Musa Qasımlı: Azərbaycan-Türkiyə birliyinin böyük gələcəyi var | 1news.az | Xəbərlər
Siyasət

Musa Qasımlı: Azərbaycan-Türkiyə birliyinin böyük gələcəyi var

16:53 - 26 / 04 / 2018
Musa Qasımlı: Azərbaycan-Türkiyə birliyinin böyük gələcəyi var

Azərbaycan-Türkiyə münasibətləri dünya dövlətləri üçün bir nümunədir. Ölkələrimizin dostluğu, qardaşlığı, birliyi bu gün ən yüksək zirvədədir.

Biz eyni köklü xalqlarıq, dilimiz, dinimiz, mədəniyyətimiz, tariximiz, adət-ənənələrimiz eynidir. Münasibətlərimizin təməlində bu amillər durur.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, bunu Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Musa Qasımlı deyib.

Musa Qasımlı bildirib ki, iki ölkə arasında münasibətlər beynəlxalq hüquq normalarından irəli gələn prinsiplərə əsaslanır. Dövlətimizin başçısı İlham Əliyevin Prezident seçiləndən sonra ilk səfərini Türkiyəyə etməsi Azərbaycan dövlətinin xarici siyasətində qardaş ölkənin tutduğu yeri göstərir. Bizimlə strateji tərəfdaş olan Türkiyə ilə əməkdaşlığın böyük perspektivləri var. Bu əməkdaşlıq diplomatik, siyasi, ticari, iqtisadi, elmi, texniki, mədəni, humanitar, hərbi və başqa sahələri əhatə edir. Səfər zamanı imzalanan sənədlər bir daha göstərdi ki, qarşılıqlı münasibətlərin böyük potensialı var.

 “Bu səfər iki ölkə arasında əməkdaşlıqda yeni bir səhifə açacaq. Azərbaycan-Türkiyə münasibətləri yalnız ikitərəfli əhəmiyyət kəsb etmir, eyni zamanda, regionda və dünyada gedən bir çox proseslərə təsir göstərir. Bu gün Türkiyənin gücü Azərbaycanın gücüdür, Azərbaycanın gücü Türkiyənin gücüdür. Dağlıq Qarabağ münaqişəsinin həllində Türkiyə qədər Azərbaycana dəstək verən ikinci ölkə olmayıb. Azərbaycan-Türkiyə münasibətləri regionda qüvvələr nisbətinin dəyişməsinə, geosiyasi şəraitə ciddi təsir göstərir.

Bu gün məhz Azərbaycan-Türkiyə əməkdaşlığı nəticəsində böyük geosiyasi layihələr həyata keçirilib və bu layihələr Avrasiyanın simasını dəyişib. Biz Avrasiyanın energetika və nəqliyyat xəritəsini cızırıq. Bizim həyata keçirdiyimiz layihələr sabitliyi və təhlükəsizliyi möhkəmləndirir. Bütün bu işlərin görülməsi, xüsusən neft-qaz boru kəmərlərinin, nəqliyyat, kommunikasiya xətlərinin çəkilməsi Azərbaycanın və Türkiyənin liderlərinin əzmkarlığı nəticəsində mümkün olub. Azərbaycan-Türkiyə birliyinin böyük gələcəyi var. İki ölkə arasındakı münasibətlər regionda münaqişələrin davam etməsində, onların uzadılmasında maraqlı olan dövlətlərə bir cavabdır”, - deyə Milli Məclisin deputatı vurğulayıb.

S.Xankişiyeva

 

Paylaş:
471

Son xəbərlər

“TuranBank” 2024-cü ilin I rübünün nəticələrini elan etdiBu gün, 19:55Qırmızı Meydan ziyarətçilərə bağlanıbBu gün, 17:46Azərbaycan elektromobil idxalını artırıbBu gün, 17:40AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıbBu gün, 17:38Növbəti hərracda kiçik dövlət müəssisəsi və 18 nəqliyyat vasitəsi satılıbBu gün, 17:28Yelo Bank birinci rübü 14 milyon manat xalis mənfəətlə yekunlaşdırıbBu gün, 17:11ANAMA azad edilmiş ərazilərə köçürüləcək fermerlərə təlim keçirilir - FOTOBu gün, 17:02Zaur Bayramov: Məqsədimiz sağlam həyat tərzinin təbliği və idmanın kütləviləşməsidirBu gün, 16:50DİN müsadirə edilmiş 2 ton narkotiki məhv edib - FOTO - VİDEOBu gün, 16:43Sosial şəbəkələrdə qeyri-etik paylaşımlar edən daha bir şəxs saxlanılıbBu gün, 16:17Milli Məclisin 19 apreldə keçirləcək iclasının gündəliyi açıqlanıb - SİYAHIBu gün, 16:10Bakcell böyük yeniliklərə hazırlaşırBu gün, 15:59Yaxın günlərdə 156 ailə Füzuli şəhərinə köçürüləcəkBu gün, 15:52Bakı üzrə bu 9 məktəbli maksimum nəticə göstərib - FOTOBu gün, 15:49Təbiətə qayğı: “McDonald's Azərbaycan” internat məktəbi şagirdləri üçün ekoloji layihəyə start verir - FOTOBu gün, 15:41Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edildiBu gün, 15:32Masazırda narkoanbar kimi istifadə olunan ev aşkar edilibBu gün, 15:22Bakıda mənzildə meyit aşkarlandıBu gün, 15:02FHN yüksək dağlıq ərazilərdə qar uçqunu təhlükəsi ilə əlaqədar müraciət edibBu gün, 14:48Mərkəzi Çağırış Komissiyasının iclası keçirilibBu gün, 14:06
Bütün xəbərlər