Müdafiə naziri ön xətt bölmələrinin döyüş hazırlığını yoxlayıb – VİDEO – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Müdafiə naziri ön xətt bölmələrinin döyüş hazırlığını yoxlayıb – VİDEO – FOTO

16:57 - 06 / 12 / 2018
Müdafiə naziri ön xətt bölmələrinin döyüş hazırlığını yoxlayıb – VİDEO – FOTO

Cəbhəboyu zonada olan Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti ön xətt bölmələrində olublar.

1news.az-ın məlumatına görə, müdafiə nazirinə ərazinin maketi üzərində əməliyyat şəraiti barədə məruzə edildikdən sonra bölmələrin döyüşə hazırlıq vəziyyəti yoxlanılıb.

Gecə və gündüz şəraitində döyüş mühafizəsinin daha keyfiyyətli təşkili və müdafiənin dayanıqlığının artırılması məqsədilə yaradılan müşahidə məntəqəsindən qarşı tərəfdə yerləşən düşmən mövqelərini izləyən general-polkovnik Z.Həsənov müasir texniki vasitələrdən istifadə edilməklə xidmətin daha effektiv təşkili ilə bağlı müvafiq tapşırıqlar verib.

Ön xətdə yaradılmış təlim-tədris sahələrindən birində döyüş tapşırıqlarını məşq etdirən şəxsi heyətlə görüşən Müdafiə naziri, xidmətdə fərqlənən və döyüş hazırlığında yüksək nəticələr əldə etmiş hərbi qulluqçuları mükafatlandırıb, bölmələrin maddi-texniki təminatı, silah-sursat və hərbi texnika ilə təchizatı, şəxsi heyətin mənəvi-psixoloji hazırlığı, həmçinin sosial məişət şəraiti ilə tanış olub.

Sonra Ağdam rayonu ərazisindəki kəndlərdən birində yerli sakinlərlə görüşən nazir yaşayış məntəqələrimizin müdafiəsinin təşkili və əhalinin təhlükəsizliyinin təmin edilməsi barədə söhbətlər aparıb.

Müdafiə Nazirliyinin rəhbərliyi ilə söhbət zamanı burada yerli əhali və hərbçilər üçün yaradılan şəraitdən məmnunluqlarını ifadə edən kənd sakinləri Müdafiə nazirindən onların minnətdarlığını ölkə rəhbərliyinə, xüsusilə cənab Ali Baş Komandana çatdırmasını xahiş ediblər.

Sakinlər hərbçilərə etimadın yüksək olduğunu və Ordumuzun bölmələri tərəfindən bu istiqamətdə yerləşən yaşayış məntəqələrinin təhlükəsizliyinin etibarlı təmin edildiyini də bildiriblər.

1news.az

Paylaş:
522

Son xəbərlər

Taleh Kazımov Vaşinqtonda COP29-un iqtisadi baxımdan əhəmiyyətindən danışdı18 / 04 / 2024, 20:32Avstriyanın maliyyə nazirinin müavini və “Grabher Group” şirkətinin baş direktoru ilə görüş keçirilib - FOTO18 / 04 / 2024, 19:43Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilir18 / 04 / 2024, 17:48Sahibə Qafarova: Fransa öz tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqazda davam etdirmək istəyir18 / 04 / 2024, 17:44ADY: Azərbaycanda piyada diqqətsizliyi ağır qəzaya səbəb olub18 / 04 / 2024, 17:40Taleh Kazımov Dünya Bankı və IMF-in yaz toplantılarında iştirak edir18 / 04 / 2024, 17:22Sahibə Qafarova: Fransanın xalqların hüquqlarını kobud şəkildə pozması qəbuledilməzdir18 / 04 / 2024, 16:52Baş prokuror Çinə səfər edib18 / 04 / 2024, 16:49Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib18 / 04 / 2024, 16:06Nazir: “Məktəblərdə daha ciddi fəsadların qarşısı məhz “Məktəblinin dostu” layihəsi əsasında alınıb”18 / 04 / 2024, 16:00Milli Məclisdə Yeni Kaledoniya nümayəndələrinin iştirakı ilə konfrans keçirilir18 / 04 / 2024, 15:42Rüstəm Ağayev: “Məktəblinin dostu” tərəfindən 11 mindən çox şagirdə ilkin yardım göstərilib18 / 04 / 2024, 15:3815 məktəbdə “Məktəblinin dostu” layihəsi ilə bağlı sorğu keçirilib18 / 04 / 2024, 15:32Marketdən 8 min manatlıq spirtli içki oğurlayan şəxs saxlanılıb18 / 04 / 2024, 14:58Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!18 / 04 / 2024, 14:35Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi svetoforlarla bağlı vətəndaşlara müraciət edib18 / 04 / 2024, 14:31Azərbaycan QHT-ləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıb18 / 04 / 2024, 14:26Azərbaycan və Yeni Kaledoniya parlamentləri əməkdaşlıq memorandumu imzalayıb18 / 04 / 2024, 13:48ABB-dən cəmi bir günə tender qarantiyası18 / 04 / 2024, 13:29Polis Bakıda qanunsuz miqrasiyaya qarşı tədbirlər həyata keçirib, 21 əcnəbi saxlanılıb18 / 04 / 2024, 13:23
Bütün xəbərlər