətən nə istədiyini bilən və məntiqli müştərilər üçün məhdud resurslarınızdan istifadə edin. Məhz bu sizə brendinizi gücləndirməkdə və onun dəyərini artırmaqda kömək edəcək.

Məsuliyyətsiz və pis niyyətli müştərilər ucbatından əməkdaşlarınızı cəzalandırmaq sizin üçün daha pis müştəri xidmətləri olaraq geri qayıdacaq. Çünki əməkdaşlarınız xoşbəxt olduqda və dəyərli olduqlarını hiss etdikdə:

- Müştəriləriniz də daxil olmaqla, digər insanlara qarşı daha xoş münasibət göstərəcəklər.

- Daha enerjili olacaqlar.

- Xoşbəxt və motivasiyalı olacaqlar.

Bunlar isə həm məhsulunuzun, həm də müştəri xidmətlərinin keyfiyyətinə müsbət mənada təsir edəcək. Həmçinin, müştəriləriniz də əməkdaşlarınıza verdiyiniz dəyəri gördükdə, sizə daha yaxşı münasibət bəsləyəcəklər.

“Müştəri həmişə haqlı deyil” prinisipini “37Signals” şirkətinin yaradıcıları “Rework. Stereotipləri sındıran biznes” kitabında çox maraqlı şəkildə oxuculara çatdırır.  www.readit.az saytından bu kitabın qısa məmununu əldə edə bilərsiniz.

Yadda saxlayın, müştəri məmnuniyyəti vacibdir və brendin mövcudluğu və uğuru üçün mütləq nəzərə alınmalıdır; ancaq buna baxmayaraq, “müştəri həmişə yox, bəzən haqlıdır”.

1news.az

 

Paylaş:
512

Son xəbərlər

PAŞA Holding üçün taksi biznesində növbəti mərhələ26 / 04 / 2024, 18:12İlham Əliyev: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirikBu gün, 17:50Tovuz dəmir yolu stansiyasında sərnişinlərin qəbulu dayandırıldıBu gün, 17:47Azad olunandan sonra Xankəndi şəhərində ilk körpə dünyaya gəlib - FOTOBu gün, 17:10Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıbBu gün, 16:50Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərikBu gün, 16:35Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur və birgə işləyə biləcəyimiz sahələri də artıq bilirikBu gün, 16:18“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdiBu gün, 16:09Azərbaycanda işğaldan azad edilmiş ərazilərə xərcləmələr 5 % artıbBu gün, 15:44Dövlət başçısı: İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız varBu gün, 15:40“Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır”Bu gün, 15:06Ceyhun Bayramov Çexiyanin Baş naziri ilə görüşübBu gün, 14:58İlham Əliyev: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirikBu gün, 14:48Prezident: COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdürBu gün, 14:46Yenilənmiş Porsche Bakı Mərkəzinin açılış mərasimi baş tutdu! - FOTOBu gün, 14:45İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edirBu gün, 14:36Məşhur azərbaycanlı maliyyəçisi Fərid Əlizadə Vyanada vəfat edibBu gün, 14:09Müdafiə Nazirliyi: Tank bölmələrində yarış keçirilib - VİDEOBu gün, 14:02Daha 39 ailəyə Füzuzildə mənzillərinin açarı təqdim olunub - YENİLƏNİBBu gün, 13:55Elnur Məmmədov Njdenin təlimatlarının Ermənistanda yaşadıldığını BƏM-in hakimlərinin diqqətinə çatdırıbBu gün, 13:40
Bütün xəbərlər