Müsəlman bloqer ABŞ-da aparıcıları üzr istəməyə məcbur etdi – VİDEO | 1news.az | Xəbərlər
Dünya

Müsəlman bloqer ABŞ-da aparıcıları üzr istəməyə məcbur etdi – VİDEO

14:36 - 19 / 02 / 2018
Müsəlman bloqer ABŞ-da aparıcıları üzr istəməyə məcbur etdi – VİDEO

Müsəlman moda bloqeri, yazar Hoda Katebi Çikaqo şəhərindən yayımlanan WGN News verilişinə qonaq olub.

1news.az-ın Milli.az-a istinadən verdiyi xəbərə görə, verilişin aparıcıları bloqerə İranın nüvə silahı ilə bağlı sual verib, onu tələyə salmaq istəyiblər. Lakin savadlı qonaq aparıcılara siyasət və tarix dərsi verib.

Aparıcı Potash müəllifi olduğu “Tehran Streetstyle” kitabı ilə bağlı sualları cavablayacağını düşünən Hoda Katebiyə anidən İran inqlabı və nüvə silahı barədə suallar ünvanlayıb:

“Gəlin bir az da nüvə silahından danışaq. Bəzi izləyicilərimiz söyləyir ki, biz İrana güvənə bilmərik. Siz bu barədə nə düşünürsünüz?”.

Hoda isə cavab olaraq Amerikanın xarici siyasətini qınayıb və bildirib ki, ölkədə belə vəziyyətin yaranmasına səbəb imperializmin qalıqlarının hökm sürməsidir.

“Siz bu sadə hekayələrin kökündəki məsələlərə, onların arxasında baş verən hadisələrə baxmalısınız. Bu ölkə (Amerika), sözün əsl mənasında, qaradərili qulların belində, yerli xalqların soyqırımı üzərində qurulub”.

Onun sözlərinə qadın aparıcı müdaxilə edib. Robin Baumgarten Hodanın amerikalı kimi danışmadığını söyləyib.

Hodanın canlı yayımda dediyi sözlər sosial şəbəkələrdə qalmaqala səbəb olub. Xüsusən, iranlılar onun çıxışını bəyəniblər.

Aparıcılar verilişdən sonra üzr istəmək məcburiyyətində qalıblar.

1news.az

Paylaş:
780

Son xəbərlər

Prezidentlər Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblərBu gün, 12:35Baş Prokurorluqdan sabiq baş pediatrın intiharı ilə bağlı media qurumlarına XƏBƏRDARLIQBu gün, 12:34İcma: ABŞ Dövlət Departamenti insan hüquqlarından sui-isifadə edirBu gün, 12:24İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublarBu gün, 12:22Bakıda 3 məktəbin direktorları barəsində intizam tənbeh tədbiri görülüb - SƏBƏBBu gün, 12:1931 dərəcə isti olacaq - Sabahın havasıBu gün, 12:09Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası keçirilirBu gün, 12:02Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, Baş planla tanış olublarBu gün, 11:51Qırğızıstan Prezidenti Füzulidə səfərdədirBu gün, 11:25Minik avtomobilləri ilə Laçına səfər etmək mümkün olacaq - TəfərrüatBu gün, 11:07Bu il sosial müavinət və təqaüd təyin olunan şəxslərin sayı açıqlanıbBu gün, 10:57Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir - VİDEOBu gün, 10:32May ayının 1-dən balıq ovuna qadağa qüvvəyə minirBu gün, 10:01“Azeronline LTD” BM-ə yeni rəhbər təyin olunduBu gün, 10:00Bakıda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıb - VİDEOBu gün, 10:00Bakı-Ağstafa-Bakı dəmir yolu marşrutu üzrə əlavə qatar təyin edilibBu gün, 09:57AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:35Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edibBu gün, 09:28ABŞ qüvvələrinin Nigerdən çıxarılması müzakirə olunacaqBu gün, 09:21Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:03
Bütün xəbərlər