Musa Quliyev: Ermənistandakı səfalət, acınacaqlı iqtisadi vəziyyət Serj Sarkisyanın sonunu gətirib çıxardı | 1news.az | Xəbərlər
Siyasət

Musa Quliyev: Ermənistandakı səfalət, acınacaqlı iqtisadi vəziyyət Serj Sarkisyanın sonunu gətirib çıxardı

20:57 - 24 / 04 / 2018
Musa Quliyev: Ermənistandakı səfalət, acınacaqlı iqtisadi vəziyyət Serj Sarkisyanın sonunu gətirib çıxardı

Ermənistandakı hərbi xunta rejimi xalqın kütləvi etirazları nəticəsində layiq olduğu sonuna çatdı. Erməni xalqı ölkəni öz biznesinə çevirmiş mafioz klandan canını qurtardı. Hərbi xuntadan yaxasını qurtaran erməni xalqı öz hakimiyyətini formalaşdırmaq imkanı qazandı.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Musa Quliyev deyib.

Musa Quliyev bildirib ki, Serj Sarkisyanın hakimiyyətə gəlməsi qeyri-qanuni idi. Onun hakimiyyəti əldə saxlaması da qeyri-qanuni və qeyri-demokratik idi. Nəhayət, bu, öz məntiqi sonuna gəlib çatdı. Ermənistanda klanlararası mübarizə, Ermənistan erməniləri ilə Qarabağdan gəlmiş ermənilər arasında hakimiyyət uğrunda qarşıdurma, ölkədəki ağır iqtisadi, maliyyə böhranı, qanunların işləməməsi, erməni xalqının çox ağır səfalətə düçar olması, hüquqlarının pozulması, nəhayət, xalqın etirazlarına səbəb oldu. Xalqın kütləvi şəkildə etirazları Serj Sarkisyanın sonunu gətirib çıxardı.

Milli Məclisin deputatı vurğulayıb ki, Azərbaycanda və Ermənistanda eyni ayda keçirilmiş seçkilərin nəticələri bu ölkələr üçün tam fərqli perspektivlər yaratdı. Azərbaycanda xalqla iqtidar arasında möhkəm birlik var, Ermənistanda isə xalqla iqtidar arasında böyük uçurum mövcuddur. Bu günün Yerevanda cərəyan gərginlik və Bakıda Formula 1 yarışlarına hazırlıq hər iki ölkədə kəskin fərqli mənzərəni aydın göstərir. Tənəzzülün, səfalətin hökm sürdüyü, sabitliyin pozulduğu, iqtisadiyyatın məhv olduğu Ermənistan hələ uzun müddət özünə gələ bilməyəcək. Azərbaycan isə sabitliyin, təhlükəsizliyin, dinamik iqtisadi inkişafın hökm sürdüyü, yüksək beynəlxalq nüfuza malik bir ölkədir.

Musa Quliyev deyib: “Yəqin ki, bundan sonra Sarkisyanın aqibəti daha ağır olacaq. Çünki o, törətdiyi cinayətlərə, hətta Ermənistandakı cinayətlərinə görə cavab verəcək, nəhayət, Azərbaycan xalqına qarşı törətdiyi soyqırımı cinayətlərinə görə o, mühakimə olunacaq. Sadəcə bunun zamana ehtiyacı var”.

1news.az

Paylaş:
460

Son xəbərlər

Bəzi ərazilərdə şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVABu gün, 10:07ABŞ dövlət katibi Azərbaycanın kəndlərinin qaytarılmasını alqışlayıbBu gün, 09:58Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir19 / 04 / 2024, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTO19 / 04 / 2024, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTO19 / 04 / 2024, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb19 / 04 / 2024, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb19 / 04 / 2024, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO19 / 04 / 2024, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEO19 / 04 / 2024, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcək19 / 04 / 2024, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıb19 / 04 / 2024, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜAT19 / 04 / 2024, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcək19 / 04 / 2024, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb19 / 04 / 2024, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVA19 / 04 / 2024, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklər19 / 04 / 2024, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTO19 / 04 / 2024, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİB19 / 04 / 2024, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıb19 / 04 / 2024, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcək19 / 04 / 2024, 15:54
Bütün xəbərlər