Musa Qasımlı: Erməni xalqı onu fəlakətə sürükləyən terrorçudan canını qurtardı | 1news.az | Xəbərlər
Siyasət

Musa Qasımlı: Erməni xalqı onu fəlakətə sürükləyən terrorçudan canını qurtardı

20:14 - 23 / 04 / 2018
Musa Qasımlı: Erməni xalqı onu fəlakətə sürükləyən terrorçudan canını qurtardı

Erməni xalqı onu fəlakətə sürükləyən terrorçudan canını qurtardı. Bundan əvvəl prezident, sonradan isə baş nazir olmuş və xalqın kütləvi etirazları qarşısında məcbur qalıb istefa vermiş Serj Sarkisyan erməni xalqına fəlakətlər gətirmiş bir şəxsdir.

1news.az xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında AMEA-nın Qafqazşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı Musa Qasımlı deyib.

Musa Qasımlı bildirib ki, neçə illərdir erməni xalqı “Qarabağ planı” deyilən bir xuntanın ölkəni idarə etməsindən əziyyət çəkir. Bu şəxs uşaq qatili idi və prezidentliyi müddətində erməni xalqına yaxşı heç bir şey vermədi. Ermənistan boşaldı, aclığa düçar oldu və bu, Ermənistanı dalana dirədi. Ona görə də xalq ayağa qalxaraq bu şəxsi qovdu. Nə üçün qovdu? Xalq aydın şəkildə gördü ki, Serj Sarkisyan prezident olduğu müddətdə erməni xalqına heç bir şey verməyib, təbii ki, baş nazir olaraq da heç bir şey verməyəcək. Ermənistanda normal bir hakimiyyət qurulmayınca, Azərbaycan ərazilərinin işğalına son qoyulmayınca vəziyyət heç zaman düzəlməyəcək. Çünki Ermənistanın xilası Azərbaycanla əməkdaşlıqdan keçir. Azərbaycanla əməkdaşlıq etmək üçün Ermənistan mütləq işğal etdiyi Dağlıq Qarabağ regionunu və ətraf rayonları geri qaytarmalıdır. Başqa hər hansı bir variantda Azərbaycan heç zaman Ermənistanla barışa bilməz və barışmadığı müddətdə də Ermənistan bütün layihələrdən kənarda qalacaq, təcrid vəziyyəti davam edəcək. Onun da bütün yükünü erməni xalqı çəkəcək. Erməni xalqı rəhbərlərinə deməlidir ki, biz nə üçün başqasının torpağını işğal altında saxlayırıq.

Musa Qasımlı qeyd edib ki, Serj Sarkisyanın hakimiyyətdən getməsi onun Xocalıda törətdiyi soyqırımına görə cinayət məsuliyyətinə cəlb olunmaq imkanlarını artırır. Beynəlxalq axtarışa verilərsə, onun Ermənistandan kənara çıxışı mümkün olmayacaq, onun qara günləri başlayacaq.

1news.az

Paylaş:
446

Son xəbərlər

Taleh Kazımov Vaşinqtonda COP29-un iqtisadi baxımdan əhəmiyyətindən danışdıBu gün, 20:32Avstriyanın maliyyə nazirinin müavini və “Grabher Group” şirkətinin baş direktoru ilə görüş keçirilib - FOTOBu gün, 19:43Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilirBu gün, 17:48Sahibə Qafarova: Fransa öz tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqazda davam etdirmək istəyirBu gün, 17:44ADY: Azərbaycanda piyada diqqətsizliyi ağır qəzaya səbəb olubBu gün, 17:40Taleh Kazımov Dünya Bankı və IMF-in yaz toplantılarında iştirak edirBu gün, 17:22Sahibə Qafarova: Fransanın xalqların hüquqlarını kobud şəkildə pozması qəbuledilməzdirBu gün, 16:52Baş prokuror Çinə səfər edibBu gün, 16:49Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilibBu gün, 16:06Nazir: “Məktəblərdə daha ciddi fəsadların qarşısı məhz “Məktəblinin dostu” layihəsi əsasında alınıb”Bu gün, 16:00Milli Məclisdə Yeni Kaledoniya nümayəndələrinin iştirakı ilə konfrans keçirilirBu gün, 15:42Rüstəm Ağayev: “Məktəblinin dostu” tərəfindən 11 mindən çox şagirdə ilkin yardım göstərilibBu gün, 15:3815 məktəbdə “Məktəblinin dostu” layihəsi ilə bağlı sorğu keçirilibBu gün, 15:32Marketdən 8 min manatlıq spirtli içki oğurlayan şəxs saxlanılıbBu gün, 14:58Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!Bu gün, 14:35Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi svetoforlarla bağlı vətəndaşlara müraciət edibBu gün, 14:31Azərbaycan QHT-ləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıbBu gün, 14:26Azərbaycan və Yeni Kaledoniya parlamentləri əməkdaşlıq memorandumu imzalayıbBu gün, 13:48ABB-dən cəmi bir günə tender qarantiyasıBu gün, 13:29Polis Bakıda qanunsuz miqrasiyaya qarşı tədbirlər həyata keçirib, 21 əcnəbi saxlanılıbBu gün, 13:23
Bütün xəbərlər