Musa Qasımlı: “Müşahidəçilər erməni konyakının təsiri altında olurlar” | 1news.az | Xəbərlər
Siyasət

Musa Qasımlı: “Müşahidəçilər erməni konyakının təsiri altında olurlar”

17:40 - 14 / 01 / 2019
Musa Qasımlı: “Müşahidəçilər erməni konyakının təsiri altında olurlar”

Nazirlər Kabinetinin 2018-ci ilin yekunlarına həsr edilmiş iclasında cənab Prezident İlham Əliyev geniş, əhatəli və dərin mənalı nitqində həm keçilən yola yekun vurdu, həm də cari ildə inkişaf perspektivlərini müəyyənləşdirdi.

1news.az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Musa Qasımlı deyib.

Onun sözlərinə görə, dövlət başçısının nitqində diqqəti cəlb edən məsələlərdən biri Ermənistanın hərbi təcavüzü nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesindəki durğunluqdan çıxmaq barədə idi:

"Məlum olduğu kimi, Ermənistan rəhbərliyi danışıqlardan boyun qaçıraraq bildirirdi ki, Azərbaycan danışıqları qondarma, üzdəniraq qurumla aparmalıdır. Bu mövqedə başlıca məqsəd qondarma rejimi danışıqların subyekti kimi tanıtmaq və statusunu əvvəlcədən müəyyənləşdirmək cəhdləri ilə bağlı idi. Azərbaycan dövlətinin qəti və prinsipial mövqeyi nəticəsində danışıqlar prosesi bərpa edildi, burada isə tərəflər həmişəki kimi Azərbaycan və Ermənistan oldu".

M.Qasımlı əlavə edib ki, Prezident İlham Əliyev nitqində Ermənistanda demokratiyanın mövcud olmadığını da bildirdi: "Məlumdur ki, SSRİ dağıldıqdan sonra Ermənistanda keçirilən bütün seçkilər kobud şəkildə saxtalaşdırılıb, heç bir zaman erməni ünsürünün iradəsini ifadə etməyib. Levon Ter-Petrosyan terrorçu, kriminal, uşaq qatili Robert Koçaryan tərəfindən devrildi. Ondan sonra hakimiyyətə gələn Serj Sarkisyan isə Nikol Paşinyan tərəfindən devrildi. Onların hər biri hakimiyyətə gəldikdən sonra keçirdikləri saxta seçkilərdə qələbə çalıblar. Dünən səs çoxluğu alan qüvvə bu gün, çevrilişdən az sonra keçirilən seçkidə parlamentdə yer qazana bilməyib. Bu, "Ermənistan demokratiyası"nın özünəməxsusluğu, seçki karikaturası və əslində gülünc bir vəziyyətdir. Lakin ən qəribəsi bəzi beynəlxalq təşkilatların həmin seçkiləri "demokratik" adlandırmasıdır".

Millət vəkili qeyd edib ki, onlar qısa müddətdə keçirilən seçkilərdə əvvəllər böyük üstünlüklə qələbə qazanan qüvvənin parlamentdə nə üçün yer tuta bilməməsinin üstündən sükutla keçirlər: "Bu, bir tərəfdən, dünyada mövcud olan ikili standartlarla, digər tərəfdən isə Ermənistanın ənənəvi "konyak diplomatiyası" ilə bağlıdır. Burada seçki keçirilməzdən əvvəl hansı xarici ölkədən kimlərin müşahidəçi kimi gələcəyi, hansı rəylər yazacağı bəlli olur".

Deputat hesab edir ki, satın alınmış və Ermənistana hazır hesabatlarla gələn həmin şəxslər əslində özlərini rüsvay edirlər, seçki müddətində erməni konyakının təsiri altında olurlar.

Onun sözlərinə görə, Ermənistanın xarici siyasətində məqsədə nail olmaq üçün ənənəvi yollardan biri məhz rüşvətlə ələ almaqdır: "Rüşvət və korrupsiya Ermənistan hakimiyyəti ilə eyniyyət təşkil edir. Ermənistan hakimiyyəti dedikdə, ilk növbədə, rüşvət və korrupsiya göz önünə gəlir. Lakin Ermənistanın böhrandan çıxmasının əsas yolu qonşuları, ilk növbədə, Azərbaycan ilə münasibətlərini normallaşdırmasından keçir".

M.Qasımlı əlavə edib ki, bunun üçün əvvəlcə işğalçı ölkənin qoşunları Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ regionu və ətraf rayonlarından çıxmalı, işğal faktı aradan qaldırılmalıdır. Əgər bunlar baş verərsə, Ermənistan xalqı da normal şəraitdə yaşaya bilər. Əks təqdirdə Ermənistanda ümumi böhran davam edəcək".

1news.az

Paylaş:
383

Son xəbərlər

PAŞA Holding üçün taksi biznesində növbəti mərhələ26 / 04 / 2024, 18:12İlham Əliyev: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirikBu gün, 17:50Tovuz dəmir yolu stansiyasında sərnişinlərin qəbulu dayandırıldıBu gün, 17:47Azad olunandan sonra Xankəndi şəhərində ilk körpə dünyaya gəlib - FOTOBu gün, 17:10Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıbBu gün, 16:50Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərikBu gün, 16:35Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur və birgə işləyə biləcəyimiz sahələri də artıq bilirikBu gün, 16:18“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdiBu gün, 16:09Azərbaycanda işğaldan azad edilmiş ərazilərə xərcləmələr 5 % artıbBu gün, 15:44Dövlət başçısı: İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız varBu gün, 15:40“Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır”Bu gün, 15:06Ceyhun Bayramov Çexiyanin Baş naziri ilə görüşübBu gün, 14:58İlham Əliyev: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirikBu gün, 14:48Prezident: COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdürBu gün, 14:46Yenilənmiş Porsche Bakı Mərkəzinin açılış mərasimi baş tutdu! - FOTOBu gün, 14:45İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edirBu gün, 14:36Məşhur azərbaycanlı maliyyəçisi Fərid Əlizadə Vyanada vəfat edibBu gün, 14:09Müdafiə Nazirliyi: Tank bölmələrində yarış keçirilib - VİDEOBu gün, 14:02Daha 39 ailəyə Füzuzildə mənzillərinin açarı təqdim olunub - YENİLƏNİBBu gün, 13:55Elnur Məmmədov Njdenin təlimatlarının Ermənistanda yaşadıldığını BƏM-in hakimlərinin diqqətinə çatdırıbBu gün, 13:40
Bütün xəbərlər