1news.az

Müdafiə Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi hərbi hissələrdə birgə tədbirlər keçiriblər – FOTO

24 Fevral saat 19:13 ~ 1 dəqiqəlik oxu 197
Müdafiə Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi hərbi hissələrdə birgə tədbirlər keçiriblər – FOTO

Müdafiə Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 2018-ci il üçün birgə fəaliyyət planına əsasən, hərbi birliklər və qoşun növlərində tədbirlər keçirilib.

1news.az-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata əsasən, görüşlərdə çıxış edənlər milli mənəvi dəyərlərimizin qorunmasında dövlətimiz tərəfindən görülən tədbirləri, gənclərimizin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsində dinin rolunu, radikalizmi doğuran səbəblər və onunla mübarizə üsullarını qeyd ediblər. Çıxışlarda bu istiqamətdə aparılan maarifləndirmə işinin önəmi şəxsi heyətin diqqətinə çatdırılıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə hazırlanan “Şəhadət” sənədli filminə kütləvi baxışdan sonra hərbi qulluqçular filmdə qaldırılan məsələləri müzakirə edərək fikir və təkliflərini səsləndiriblər.

S.Xankişiyeva

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Siyasət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2018 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net